Vətənim Azərbaycan

                                                          Ağdam rayonu  Ağdam haqqında tarixi məlumat...


Ağdam şəhəri — Ağdam rayonunun inzibati mərkəzi, Qarabağ düzündə ən iri şəhərlərdən biri. Bakıdan 358 km aralıda yerləşir. 1993-cü il iyul ayının 23-dən Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.

Ağdam şəhəri WebUrbanist.com. internet nəşri tərəfindən "Turistlər arasında maraq doğuran 20 ruhlar şəhəri" siyahısına salınıb.


"Ağdam" sözü qədim türk dilində "kiçik qala" deməkdir. Uzaq keçmişdə bu ərazidə yaşamış türkdilli qəbilələr özlərini müdafiə etmək üçün əsasən kiçik qalalar tikirdilər. Zaman keçdikcə bu şəhərin adının mənası dəyişmişdir. XVIII əsrin birinci yarısında Qarabağlı Pənahəli xan bu şəhərdə özü üçün ağ daşdan imarət tikdirmək barədə əmr vermişdir. Həmin imarət uzun müddət ətraf kəndlərin sakinləri üçün bir növ oriyentirə çevrilmişdir. Bu mənada, "Ağdam" – günəş şüaları ilə nurlanmış işıqlı, ağ ev deməkdir.
Ağdam rayonu 1930-cu ildə yaradılıb. Sahəsi 1094 kvadrat km olan rayonun relyefi əsasən düzənlik, qismən dağlıqdır.

İşğaldan öncə sənaye sahələri
Ət kombinatı
Konserv zavodu
Şərab zavodu
Barama toxumu zavodu
Xalça fabriki
Mexanikləşdirilmiş çörək zavodu
Avtomaşınlara texniki xidmət stansiyası
Məişət xidməti kombinatı
Elektrik şəbəkəsi müəssisəsi
Ağdam Dəzgahqayırma Zavodu

İşğaldan öncə təhsil müəssisələri

Kənd təsərrüfatı texnikumu
Kənd təsərrüfatının mexanikləşdirilməsi və elektrikləşdirilməsi texnikumu
Musiqi və tibb texniki peşə məktəbləri
7 orta məktəb, 1 səkkizillik məktəb
5 məktəbdənkənar uşaq müəssisəsi
1 uşaq bağçası
4 körpə evi

İşğaldan öncə Mədəniyyət və tibb müəssisələri


Ə.B. Haqverdiyev adına dövlət dram teatrı
Ölkəşünaslıq muzeyi
Çörək muzeyi
3 kitabxana
Mədəniyyət evi
Kinoteatr
Xanoğlu türbəsi (17-ci əsr)
Qarabağ xanı Pənahəli xanın imarəti (18-ci əsr)
8 xəstəxana

Muzeyləri
Ağdamda bütün dünyada yeganə olan Çörək muzeyi var idi. Bu muzeydə qədim dövrlər və orta əsrlərə aid unikal eksponatlar toplanmışdı. Eksponatlar arasında daşlaşmış qədim taxıl nümunələri, nadir dənli bitki növləri, taxılçılığın inkişafına aid çoxsaylı qiymətli kitablar, əlyazmalar və başqa materiallar, qədim əkinçilik alətləri: xış, adi və dişli oraq, taxıl döyən vərdənə, əl dəyirmanı və başqa alətləri var idi.



Ağdamın işğalından 19 il ötür...
Qarabağ müharibəsinin ilk şəhidlərini məhz Ağdam rayonu vermişdir (Əli və Bəxtiyar)

                                                                Laçın rayonu



Laçın — Azərbaycan Respublikasında rayon. İnzibati mərkəzi Laçın şəhəridir. Laçın rayonu 18 may 1992-ci ildə Ermənistan Respublikası tərəfindən işğal olunub. Rayonda bir şəhər, bir qəsəbə 
(Qayğı qəsəbəsi), 125 kənd olmuşdur.


Erməni işğalıLaçın haqqında tarixi məlumat...
264 nəfər şəhid olmuş, 65 nəfər girov götürülmüş, 103 nəfər əlil olmuşdur. Rayon üzrə 1 yaşdan 16 yaşadək mövcud olan 24374 nəfər uşaqdan 18 nəfəri şəhid, 225 nəfəri əlil olmuş, 1071 nəfəri, o cümlədən 31 nəfəri hər iki valideynindən yetim qalmışdır.

      


                               Cəbrayıl rayonu

Cəbrayıl(Rayon) haqqında tarixi məlumat
Cəbrayıl — Azərbaycan Respublikasında rayon. İnzibati mərkəzi Cəbrayıl şəhəridir. Hazırda rayonun ərazisi Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub.


Əhalisi
Cəbrayıl(Rayon) haqqında tarixi məlumat
Ermənistan işğalının nəticələri

Cəbrayıl rayonu 1993-cü il 23 avqust tarixində Ermənistan tərəfindən işğal olunmuşdur. 1994-cü il Horadiz əməliyyatı zamanı şəhər mərkəzinə və Xudafərin körpüsü istiqamətində milli ordu irəliləsə də, Cəbrayılın yalnız Cocuq Mərcanlı kəndi azad olundu.


Cəbrayıl(Rayon) haqqında tarixi məlumat
        

                                   Qubadlı rayonu
Qubadlı haqqında tarixi məlumat...

Qubadlı — Azərbaycan Respublikasında 14 mart 1933-cü ildə yaradılmış rayon. İnzibati mərkəzi Qubadlı şəhəridir.

İnzibati bölgüsünə 1 şəhər, 93 kənd, 31 inzibati-ərazi dairəsi aiddir. Ərazisində 115 iri və orta müəssisə , 11 məktəbəqədər uşaq müəssisəsi, 56 ümumtəhsil məktəbi, 1 texniki peşə məktəbi,4 xəstəxana və tibb müəssisəsi, 111 mədəniyyət ocağı vardır. Qubadlı rayonu ilə Bakı arasında olan məsafə 403 kilometrdir.
Rayon ərazisi 31 avqust 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir.


Əhalisi
Qubadlı haqqında tarixi məlumat...


                                        Fizuli rayonu
Füzuli (rayon) haqqında tarixi məlumat...


Füzuli — Azərbaycanın Ermənistan ordusu tərəfindən 23.08.1993 cu ildə qismən işğal olunmuş rayonlarından biri.

Rayonun əsası 1827-ci ildə qoyulmuş və ilkin adı Qarabulaq olmuşdur. Rayon 8 avqust 1930-cu ildə təşkil olunmuş və Qaryagin adlandırılmışdır.


Füzuli rayonunun ərazisi 1386 km², əhalisi isə təxminən 105 min nəfərdir. Rayonda 1 şəhər, 1 şəhər tipli qəsəbə, 75 kənd və başqa yaşayış məntəqələri vardır. Rayon ərazisindən axan Quruçay, Köndələnçay, Qozluçay, Çərəkən çayları Araz hövzəsinin çaylarıdır.

Rayonun işğaldan azad olunmuş ərazisində 13 qəsəbə və 20 kənd vardır. Qəsəbələrdən 12-si işğaldan azad olunmuş ərazidə yeni salınmış və məcburi köçkün ailələri müvəqqəti olaraq burada yerləşdirilmişlər. Hazırda ərazidə 51 min nəfər məcburi köçkün məskunlaşmışdır.




                                   Xocavənd rayonu

Xocavənd haqqında tarixi məlumat...

Xocavənd – Azərbaycanda rayon. İnzibati mərkəzi – Xocavənd 2 Oktyabr 1992-ci il Ermənistan Respublikası tərəfindən işğal edilmişdir
Rayonun ümumi sahəsi 1458 km­­², əhalisi 41.725 (o cümlədən azərbaycanlılar – 10.648) nəfərdir. Rayonda 1 şəhər (Xocavənd şəhəri-rayon məkəzi), 2 iri qəsəbə (Qırmızı Bazar və Hadrut), 81 kənd var. Olduqca əlverişli coğrafi mövqeyə və şəraitə malik Xocavənd rayonu Ağdam, Ağcabədi, Füzuli, Cəbrayıl, Qubadlı, Laçın, Şuşa, Xocalı rayonları ilə həmsərhəddir. 1988-ci ilin fevralından başlayan Qarabağ mühari­bə­sində Xocavənd rayonu 145 şəhid (onların 13 nəfəri qadın, 13 nəfəri uşaqdır) vermişdir. 2 oktyabr 1992-ci il tarixdə Xocavənd rayonu Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur.

Əhalisi
Xocavənd haqqında tarixi məlumat...


                                      Tərtər rayonu



Tərtər haqqında tarixi məlumat...   


Tərtər – Azərbaycanda rayon. Sovet dövründə adı Mirbəşir olmuşdur.

Tərtər rayonu Kiçik Qafqazın şimal-şərq ətəklərində və Qarabağ düzündə yerləşir. Sahəsi 957 km², əhalisi 98,1 min nəfərdir (01.01.2009). Mərkəzi Tərtər şəhəridir.

            Qarabağa çox yaxın olan Tərtər erməni təcavüzündən kifayət qədər əziyyət çəkib. Hal-hazırda Ağdərə rayonundan rayonun tabeliyinə verilmiş yaşayış məntəqələri işğal altındadır. Rayonun bir neçə kəndi cəbhədə yerləşdiyindən Tərtər ətrafında tez-tez döyüşlər gedir. Müharibə dövründə Tərtər rayonundan 307 nəfər şəhid olub. Son 5 il ərzində 15 nəfər tərtərli ermənilərin basdırdığı minalara düşüb. 



                                Gədəbəy rayonu



Gədəbəy Kiçik Qafqazın orta və yüksək dağlıq qurşaqlarında yerləşir. Ərazisi Şahdağ silsiləsinin şimal yamacını, Başkənd-Dəstəfur çökəkliyinin və Şəmkir dağ massivinin bir hissəsini əhatə edir. Sahəsi 1232,98 min kv kilometrdir, əhalisi 96,8 min nəfərdir. Tarixi məlumatlara görə, Gədəbəy sözü qədim türk dillərindəki get, gedik(təpə) və bək(keşikçi, gözətçi) sözlərinin birləşməsindən yaranmış, «müşahidə məntəqəsi», yaxud «keşikçi təpəsi» mənasını ifadə edir. Gədəbəy rayonunun ərazisi Azərbaycanın qədim yaşayış məskənlərindəndir. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağın Xocalı yaşayış məskəni ilə birgə Gədəbəydən aşkar edilmiş arxeoloji tapıntılar nəticəsində son Tunc və ilk Dəmir dövrünə (e.ə. XIV-VII əsrlər) aid Xocalı-Gədəbəy mədəniyyəti müəyyən edilmişdir. Bu dövrdə Gədəbəydə qalaça adlanan qurğular tikilmişdir. Bu ərazinin əhalisi orta əsrlərdə də Azərbaycan tarixində mühüm rol oynamışdır.
Düşmən hücumundan qorunmaq üçün tikilmiş keşikçi qalaları, nadir memarlıq abidələrindən olan Qız qalası (IX əsr), Novosaratovka kəndində məbəd (1535-ci il), Qalakənddə qala (XVI əsr), Böyük Qaramurad kəndində məbəd (1634-cü il) və s. bunu sübut edir. Ümumiyyətlə, Gədəbəydə dünya əhəmiyyətli 1, ölkə əhəmiyyətli 81 və yerli əhəmiyyətli 24 tarixi abidə mühafizə olunur. Azərbaycanda ilk su elektrik stansiyasi 1880-ci ildə ve ilk 29 km-lik dəmiryolu 1879-cu ildə bu rayonda tikilmişdir. Bu yaxınlarda rayon ərazisində qızıl yataqları kəşf olunub və istismarı başlamaq üzrədir. Məşhur Simens qardaşları bu rayonda mis mədənlərinin istismarından külli miqdarda gəlir əldə etmişlər


                           Gəncə şəhəri


           
Gəncə  Şəhərinin ərazisi 110 kv. km, əhalisinin sayı 1 yanvar 2013-cü il tarixə 323,5 min nəfərdir. Gəncə Şəhəri 2 rayon və 6 qəsəbə inzibati ərazi vahidindən ibarətdir.Gəncə şəhəri 1804-cü ildən 1918-ci ilədək Yelizavetpol adlandırılmış, 1918-ci ildə Gəncə adı yenidən bərpa edilsə də 22 fevral 1935-cü ildə dəyişdirilərək şəhər Kirovabad adlandırılmışdır. 1989-cü ildə Gəncə adı bərpa edilmişdir. 24 yanvar 1939-cu ildən respublika tabeli şəhərdir.əhərdə 5 Musiqi məktəbi, Uşaqlar üçün peşə məktəbi, İncəsənət məktəbi, 5 muzey, 3 mədəniyyət evi, 6 klub, musiqi evi, 27 kitabxana fəaliyyət göstərir.Şəhərin ən böyük xəstəxanası 475 nəfərlik akademik Zülfüqar Məmmədov adına təcili yardım xəstəxanası olub, ən böyük poliklinikası isə 51,000 dən çox insana yəni təxminən şəhər əhalisinin gənc nəslinin 1/5-nə xidmət göstərən 12 N-li poliklinikadır. Hal hazırda 1040 həkim (onlardan 26-sı namizəd, iki elmlər doktoru, 86 yüksək səviyyəli həkimlər Gəncənin səhiyyə sisteminə cəlb edilib və burda fəaliyyət göstərir. Yerdə qalan 5000 səhiyyə işçisi isə ikinci dərəcəli tibbi personaldan (2360 nəfər) və texniki personaldan ( sürücü, mühafizə, təmizləyici və digərləri) ibarətdir.


  • Şəhərdə 6 məscid, 1 rus kilsəsi, 4 ziyarətgah, 5 pir, 5 islam və 3 xristian yönümlü dini icma, 51 QHT fəaliyyət göstərir.
  • 2 qəzet nəşr edilir (“Gəncənin səsi” və “Novosti Qyandji”). Yerli “Kəpəz” və “Alternativ” TV kanalları yayımlanır.

Hiç yorum yok:

Yorum Gönder