13 Nisan 2017 Perşembe

Qurbağalar

Qurbağalar – yumurta qoymaqla çoxalan sürünənlər sinfinin nümayəndəsidir. Cinsi yetişkənlik dövrü onlarda 3-4 yaşlarında çatır. Bu zaman onlar su kənarlarına toplaşaraq öz ölçülərinə uyğun dişi axtarmağa başlayırlar. Amma cütləşəcəyi partnyoru dişi qurbağa özü seçir.

Cütləşmə mövsümündə erkəklər dişi qurbağaların diqqətini cəlb etmək üçün quruldamağa, mahnı oxumağa və rəqs etməyə başlayırlar. Onlar həm də rənglərini dəyişirlər. “Colostethus trinitatis” qurbağası budaqdan-budağa tullanmaqla,“Palmatus” isə dişi qurbağanın yaxınlaşmasını görərkən maraqlı pozalarda dayanır və hətta əli ilə onu salamlaya da bilər. “Collaris” qurbağaları isə dişi cinsin önündə “nikah rəqsi” oynayır. Öncə dişiyə doğru yanaşır, sürətlə quruldayır, sonra qəfil geriyə çəkilir, əyilib-qalxır və yerində üfüqi vəziyyətdə donur. Əgər bu mərasim dişinin xoşuna gəlmirsə, o, başını arxaya çəkir və tünd sarı rəngli boğazını göstərir. Xoşuna gəlsə isə rəqsə tamaşa edir və erkək qurbağanın arxasınca gedir.
Avstraliyada yaşayan “Rheobatrachus silus” qurbağasının nəsli 1980-ci illərdə kəsilib. Vəhşi təbiətdə artıq rast gəlinməyən bu qurbağalar öz intim həyatlarının qeyri-adiliyi ilə seçilirdi. Belə ki, erkək qurbağa ilə cütləşdikdən sonra dişi qurbağa yumurta qoyurdu. Daha sonra isə o, həmin yumurtaları udurdu. Qurbağanın orqanizmindəki prostaqlandin maddəsi mədə şirəsinin ifrazına mane olur və nəticədə yumurtaların uzun müddət mədədə qalmasını təmin edirdi. Balalarının yumurtadan çıxmaq vaxtı çatanda dişi qurbağa sadəcə onları ağzından çölə tullayır.

Cənub Amerikanın Amazon çayı sahillərində yaşayan “Rhinella proboscidea” qurbağalarının intim həyatında isə dəhşətli məqamlar var. Belə ki, bu növ qurbağalarda erkəklərin sayı dişilərdən 10 dəfə çox olduğu üçün erkəklər cütləşmək hüququnu əldə etmək üçün biri-biri ilə amansız rəqabət halında olurlar. Dişi kərtənkələni mühasirəyə alan erkəklər sıx həlqə yaradırlar və çox vaxt bu sıxlıqda dişi kərtənkələ boğularaq ölür. Amma maraqlıdır ki, sağ qalmış dişilər uğrunda mübarizə aparmaq yerinə onların çoxu ölmüş dişilərlə cütləşirlər. Elmdə bu anormal hadisəyə “funksional nekrofiliya” adı verilib.

22 yorum:

  1. Yalnış məlumatlardır:
    Qurbağa yumurta qoymur. Kürü tökür. Qurbağa sürünən deyil Suda quruda yaşayandr.

    YanıtlaSil
  2. həqiqətən çooox gözəldirrr

    YanıtlaSil
  3. Burda guya qurbağalardan yazılıb... amma axırlarda kərtənkələ yazılıb

    YanıtlaSil
  4. Burda guya qurbağalardan yazılıb... amma axırlarda kərtənkələ yazılıb

    YanıtlaSil
  5. Bəli
    Hhbugz
    Gxzgltkzglzlyxgxllgxztotzo

    YanıtlaSil
  6. FggfGysyeysysyysysysujirhgtyrururyrur7r7r6ytr66drzizti5aiJFrnus4wtijt ejfjtdetuxfnsgshrhrzhfzsysE6s6DHdaudsucixfsidogdoygzo

    YanıtlaSil
  7. Hcjvjcbc
    Mnhmmxjdnd
    D
    Dmmdkd.d
    RkrFlc.rkxmfdon3orxl

    YanıtlaSil
  8. Niyə hec ne yazmirsizzzzzz

    YanıtlaSil