Testlər

1.Yumurtaların ümumi qabıqla əhatə olunmuş selikli topalar halında qoyan heyvan?
a)hidra b) ağ planarı    c)qaraciyər sorucusu d) askarid    e)aureliya

2.İlk dəfə həzm prosesi həm hüceyrə daxilində həm də bağırsaq boşluğunda olan heyvanlar?
a) sap qurdlar  b)molyuskalar  c)bağırsaqboşluqlular d)ibtidailər  c)həlqəvi qurdlar  

3.Təkamül prosesində həzm borusu ilk dəfə ətraf mühitə 2 dəlik vasitəsilə açılan heyvanlar?
a)yastı qurdlar  b)məməlilər  c)bağırsaqboşluqlular d)sap qurdlar e) buğumayaqlılar

4.Təkamül prosesində suya qurudan keçmiş,lakin çoxalmaq üçün sudan çıxmayan heyvanlar?
a)balinalar  b)suitilər  c)pinqivinlər  d)timsahlar  e)ağ ayilar

5.Təkamül prosesində suya qurudan keçmiş,lakin çoxalmaq üçün qurudan istifadə edən heyvanlar?
a) triton  b)balina  c)pəncəüzgəcli baliq d) delfin e) suiti

6.Ağız eyni zamanda anus funksiyasın da yerinə yetirir.
a)ağ planari və askarid
b)soxulcan və askarid
c)hidra və soxulcan
d)hidra və askarid
e) aureliya və ağ planarı

7.Qanı toxuma mayesi ilə qarışmayan heyvanlar:b
a)yengəc,skat,midiya,kərtənkələ
b)midya timsah göyərçin,bəbir
c)hörümçək,aqacdələn,soxulcan,anadonta
d)qum qurdu,akula,neştərçə,çay xərçəngi
e)nereid qum qurdu,soxulcan neşterçə

8.Təkamül prosesində qabirğalar ilk dəfə hansı heyvanlarda əmələ gəlib?
a)balıqlarda  b)amfibilərdə  c) sürənənlərdə d)həlqəvi qurdlarda  e)məməlilərdə

9.Təkamül prosesində döş sümüyü ilk dəfə hansı heyvanlarda əmələ gəlib?
a)sürənənlərdə  b)balıqlarda   c)amfibilərdə  d)quşlarda e ) məməlilərdə

10.Təkamül prosesində döş qəfəsi ilk dəfə hansı heyvanlarda əmələ gəlib?
a)sürənənlərdə b)quşlarda c)amfibilərdə d) məməlilərdə e)balıqlarda

Cavablar  1b  2c  3d  4b  5e 6e  7 e 8a  9c 10a


1.Təkamül prosesində ilk dəfə eşitmə orqanının hansı hissəsi onurğalı heyvanların bədənin səthində ortaya çıxdı?
a)orta qulaq
b) qulaq seyvanı
c)eşitmə sümükləri
d)təbil pərdəsi
e) daxili qulaq

2.Qan dövranı  zamanı ürəyinə venoz qan gəlməyən heyvanlar :
a)siyənək,çəki,nərə
b)dovşan,kirpi,balına
c)qurbağa,triton,kərtənkələ
d)göyərçin,bayquş, kərkəs
e) çay xərçəngi,anadonta,göl ilbizi

3.Arterial qanla yalnız baş beyin təhciz olunan heyvanlar:
a)yereşən,köstəbək,sığırçın
b)fil.ağac qurbağası,kərtənkələ
c)çöl göyərçini,akula,pinqivin
d)göl qurbağası,triton,quru qurbağası
e)nil timsahı ,bataqlıq tısbağası,böz sıçovul

4.Arteriya damarları ilə həm arterial ,həm də venoz qan axan heyvanlar:
a)çəyirtkə,may böcəyi,göl ilbizi
b)kirpi,dəvəquşu,qorilla
c)may böcəyi,oranqutan,şimpanze
d)çay xərçəngi,göl ilbizi,anadonta
e)balina,durna,göl ilbizi

5..Təkamül prosesində ilk dəfə  hansı orqanizmlərdə bədənin qarın hissəsi əmələ gəlib?
a)bağırsaqboşluqlarda
b)ibtidailərdə
c)yastı quurdlarda
d)molyuskalar
e)xordalılar

6..Təkamül prosesində ilk dəfə hansı orqanizmlərdə ifrazat sistemi əmələ gəlib?
a)xordalılarda
b)ibtidailərdə
c)bağırsaqboşluqlarda
d)molyuskalar
e)yastı qurdlarda

7.Beyinciyinin ölçüləri beynin ümumi həcminə nisbətən minimaldır
a)nil timsahında
b)nərə balığında
c)adi quru qurbağasında
d)çöl göyərçinində
e)balinada

8.Beyinciyinin ölçüləri beynin ümumi həcminə nisbətən maksimumdur:
a)göy balina
b)yexidna
c)nil timsahı
d)adi quru qurbağası
e)çöl göyərçini

9.May böcəyi inkişafının neçə mərhələsində köstəbək tərəfində yeyilə bilər?
a)3    b)2   c)4   d)1    e)5

10.Uçma qabliyyəti olan müasir onurğalı heyvanlar havada neçə tipin uçan nümayəndəsini ovlaya bilərlər?
a) 1   b)2   c)3    d)4     e)5

1d    2e   3d    4b   5c    6e  7 c   8e  9c   10b


1.   20 C tempuraturda saxlanılan heyvanların hansının qanı dəri kapliyarlarından keçən zaman soyuyur?
a)cəld kərtənkələnin
b)qurbağanın
c)şimpanzenin
d)soxulcanın
e)şəlpaq ilbizin

2.Əksər sürünənlərdə və olan qabırğaarası əzələlər və döş qəfəsi hansı heyvanlarda yoxdur?
a)cütdırnaqlılarda 
b)yırtıcı quşlarda
c)dəniz məməlilərində
d)gəmiricilərdə
e)suda- quruda yaşayanlarda

3.Quşda 25 boyun fəqərəsi olduğu qəbul edilərsə,cəld kərtənkələ,göl qurbağası və itdə olan boyun fəqərələrinin cəmi onun neçə faizini təşkil edər?
a)25%   b)32%    c)60%     d)50%     e)64%

4.Əgər ilk dəfə süd vəziləri sürünənlərdə yaransaydı,ozaman onlarda göstəriləmlərdən hansı əmələ gələrdi?
a)pulcuq və cyanaqlar
b)daxili mayalanma və diri bla doğma
c)uçma və üzmə qabliyyəti
d)4kameralı ürək və 2qan dövranı
e)tər vəziləri,qulaq seyvanı və 3 eşitmə sümüyü

5.Hidranın hansı hüceyrələri başqa hüceyrələrə çevrilə bilir?
a)sinir   b)dəri əzələ    c)həzm   d)aralıq   e)dalayıcı

6.Ürəui olmayıb,qanı bədən boşlüğündakı maye ilə qarışmayan heyvanlar?
a)çay xərçəngi,neştərçə
b)neştərçə,soxulcan
c)xaçlı hörümçək,qum qurdu
d)nereid,kələm kəpənəyi
e)gənə,xaçlı hörümçək

7.Eşitmə orqanı 2 şöbədən ibarət olan heyvan?
a)triton   b)xanı balığı    c)kirpi     d)çəki     e)nərə

8.Ontogenezində  borulu mərkəzi sinir sisteminə malik olanheyvanlara hansını aid etmək olmaz?
      1.iki qan dövranı
      2.bir qan dövranı
      3.Təkamül prosesində ilk dəfə mezoderma qatına malik olan  tipin nümayəndələri
      4.Təkamül prosesində ilk dəfə qan damar sisteminə malik olan  tipin nümayəndələri
a)3,4   b)1,2    c)1,3   d)2,4    e)1,4

9.Qabırğalarının üzərində yan çıxıntı vardır.......
a)tısbağada
b)qurbağada
c)ev itində
d)göyərçində
e)ayıda

10.Qəlsəmə yarıqları xaricdən dəri ilə örtülüb...
a)balinada  b)xanı balığı  c)akula   d)skat    e)neştərçə


1c  2e  3e  4e   5d   6b   7a   8a  9d  10 e
      




1.Onurğalı heyvanların çoxalması hansı dövrə qədər yalnız su mühitində gedirdi?
A) ordovik B) neogen C) daş kömür D) trias E) perm

2.Hansı heyvanlarda qida ağızda iki dəfə çeynənilir?
A) zürafə, qaban, qoyun, maral B) zürafə, at, zebr, qaban 
 C) zürafə, maral, dəvə, antilop D) zebr, dəvə, zürafə, at 
 E) antilop, dəvə, qaban, at

3.Başın əzələlərinin yığılması, əsasən, göstərilənlərdən hansı ilə təmin olunur ?
A) simpatik və parasimpatik sinirlərlə 
B) onurğa beyni sinirləri ilə
C) kəllə-beyin və onurğa beyni sinirləri ilə 
D) kəllə-beyin sinirləri ilə
E) periferik sinir sisteminin bütün şöbələrinin sinirləri ilə


4.Nə üçün Yer üzərində həyat bakteriya və göbələklərsiz mümkün olmazdı?
A) üzvi maddənin yeganə mənbəyi olduqları üçün 
B) üzvi qalıqların mineral maddələrə qədər parçaladıqları üçün
C) orqanizmlərı enerji ilə təmin etdikləri üçün
D) qeyri-üzvi maddələrdən üzvi maddələrin əmələ gəlməsində iştirak etdikləri üçün
E) atmosferi oksigenlə zənginləşdirdikləri üçün


5.Hansı heyvanlar yumurtasını torpağa qoyur ?
A) ağ planari, askarid, soxulcan 
B) tut ipəkqurdu, anadonta, cılpaq ilbiz
C) kələm kəpənəyi, arı, minici 
D) may böcəyi, məzar böcəyi, çəyirtkə
E) askarid, qaraciyər sorucusu, bizquyruq


6.Boz və ağ homoziqot adadovşanlarını çarpazlaşdırdıqda ikinci nəsildə (iki heteroqizot fərdin çarpazlaşması zamanı) tamamilə yeni formalar, yəni qara tüklü adadovşanları da alınmışdır. Bunlar ümumi nəslin hansı hissəsini (%-lə) təşkil edirlər?
A) 20,15 %
B) 15,75 %
C) 22,05 %
D) 30,55 %
E) 18,75 %
Qeyd:Genlərin epistaz təsiridir burda.16kombinasiya alınır ki,bunun 3-ü qara rəngli dovşanlar olur.
Oda edir 16--100% 3---x x=18,75%

7.Bir böyrəyindən 5 litr qan keçən müddətdə (nisbi sakitlik halında) atmosferdən insanın tənəffüs yollarına daxil olan oksigen qazının miqdarı nə qədər olar?
A) 8,4 litr
B) 6,4 litr
C) 12,8 litr
D) 3,0 litr
E) 16,8 litr

qeyd: 1 dəq-0,5 l qan keçir
           x--------5l
              x=10 dəq
          1dəq -------16 tənəffüs hərəkəti
         10 dəq-------x
               x=160
         160*105/1000=16.8l 

8.Nüvənin daxilində olmur:
A) nüvəcik
B) xromosom 
C) DNT
D) mitoxondri 
E) zülal

9.Hansı canlıda hüceyrə divarı yoxdur?
A) bakteriyada
B) günəbaxanda
C) göbələkdə
D) amöbdə
E) göy-yaşıl yosunda


10.Spermatozoidin ontogenezi nə ilə qurtara
bilər?
A) orqanizmin ölümü ilə
B) doğumla
C) cinsi yetişkənliklə
D) yumurta qabığından çıxma ilə
E)
mayalanma ilə

11.Bitki hüceyrəsində olub, çoxhüceyrəli
heyvanların hüceyrəsində olmur:
A) hüceyrə divarı, plastid
B) hüceyrə divarı, lizosom
C) Holci aparatı, qılaf
D) endoplazmatik şəbəkə, mitoxondri
E) lizosom, plastid


12.Hüceyrə mərkəzi haqqında deyilən
fikirlərdən biri yanlışdır:
A) adətən nüvənin yaxınlığında olur
B) iki cisimcikdən və mikroborucuqlardan
təşkil olunub
C) sentriolların hər birinin diametri 1
mkm-ə qədər olur
D)
əsas funksiyası ATF sintez etməkdir
E) ali bitkilərdə hüceyrə mərkəzi olmur


13.Limfanın laxtalanması zamanı əmələ gələn tromb qanın laxtalanması zamanı əmələ gələn trombdan aşağıdakı sadalananlardan hansı ilə fərqlənir? 
A)o qırmızı rəngdə olmur
B)onun tərkibində fibrin olmur
C)o daha tez əmələ gəlir
D)onun əmələ gəlməsi üçün fibrinogen lazım deyil
E)onun tərkibində dəmir çoxdur.

14.Hansı balıqlarda mayalanma daxilidir?
A)diri baladoğanlarda
B)dənizdə yaşayanlarda
C)çayda yaşayanlarda
D)nəsil qayğısına qalanlarda
E)yırtıcılarda

15.İ.V.Miçurinin hansı işləri uğursuzluqla nəticələnib?
A)mentor metodunun tətbiqi
B)”tərbiyələndirmə”metodlarının tətbiqi
C)coğrafi cəhətdən uzaq formaların hibridləşdirilməsi
D)iqlimə uyğunlaşdırma təcrübələri
E)uzaq hibridləşdirmə təcrübələri

16.İnsanda göstərilən orqanlardan hansı diafraqmadakı xüsusi dəlikdən qarın boşluğuna keçir?
A)traxeya
B)ağciyərlər
C)mədə
D)bronxlar
E)
qida borusu

17.İki ayaq üstə yeriyirdi:
A)yırtıcıdişli kələz 
B)tiranozavr
C)timsah
D)brontozavr 
E)ixtiozavr

18.Hansı organın buraxdığı hormon sayəsində hamıləlik dövründə uşaqlığın selikli qişası qopmur?
a) mədəaltı vəzinin 
b) uşaqlıq yolunun 
c) göbək ciyəsinin 
d) ciftin
e) uşaqlığın


19.Bitkilərdə olan zülallar:
A)kökler vasitesile torpaqdan sorulur
B)xloroplastlarda bilavasitə fotosintez nəticəsində əmələ gəlir
C)mitoxondrilərdə oksidləşmə prosesleri nəticəsində yaranır
D)qazlar mübadiləsi zamanı havadan udulur
E)
fotosintez məhsullarindan sintez olunur

20.Sadalananlardan hansı “ən isti “canlıdır?
A)ördəkburun
B)göyərçin
C)timsah
D)triton
E)may böcəyi





1.İnsan dərisini deşərək orqanizmə daxil olan qurd:
A)ankilostoma
B)askarid 
C)exnikokk 
D)öküzsoliteri 
E)qaraciyər sorucusu

2.Dəridə tunc rəngli ləkələr əmələ gələndə daha nə baş verə bilər?
A)əzələ tonusunun artması,qan təzyiqinin aşağı düşməsi,cinsi yetişmənin ləngiməsi
B)əzələ zəifliyi,qan təzyiqinin aşağı düşməsi, arıqlama
C)cinsi yetişmənin sürətlənməsi,əzələ tonusunun artması,qan təzyiqinin artması
D)cinsi yetişmənin sürətlənməsi,əzələ zəifliyi,qan təzyiqinin artması
E)qan təzyiqinin azalması,cinsi yetişmənin ləngiməsi,kökəlmə

3."Maral mamırı" hansı cinsə aiddir? 
A)parmeliya 
B)setrariya 
C)kladoniya 
D) ksantoriya 
E) mamır

4.Hansı heyvanın eşitmə orqanı 3 hissədən ibarətdir?
 A)qonur ayı B) pinqvin C)timsah D)qurbağa E)xan balığı

5.Hansı elm orqanizmlərin geniş növ müxtəlifliyini öyrənməyə imkan verir? 
A)ekologiya
B)sistematika
C)biologiya
D)paleontologiya
E)embriologiya

6.Göstərilənlərdən hansı yaşamaq uğrunda mübarizənin növdaxili formasına aiddir?
A)rəqabət
B)parazitizm
C)yırtıcılıq
D)simbioz
E)bir növün digər növ tərəfindən bir tərəfli istifadəsi

7.Dərinin hansı qatında biosintez prosesləri baş vermir?
A) tər vəziləri hüceyrələrində
B) melanin piqmenti yerləşən hüceyrələrdə
C) piy hüceyrələrində 
D) epidermisin pulcuqşəkilli hüceyrələrində
E) dəri reseptorlarının hüceyrələrində

8.Hansı sırada müvafiq olaraq caynaqların sayı ən az və ən çox olan heyvanlar verilmişdir?
A)göyərçin və dəvəquşu
B)doydaq və ağacdələn
C)dəvəquşu və arxeopteriks
D)qu quşu və doydaq
E)arxeopteriks və yarasa

9.Seleksiya işində çətinlik törədən hansı dəyişkənlik formasıdır?
A) kombinativ 
B) irsiyyətsiz 
C)modifikasiya 
D)nisbətli 
E) qeyri-kombinativ

10.Sadalananlardan hansı qadın orqanizmində yetişməkdə olan yumurta hüceyrələrin sayını azaldır? 
A)fiziki hərəkətlər
B)ali təhsil
C)akselerasiya
D)yaxşı qidalanma
E)
hamiləlik


11.Nə üçün çılpaqtoxumluların qozalarını meyvə hesab etmək olmaz?
A)onların toxumları olmadığı üçün
B)onlarda yetişmə prosesi getmədiyi üçün
C)onlar çiçəkdən inkişaf etmədiyi üçün
D)onlar yetişərkən rənglərini dəyişdiyi üçün
E)onların toxumları yumurtacıqdan inkişaf etmədiyi üçün

12.İnsan və insanabənzər meymunlar üçün ümumi olmayan hansıdır? 
A) 4 qan qrupu 
B) ümumi xəstəliklər 
C)xromosomlardakı oxşarlıq 
D) baş beyinin həcmi  
E) gözün quruluşu

13.İnsanda hərəkət fəallığı artan zaman nisbətən uzun müddət boşalmış vəziyyətdə qalır:
 A) dəri damarlarının əzələləri 
B) ürək əzələsi 
C) diafraqmanın əzələləri
D) ikibaşlı əzələ 
E) üçbaşlı əzələ

14.İnsanın ətraf mühitə dözümlülüyünün yuxarı və aşağı hududları:
A)+36-(-42)S
B)+70-(-50)S
C)+20-(-25)S
D)+50-(-70)S
E)0-(-100)S

15. İnsanda qan aşağıda göstərilən sxem üzrə hərəkəti zamanı hansı damarla axmaz?
sol mədəcik --aorta -- qarın aortası -- kapillyarlar-aşağı boş vena -- sağ qulaqcıq

A) bağırsaq arteriyası ilə
B) böyrək venası ilə
C)
bazu arteriyası ilə
D) aşağı ətraf venası ilə
E) qaraciyər venası ilə

16.Hansı cücülərin inkişafında qışlama mərhələsi olmur?
A)ekvatorda yaşayan
B)kəpənəklərin
C)natamam çevrilmə ilə inkişaf edən
D)iri şəhərlərdə yaşayan
E)tam çevrilmə ilə inkişaf edən

17.Hansı insanın qazıntı halında tapılan qalıqlarından alimlər daha az məlumat əldə etmişdir?
A)neandertalın
B)heydelberq adamının
C)kromonyonun
D)sinantropun
E)pitekantropun

18. Buğumayaqlılara xas olan əlamətlərdən hansı daha sonra əmələ gəlmişdir?
A) xarici skelet 
B) traxeyalar 
C) qanadlar 
D)mürəkkəb gözlər 
E) buğumlu ətraflar

2 yorum: