- Canlılar aləminin təşkil edən 4 qrupdan biri Bakteriyalardır.
- Bakteriyalar- təkhüceyrəli, prokariot (nüvəsiz)orqanizmlərdir.
- Ölçüləri 0,1-10nm-dir.
- Bakteriyaları ilk dəfə 17ci əsrdə Holland alimi A.V.Levenhuk kəşf edib.
- Bakteriyaların yaşı 3,5milyard ili ötüb.
- Dünyada ən cox yayılmış orqanizmlər-bakteriyalrdir.Onlar hər 20-30 dəqiqədən bir ikiyə bölünmə yolu ilə çoxalır.
- 1qram torpaqda 40milyondan çox bakteriya yaşayır.Bakteriyalar ölçülərinə,tənəffüs və qidalanma xüsusiyyətlərinə görə bir birindən fərqlənirlər .
- Bakteriyalar adətən rəngsiz olur ona görə də onları mikroskop altında daha yaxşı görmək üçün müxtəlif boyalarla rəngləyirlər,lakin yaşıl,qırmızı rəngli formaları da var.
- Bakteriyaların çoxunda xlorofil olmadığından onlar maddələr mübadiləsi zamanı günəş enerjisindən istifadə etmirlər.Enerjini yaşadığı mühitdə olan üzvi və qeyri üzvi maddələrin parçalanmasından alırlar.
- Bakteriyalr suda torpaqda,havada,insan və heyvan orqnizmlərində yaşayır.
1.Həqiqibakteriyalar
2.Arxeobakteriyalar
3.Oksifotobakteriyalar
Bakteriyalar qidalanmasına görə 2 qrupa ayrılır.
Aftotrof bakteriyalar
- Kürə şəklində olanlar-koklar(dm-0,5-1mkm)
- Çöp şəklində olanlar-basillər(dm0,5-2mkm,l1-8mkm)
- Vergül çəklində olanlar-vibrionlar,
- Spiral şəklində olanlar-sprillər vəs.
- Təbiətdə enerji və maddələr mübadiləsində iştirak etməklə ,biosferin formalaşmasında böyük rol oynayır.
- Bəzi bakteriyalar baqirsaqlarda K,E vitaminin sintezində iştirak edir.
- N,P,C elementlərinin çevrilməsi prosesində iştirak edir.
- Süd turşusu prosesi qıcqırma prosesini təmin edir(qatıq,pendir,sirkənin əmələ gəlməsi)
- Müxtəlif xəstəlikləri törədirlər
- Qidada artan zaman qida zəhərlənməsi yaradırlar
- Suyu çirkləndirirlər
Bakteriyaların çoxalması
Bakteriyaların çoxalması üçün rütubət,qida mühiti və istilik
lazımdır.Soyuqda çoxala bilmirlər. 2 cür
yolla çoxalırlar.
1.Sadə bölünmə yolu ilə hər 20-30 dəqiqədən bir bölünməklə
2.Cinsi yolla .Ancaq bakteriyalar eukariot hüceyrələrdən fərqli
olaraq qametlər əmələ gətirmir,hüceyrələrin birləşməsi (mayalanma) baş
vermir.Lakin cinsi prosesin əsas hissəsi gen mübadiləsi baş verir.Bu proses genetik rekombinasiya adlanır. Bu
zaman DNT və ya onun bir hissəsi donor
hüceyrədən respiyent adlanan hüceyrəyə ötürülür.Ötürülmüş DNT respiyent DNT nin
bir hissəsini əvəz edir.Nəticədə hər iki valdeyin əlamətlərini daşıyan DNT əmələ
gəlir.
Rekombinat alınmasınının 3 yolu var.
1.
Transformasiya
2.
Konyuqasiya
3.
Transduksiya
Transformasiya
Genetik materialın
(DNT və ya
RNT) bir mikrob hüceyrəsindən digərinə
köçürülməsi ilə gedən
dəyişkənliyə transformasiya adı verilmişdir. Bu hadisəni ilk dəfə 1928-ci
ildə Triffits kəşf etmişdir. Məlum olmuşdur ki, bir növ bakteriyanı ona yaxın
digər bir növlə eyni mühitdə becərdikdə birinci növ ikincidən bir və ya
bir neçə irsi əlamətlər qazana
bilər. Məsələn, pendirdən
ayrılmış streptokokk
skarlatina əmələ gətirən
streptokokkla birlikdə becərildikdə
birinci növ, ikinci kimi
toksin əmələ gətirmə
xüsusiyyəti qazanır. Bu dəyişkənlik bir
ştammdan digərinə genlərin ötürülməsi
nəticəsində meydana gəlir.
Genetik materialın bu
yolla ötürülməsi transformasiyadır.
Konyuqasiya
•
Bir bir ilə bilavasitə təmasda olan hüceyrələr
arasında DNT nin ötürülməsidir.Transformasiya və transduksiyadan fərqi odur ki
bu zaman donor DNT isinin böyük bir hissəsi dəyişdirlə bilər.Bu proses 1946 ci
ildə Coli növünə aid bakteriyalarda aparılan təcrübələr zamanı kəşf olunub.
Transduksiya
•
Transduksiya – bakteriofaq (bakteriyanı yoluxduran
və onu məhv edə bilən viruslar)
vasitəsilə bir bakteriya hüceyrəsindən genomun müəyyən hissəsinin digər
bakteriya hüceyrəsinə köçürülməsinə
deyilir. Bu genetik
mexanizmi 1952-ci ildə N.Sinder
vəC.Lederberq aşkar etmişlər.
Burada faq hansı
yollasa DNT-ni bir bakteriyadan özünə
ilişdirib, onu digərinin
genomuna daxil edir.
Əgər faqla əridilmiş kulturanın
süzüntüsü normal kulturaya
əlavə edilərsə, onda
irsi xüsusiyyətlərin keçdiyi müşahidə edilir.
Sporəmələgətirmə
• Bakteriyalar
əlverişsiz mühitdən qorunmaq üçün spora və ya sistaya çevrilirlər.Bu zaman
bakteriya hüceyrəsinin sitoplazması sıxılır,qılafdan ayrılır,dəyirmi forma alır
öz səthində ana qılafın daxilində olaraq yeni daha sıx qılaf əmələ gətirir.Sporlar
70-140 C dərəcədən daha yüksək tempuratura və şaxtalı mühitə və zərərli aimllərə
qarşı dözümlü olurlar. Bakteriya sporlarının yaşama qabliyyəti -253C-dən
+100-150 C dək.
Qeyd: Bakteriyalar ilə bağlı izahlı məsələlərə linkə toxunaraq baxa bilərsiniz.
Vibrion bakteryalar
YanıtlaSilGözel ve maragli melumatlar var . Bakteriyalar maragli canlilardir.
YanıtlaSilTesekkurler çok lazimli
YanıtlaSilTesekkurler çok lazimli
YanıtlaSilÇox süper mükemmel
YanıtlaSilBakteriyalada ümumi olaraq xlorofilin var olduğunu hesab etmək olar?
YanıtlaSilSpriller haqqında anlayış
YanıtlaSil