Orqanizmdə gedən dəyişiklikləri və xarici mühitin təsirini ilk olaraq reseptorlar qəbul edir.Reseptorlar müəyyən qıcıqlandırıcıların(səs,işıq və s.) təsirindən oyanır.Hər bir reseptorda oyanma yalnız bir növ qıcığın təsirindən baş verir.Məsələn göz reseptoru-işığa.eşitmə-səsə və s.Yəni qıcıqların təhlili reseptorlarda başlayır.Sonra aldığı məlumarı reseptorlar sinir impulusları şəkildə hissi sinir lifləri ilə beynin və ya beyin yarımkürələri qabığının müvafiq mərkəzlərinə ötürür.Burada isə məlumatlar analiz olunub ona cavab verilir.
Analizatorlar-hər hansı bir məlumatın növünün qəbul olunması,beynə ötürülməsi və orda onun ttəhlilini təmin edən fnksional sistemdir.
İ.P.Pavlov analizatorları duyğu almaq üçün lazım olan anatomik fizioloji cihaz adlandırmışdır. Hər bir analizator üç hissədən ibarət olur:
Analizatorlar fəal bir orqandır.
1) Kontakt duyğular. Dad və dəri duyğusu kontakt duyğulardır. Bu duyğular qıcıqlandırıcının duyğu orqanlarına bilavasitə təsiri zamanı əmələ gəlir.
2) Distant duyğular. Bunlara görmə, eşitmə və iybilmə duyğularını aid etmək olar. Bu duyğuların əmələ gəlməsi üçün qıcıqlandırıcının müəyyən məsafədən təsir etməsi kifayətdir.
2.İntreoseptorlar
3.P
Duyğuların növləri
Görmə duyğusu. Bu duyğu rənglərin və işığın inikasından ibarətdir. Biz iki cür rəngi duyuruq: xromatik və axromatik. Xromatik rənglər boyalı rənglər olub spektrin bütün rənglərini əhatə edir. Xromatik rəngləri görmə duyğusu 380 milli mikrodan 780 milli mikrona qədər uzunluqda olan elektromaqnit dalğalarının görmə üzvünə, gözə təsiri zamanı əmələ gəlir. Ən qısa elektromaqnit dalğasında bənövşəyi, ən uzun elektromaqnit dalğasında isə qırmızı rəngi duyuruq. Hansı uzunluqda olan dalğa hansı rəngi yaradır? Bunu aşağıdakı cədvəldən görə bilərik:
Dalğanın uzunluğu | Müvafiq uzunluqda olan dalğanın yaratdığı rənglər |
380 – 450
480 500 521 540 – 560 572 600 – 650 650 - 780 |
Bənövşəyi (ən qısa)Mavi
Göy Yaşıl Yaşıl Sarı Çəhrayı Qırmızı (ən uzun) |
Görmə duyğularının reseptorları gözün torlu qişasında yerləşir. Burada iki cür hüceyrələr: çöpcüklər və kolbacıqlar mövcuddur. Çöpcüklər işığı, kolbacıqlar rəngləri duyma orqanıdır. Çöpcüklər pozulduqda toyuq korluğu, kolbacıqlar pozulduqda isə yarasa korluğu baş verir.
Eşitmə duyğusu. Bu duyğular səslərin inikasından ibarətdir. Eşitmə duyğusu dəyişən hava dalğalarının eşitmə analizatoruna təsiri nəticəsində əmələ gəlir. Qulağa təsir edən dalğa aşağı və yuxarı təzyiq kimi əlamətləri ilə xarakterizə olunur. Dalğaya xas olan bu cəhətlər səsin ucalığını, gurluğunu və tembirini yaradır. Səsin ucalığı dalğanın tezliyi, quruluğu dalğanın amplitudası, tembri isə dalğanın formasından asılıdır. İnsan qulağı saniyədə 20 dən 20 000-ə qədər hersə bərabər olan səsləri eşidə bilir. Hers səsi əmələ gətirən dalğanın tezliyinin fiziki ölçü vahididir.
İybilmə duyğuları. İybilmə duyğusu çox müxtəlif iylərin inikasından ibarətdir. Adətən insanlar iyləri onların xoş yaxud xoşagəlməz olması baxımından fərqləndirirlər. İybilmə duyğusunun reseptoru burun boşluğunun yuxarı hissəsində yerləşir. Bu hissədə yerləşən hüceyrələr müxtəlif iylərə qarşı çox həssas olur. Cisimlərin havada uca bilən mikroskopik hissəcikləri hava ilə birlikdə burun boşluğuna daxil olur və reseptorlara təsir edir. Beləliklə də iybilmə duyğusu əmələ gəlir.
Dadbilmə duyğuları. Müxtəlif maddələrin suda, yaxud tüpürcəkdə həll olunması nəticəsində onların ağız boşluğunda dad reseptorlarına təsiri zamanı əmələ gəlir. P.P.Lazarevin nəzəriyyəsinə görə, ağız boşluğunda dörd növ dad reseptorları yerləşir. Elə bu reseptorlar da dörd növ dad duyğusunun yaranmasına səbəb olur: şirinlik, acılıq, duzluluq, turşluluq duyğuları.

Dəri duyğuları. Xarici aləmin cisimlərinin bir sıra xassələrini əks etdirir. Dəri duyğuları 3yerə ayrılır: toxunma, temperatur, ağrı duyğuları.
Toxunma (lamisə) duyğusu vasitəsilə biz predmetlərin dərinliyini, bərkliyini, yumşaqlığını, kələkötürlülüyünü, yaxud səthinin hamar olmasını və sair kimi xüsusiyyətlərini əks etdiririk. Toxunma duyğusunun reseptorları bir milyona qədər olmaqla dəri üzərində müxtəlif sıxlıqda səpələnmişdir. Bu nöqtələr dilin ucunda, barmaqların ucunda, bədənin digər hissələrinə nisbətən daha sıx yerləşmişdir. Dəri duyğuları hərəkət duyğusu ilə sıx surətdə əlaqədardır. Korlar hərfləri toxunma və hərəkət duyğusunun vasitəsi ilə oxuyurlar.
Temperatur duyğusu. İstilik və soyuqluq duyğusu olmaqla iki növ duyğu kimi mövcuddur.

- İstilik duyğusu, bədənin temperaturundan artıq hərarətə malik olan cisim dəriyə toxunduqda əmələ gəlir.
- Soyuqluq duyğusu isə bədən temperaturundan aşağı olan cisim bilavasitə dəriyə təsir etdikdə yaranır.
Dəri duyğularının hər birinin özünə məxsus reseptorları vardır. Dəridə olan bir çox nöqtələr toxunma, digər nöqtələr soyuqluq, üçüncülər istilik, nəhayət başqa nöqtələr ağrı duyğularını yaradır.
Əzələ-hərəkət duyğuları. Bədənin ətraf üzvlərinin vəziyyətini, hərəkətini, bu hərəkətin istiqamət və surətini, bu zaman əzələlərin gərilmə dərəcəsini əks etdirən duyğulara deyilir. Əzələ-hərəkət duyğularıyaranması əzələ və oynaqlarda olan reseprorlar vasitəsi ilə baş verir və insanın həyatında böyük rol oynayır. Əmək fəaliyyəti zamanı olduqca mürəkkəb hərəkətlərin icrası, bu hərəkətlərin tənzim olunması hərəkət duyğusunun sayəsində mümkün olur. Əzələ-hərəkət duyğusu görmə qavrayışında, lamisə qavrayışında müstəsna dərəcədə əhəmiyyət daşıyır.
Müvazinət duyğuları. Bu cür duyğular başın və bədənin fəzadakı vəziyyətinin inikasından ibarət olub, bədənin hərəkətinin istiqamətini, kordinasiyasını saxlamağa xidmət edir. Bu duyğunun reseptoru daxili qulaqda yerləşən yarımdairəvi kanalcıqların içərisindəki endolimfa və bu kanalcıqların divarında olan sinir uclarıdır. Bədənin vəziyyəti dəyişdikdə endolimfa hərəkətə gəlir və kanalın divarında olan sinir uclarını qıcıqlandırır. Bununla da biz bədənimizin vəziyyətini əks etdiririk.
Üzvü duyğular daxili üzvlərin vəziyyətinin daxilindəki dəyişmələrin inikasından ibarətdir. Bu duyğular aclıq, susuzluq, toxluq, ürək bulanması haqqında, bədənin sağlamlıq və xəstə vəziyyətdə daxili üzvlərində baş verən ağrılar haqqında xəbər verir. Üzvi duyğuların reseptorları daxili üzvlərin səthində, selikli qişasında yerləşən sinir uclarından ibarətdir. Üzvü duyğulara cinsi duyğuları da daxil edilir.
Hiç yorum yok:
Yorum Gönder