7 Nisan 2018 Cumartesi

Orqanizmin böyümə və inkişaf mərhələləri

İnsanın fərdi inkişafı ontogenez adlanır. Bu, insanda yumurta hüceyrəsinin mayalandığı andan başlayaraq orqanizm ölənədək davam edir. 
Ontogenez iki dövrə bölünür:
1.Embirional inkişaf- bətndaxili dövr (ana bətni dövrü)( mayalanma-doğulanadək)
2. Postembirional inkişaf-bətndən xaric dövr (doğulandan -ölənədək)

1.Embrional inkişaf.Rüşeymin inkişafını öyrənən elm embriologiya adlanır.Ana bətni dövrü 280 gün və ya 10 qəməri ay olur.Mayalanma uşaqlıq borularında baş verir.Daha sonra bölünmə nəticəsində  çoxhüceyrəli rüşeym əmələ gəlir və 4-5 gün sonra uşaqlığa düşür.2gün burada sərbəst qalır və sonra uşaqlığın selikli qişasına yapışır bu dövrdən bətndaxili inkişafın rüşeym dövrü başlayır.Rüşeym dövrü 2ay çəkir.Rüşeymin inkişaf etdiyi 8 həftə ərzində əsas orqanlar əmələ gəlir. 3aylıqda dölün cinsiyyətini təyin etmək olur.Dölün ürəyi ananın ürəyindən 2 dəfə çox olur.Rüşeym vərəqələrindən oranlar sisteminin inkişafı aşağıdakı şəkildə gedir.


2.Postembrional inkişaf. İnsan doğulduqdan sonrakı dövrdə, yəni postnatal inkişaf mərhələlərində onun orqan və toxumaları böyüyür, mürəkkəbləşir və bədən forması inkişaf edir. İnsanın yaş dövrlərinə uyğun dəyişikliklər müəyyən qanunauyğunluqlara əsaslanır. 
Orqanizmin böyüməsi dedikdə, kəmiyyət dəyişiklikləri nəzərdə tutulur, toxuma və orqanlarda hüceyrələrin sayının, yaxud ölçülərinin artması başa düşülür. Orqanizmin inkişafı dedikdə isə kəmiyyətlə birlikdə keyfiyyət dəyişiklikləri də başa düşülür, orqanizmin daha mürəkkəb mərhələyə çatması anlaşılır. Böyümə və inkişaf vahid bir proses olub, geriyəqayıtmaz hadisədir. Bu zaman uşaqlar bir neçə fiziki və zehni inkişaf mərhələlərini keçirlər. 
Fizioloqlar insanın postembriona linkişafı aşağıdakı yaş dövrlərinə bölünməsini təklif etmişlər: 


İnsan orqanizmin böyüməsi 22-25 yaşadək davam edir.boyun normal inkişafını təmin edən hipofiz vəzin somotropin hormonudur.Boyun ləngiməsinə bir neçə hormonların disfunksiyası və başqa amillər təsir edir.

Boyun ləngiməsinə təsir edən əsas səbəblər:
1. Uşaqda hər hansı xroniki xəstəliklərin olması
2. Qeyri-rasional birtərəfli qidalanma                    
3. Orqanizmdə qurd-parazitin olması
4. Fiziki hərəkətsizlik - hipodinamiya
5. Psixoloji travmalar
6. Boy hormonunun defisiti
7. İrsiyyət

Boy uzunluğunun ən düzgün tərtib olunmuş formalarından birini sizə təqdim edirəm.Ancaq unutmayaq ki ,boy və çəki fərdi xüsusiyyət daşıyır və fərqli ola bilər!
                             
Boyunuzun uzunluğunu bildikdən sonra ona uyğun çəkinizi də bilməyiniz vacibdir .Bunu  üçün isə aşağıdakı çəkinin hesablama qaydasını təqdim edirəm.
Normal bədən çəkinizi hesablama qaydası:
Qadınlar aşağıdakı kimi hesablamalıdırlar:
50 + 0.7 ( hündürlüyünüz – 150 )
Kişilər isə aşağıdakı kimi hesablamalıdırlar:
60 + 0.7 (  hündürlüyünüz – 160 )
Məsələn, mənim hündürlüyüm 160sm-dir. Mən normal çəkimi hesablayıram:
50 + 0.7 ( 160 – 150 ) = 57 kq