Tədbirlər

Təhsil sahəsində aparılan islahatlar nəticəsində təhsilimizdə yeni -yeni uğurlu layihələrə və naliyyətlərə imza atılır.Bu Layihələrdən biri də ARTPİ-nin layihəsi olan "Tədris keyfiyyətinin yüksəldilməsi üçün mentorluq sisteminin yaradılması "layihəsi olmuşdur.Bu uğurlu layiihə əslinədə bu gün üçün cox aktual olan problemlərin aradan qaldırılmasına,müəllim hazırlığının peşəkar səviyyəyə çatdırılmasında çox mühüm rol oynayır.
Mentor-müəllimin öz bacarıqlarını və vərdişlərini peşəkar inkişafa doğru aparan şəxsdir.Mentorun işi əsas 3 mərhələdən ibarətdir.
1.Modelləşdirmə və nümayiş
2.Təcrübə
3.Müstəqillik
ARTPİ-nin təşkil etdiyi bulayihə ilə bağlı kurslarda biri iyun-iyul ayini əhatə edirdi.Bu kursa yazılmaq üçün hər bir müəllim xüsusi müsahibədən keçirilir,onun pedoqoji fəaliyyəti və psixololoji durumu öyrənilirdi. Müsahibədən keçən 20 nəfərdən biri də mən oldum.Bizim təlimçimiz yüksək mentor keyfiyyətlərinə malikARTPİ-də şöbə müdiri kimi çalışan Afaq Əliyeva idi.10 günlük bu kurs mənə çox xoş təsir bağışladı.Bu kursda mən mentorun işi və fəaliyyəti ilə əlaqədar məlumatları öyrənməklə yanaşı çox gözəl insanı keyfiyyətlərə malik müəllim yoldaşları qazandım.Biz kursdan sonra da ARTPİ-nin təşkil etdiyi müxtəlif tədbirlərə qatilir,daim fikir mübadiləsi aparır,bir- birimizə olan münasibətlərimizi və əlaqələrimizi daim inkişaf etdiririk!Mentorun ən çox sevdiyim xüsusiyyətlərindən biri qarşısındakı insana olan səmimi,mehriban,yüksək peşakarlığa malik olmasına baxmayaraq qarşısındakında özü kimi bərabər səviyyədə görərək fəaliyyətini davam etdirməsidir.Bir də məxfilik prinsipinə riayət etməsidir.Məncə bizim qrupda olan bütün müəllimlərdə Sulidə,Məlahət,Fərəhnaz,Ləman,İlahə,Nailə,Sevinc,Ahu,Elanora,Əminə,Hİcran,Vəfa,Mehriban  müəllimədə bu keyfiyyətlərə və bunlarla yanaşı digər gözəl keyfiyyətlərə malik insanlardır.Nə yaxşı ki təhsilimizdə sizin kimi işinin peşəkarı olan pedaqoqlarımız var.Sizinlə fəxr edirəm!Afaq xanıma isə belə gözəl layihəyə və belə gözəl pedaqoqları bir qrupa yiğdığı üçün xüsusi təşəkkür edirəm.









Azərbaycanda dini radikalizm təhlukəsi var.....


Ekspertlər hesab edirlər ki, radikal dini cərəyanlara qoşulanların sayının artması yaxın gələcəkdə Azərbaycanın dünyəvi dövlət modelinə təhlükə yaradacaq

BAKI, 26 iyul — Sputnik. "Dünya dəhşətli terror aktları ilə silkələnir. Hər il minlərlə günahsız insan amansız terrorun qurbanı olur. Bu aktı həyata keçirənlərin böyük əksəriyyəti radikal dini cərəyanların nümayəndələridir. Son zamanlar tez-tez, xüsusilə İŞİD terror şəbəkəsinə qoşulanlar arasında azərbaycanlıların, eləcə də qadınların olduğunu eşidirik. Onlar bilərəkdən və ya zorən qanlı terror təşkilatlarının köləsinə çevrilirlər".
Bu fikirləri Sputnik Azərbaycan Multimedia Mərkəzində, "Sekulyar dövlətçilik və dini radikalizm: cəmiyyət hara gedir" mövzusunda keçirilən debatda Qadın Liderliyi Uğrunda İctimai Birliyin sədri Ülkər Abdullayeva deyib. O, qeyd edib ki, Azərbaycanda vətəndaşlar, eləcə də qadınlar arasında sekulyar dövlətçiliyin üstünlükləri, radikal olmayan din modelləri barədə geniş maarifləndirmə işlərinin aparılmasına ehtiyac var.
Tədbirin moderatoru, "Cənubi Qafqaz" politoloqlar klubunun üzvü, politoloq İlqar Vəlizadə deyib ki, bu gün dünyəvi dövlət modelinin möhkəmləndirilməsi, dinin dövlətdən, siyasətdən ayrı tutulması son dərəcə vacibdir: "Odur ki, Azərbaycanda bu mövzularda silsilə tədbirlərin keçirilməsinə, ictimai müzakirələrə böyük ehtiyac var. Bu debatı isə həmin müzakirələrin sadəcə başlanğıcı hesab edə bilərik".
Debatda teoloq Elşad Miri qeyd edib ki, dövlətin dini olmaz, dövləti təmsil edən şəxsin dini ola, ya da olmaya bilər: "Azərbaycan sekulyar dövlətdir, lakin onun Prezidenti öz ailəsi ilə birlikdə Ümrə ziyarətinə gedir. Yəni dövlət başçısının dinə münasibəti, ibadət etməsi, onun dünyəvi dövlətin başçısı olmasına mane olmur. Sabah bu dövlətin başçısı bir ateist də ola bilər, amma bu o demək deyil ki, o, ölkədə dini qadağan etməlidir".
Milli Düşüncə İnstitutunun rəhbəri Taryel Faziloğlu isə bildirib ki, dünyada və regionda dini radikalizm adı altında baş verən proseslərin hamısı siyasi proseslərdir: "Bu gün Azərbaycanda dini radikalizm mövzusu aktualdır. Azərbaycanda din heç vaxt Azərbaycan modeli səviyyəsində işlənməyib. Azərbaycana din həmişə İrandan, Səudiyyə Ərəbistanından, Türkiyədən idxal olunub və bunun acı nəticələrini görməkdəyik. İstənilən halda, dövlət dindən ayrı olsa da, dinə nəzarəti əldən verməməlidir".
Pedaqoq Aynur Zamanova isə təhsil sistemində din probleminə toxunub. Qeyd edib ki, son vaxtlar baş örtüyü ilə məktəbə gələn qızların sayında ciddi artım müşahidə olunur: "Onlar məktəbə, sadəcə baş örtüyü ilə gəlmirlər, özləri ilə ailələrindəki dini dəyərləri də gətirirlər və öz sinif yoldaşlarına da bu dəyərləri təlqin edirlər. Onlar başqa uşaqların beyninin yuyulması üçün təbliğat vasitələri ilə silahlanlanmış şəkildə gəlirlər. Hicab bağlamayan qızların tərbiyəli olmadıqları barədə rəy formalaşdırırlar. Nəticədə hicablı qızlar hicabsız qızlar üçün bir təhdid vasitəsinə çevrilirlər. Hicabsızların diskriminasiyası başlayır. Bu, geniş vüsət alanda, artıq cəmiyyətin fəlakətinə çevriləcək".
Siyasi elmlər üzrə fəlsəfə doktoru Zaur Əliyev isə o fikirdədir ki, Azərbaycanda dini radikalizmin olmadığını deyənlər səhv edirlər: "Bizdə "Ceyşullah", "Meşə qardaşları", İranın, Səudiyyənin təsirindəki qruplar olub. Bizdə dini radikalizm deyilən şey var. Hökumət ağıllı addım ataraq Heydər Məscidində qayda qoydu ki, bayram namazını bütün dinlərin nümayəndələri bir yerdə qılsınlar. Amma müxtəlif təriqətləri təmsil edənlər digər təriqətlərdən olanlarla eyni yerdə namaz qılmaq istəmədiklərini bildirirlər. Azərbaycanın yerləşdiyi region belədir ki, biz nə qədər istəməsək də, dini radikalizm olacaq".
Başını dinin atributu olduğuna görə deyil, məktəbin təzyiqlərinə adekvat reaksiya olaraq örtdüyünü vurğulayan BDU-nun tələbəsi Leyla Sərxan isə deyib: "Mənim anam başıörtülüdür. Mən onu görüb həvəsə gəlib başımı örtmüşəm. Məktəbə belə gedəndə hamı mənə Marsdan gəlmiş adam kimi baxırdı və mən bu baxışlardan narahat olurdum. Sonra isə mən acığa, inadına başımı örtdüm ki, onlardan fərqlənmək istəyirəm. Əlaçı olmuşam, onlardan daha çox müvəffəqiyyət qazanmışam, hüquqlarımı yaxşı bilirəm. 7-ci sinifdə məni baş örtüyü ilə məktəbə buraxmadılar. Mən prinsipə atamla getdim məktəbə. Dedim ki, mən nəyə görə öz əqidəmdən dönməliyəm, yaxud da kiminsə qadağasına görə öz təhsilimdən qalmalıyam?!".
Gənc Demokratlar İnstitutunun direktoru Yeganə Hacıyeva qeyd edib ki, Azərbaycan hökuməti islam fundamentalizminin cəmiyyətə sirayət etməsi mərhələsində gecikib: "20 il əvvəl xaricdən çox sayda missioner qruplar ölkəyə gəldi. Onlar humanitar missiya ilə gəldiklərini elan etsələr də, əslində qaçqın və məcburi köçkünlərin ağır psixoloji və sosial durumundan istifadə edərək öz ideyalarını yaymağa başladılar. Nəyə görə Azərbaycanda dindən danışılanda söhbət həmişə gəlib qadınların başörtüsünə çıxır?!".
Demokratik İslahatlar Partiyasının (DİP) qadın məsələləri üzrə koordinatoru Nərmin Şamilbəyli isə deyib ki, bizdə din deyəndə ancaq qadınların geyimi, qızların özünün necə aparması nəzərdə tutulur: "Amma əsl İslam nədir, Quran necə yaşamağı öyrədir, bu barədə insanlarda dəhşətli dərəcədə bilgisizlik var. İnsanlar din barədə elmi biliklər əldə etməyəndə dinə yuvarlanma cəhalətə gətirib çıxarır".
"Status" Sosial Araşdırmalar Mərkəzinin sədri Nail Cəlil deyib ki, hər şeyin ifrat həddə olması pisdir və bu, dinə də aiddir: "Biz dini düşüncə ilə dini davranışı qarışdırmamalıyıq. Din dünyəviliyə qarşı deyil, dünyəvilik də dinə qarşı deyil. Eyni zamanda, dini elmə qarşı qoymaq da dini təhrif etməkdir. Dini davranış bütün dövrlərdə ictimai davranışla üst-üstə düşüb. Bunları bir-birindən ayırmaq mümkün deyil. Dini ehkam prinsipləri müzakirə oluna bilməz".
Strateq.az saytının redaktoru, politoloq Zaur İbrahimli isə qeyd edib ki, Azərbaycanda dinə yanaşma ilə bağlı problemlər olacaq: "Çünki hələ də bu ölkənin dinlə bağlı vahid bir konsepsiyası yoxdur".
Pedaqoq Xəyalə Məmmədova da deyib ki, Azərbaycan dini radikalizmdən sığortalanmayıb: "Fanatiklər yeniyetmə və gəncləri müxtəlif üsullarla ələ alır, öz təsiri altında saxlayırlar. Onlar pulu olmayana pul, işi olmayana iş təklif edirlər, insanların sosial və mənəvi ehtiyaclarından sui-istifadə edərək onları öz təriqətlərinin təsiri altına salırlar. Bu, yaxın gələcəkdə Azərbaycanda böyük fəsadlar törədə bilər".
İştirakçılar yekun olaraq bildiriblər ki, Azərbaycanda sekulyar dövlətçiliyə təhlükə böyük olmasa da, dini radikalizm təhlükəsi var. Dövlət nəzarəti kifayət etmədiyindən, maarifləndirmə işləri savadlı bir şəkildə aparılmadığından, xaricdən idxal olunmuş radikal dini cərəyanlara qoşulan insanların sayı getdikcə artacaq. Bu isə yaxın gələcəkdə Azərbaycanda dünyəvi dövlət modelinə ciddi təhlükə yarada bilər.

Sekulyar dövlətçilik və dini radikalizm debatları

                                                                                               Ülkər Abdullayeva









2 yorum:

  1. Mende cox ugur qazanacagimiza inaniram.Afaqxanima tewekkurler ki,bizim kimi istedadli pedaqoqlari bir yere yigmiwdir.Bacim sen bawda olmaqla butun Mentorlara ugurlar!!

    YanıtlaSil