Maraqlıdır

Dahi insanin həyatindan


Bir dəfə professor dərsdə tələbənin birinə sual verir:          
- Hər nə varsa, Allah yaradıb?
- Əlbəttə, professor. Nə varsa, Allah yaradıb.
- Allah hər şeyi, həəər şeyi yaradandır?
- Əlbəttə, ser.
O zaman professor belə dedi:
- Deməli əgər hər şeyi Allah yaradıbsa, deməli şəri də Allah yaradıb. Əgər nəzərə alsaq ki, bizim gördüklərimiz, əməllərimiz bizim kimliyimizi təyin edir, belə çıxır ki, Allah özü şərdir. Düz deyirəm?
Çaşıb qalan tələbə cavab verməyə çətinlik çəkdi. Bundan xoşhallanan professor, gülümsədi və sevindi ki, öz fikirlərini necə də asan sübut edə bildi. Bu zaman tələbələrdən biri əlini qaldırıb, söz istədi:
- Professor, sizə sual vermək olar?
- Buyur.
Tələbə ayağa qalxaraq sual verdi:
- Professor, soyuq mövcüddür?
- Bu nə sualdır? Əlbəttə mövcuddur. Sənə heç vaxt soyuq olmayıb?
Professorun bu tip cavabına otaqda olan digər tələbələr gülsə də, həmən tələbə davam etdi:
- Səhv edirsiniz, professor. Əslində soyuq deyilən bir şey mövcud deyil. Fizikanın qanunlarına əsasən, bizim soyuq saydığımız, əslində istiliyin olmaması deməkdir. 0 dərəcə Selsidə istiliyin tam yox olması, ətraf mühitin reaksiyasının aşağı düşməsi istiliyin olmaması deməkdir ki, biz buna ad qoyub, soyuq deyirik.
Tələbə davam etdi:
- Professor, bəs qaranlıq mövcuddur?
- Əlbəttə mövcuddur.
- Professor, siz yenə səhv edirsiniz. Qaranlıq məvhumu əslində işığın olmamasına deyilir. Siz işıqlığı ölçə bilərsiniz, onun gurluğunu ölçə bilərsiniz, amma qaranlığın yox, çünki qaranlıq artıq özü-özlüyündə işığın sıfıra bərabər olması deməkdir.
Sonda tələbə bir daha sual verdi:
- Professor, bəs şər qüvvələr, şər özü mövcuddur?
- Əlbəttə, mən özüm bir az öncə bunu sübut etdim.
Buna cavab olaraq tələbə:
- Yox, yenə səhvsiniz. Əslində şər öz-özlüyündə heçdir. Şər Allahsızlıq deməkdir. Bu, qaranlığa bənzəyir, haradakı işıq yoxdur, deyirik, ora qaranlıqdır, bu, soyuğa bənzəyir, haradakı istilik yoxdur, deyirik, soyuqdur. Eləcə də, Allahsız qəlbli insanlara şər insanlar deyirik. Sevgi olmayan qəlblərə, boş qəlblərə şər deyilir, proffessor! Belə çıxır ki, şər özü sübut edir ki, Allah var!
Bu tələbənin adı Albert Eynşteyn idi…


Yunus balığı və ya delfinlər barədə maraqlı hekayə



...33 il boyunca hər kəsə doğru yolu göstərməyə çalışan, ancaq buna nail ola bilməyən Həzrəti Yunus Allahın izni olmadan başına peyğəmbər təyin olunduğu qövmdən ayrılır və Dəclə sahilində bir gəmiyə minir. Açıq dənizdə Həzrəti Yunusun çoxdan bəri müjdələdiyi fəlakət baş tutur. Günün günortasında gün batır. Hər yerə qorxunc bir qaranlıq çökür və gəmi səbəbsiz yerə dayanır. Bu zaman gəmi sahibindən qəribə bir təklif gəlir: “İçimizdə bir günahkar var, ona görə də gəmi hərəkət etmir. Püşk ataq, püşkdə kimin adı çıxarsa, həmin adamı dənizə ataq”. Püşkdən Həzrəti Yunusun adı çıxır. Allahın icazəsi olmadan qövmündən ayrılan Yunus, öz günahını qəbul edir və “günahkar mənəm” deyərək özünü dərin dənizin sularına qərq edir. Dənizin dibinə çatdığı zaman bir balıq onu udur və öz qarnında mühafizə edir. Uzun müddət Həzrəti Yunusu qarnında saxlayan balıq, nəhayət bir gün sahilə yaxınlaşaraq qarnındakı adamı çölə buraxaraq uzaqlaşır. O gün bu gündür, Həzrəti Yunusu udan və qoruyan balıq “Yunus balığı” adlanır. Biz isə onlara “delfin” deyirik: maraqlı, maraqlı olduğu qədər ağıllı, ağıllı olduğu qədər də şirin...

Delfinlər
Delfinlər əsla su içməzlər. Suyu əksər hallarda qidalardan (adətən, balıq və kalmardan) və mayeni xaricə çıxaran bədən yağlarını yandıraraq əldə edərlər. Delfinlər əslində balinakimilərə aiddirlər, ancaq digər suda yaşayan məməlilərdən daha artıq – 260-a qədər dişləri ola bilir. Buna rəğmən balıqları bütöv halda udurlar. Dişləri isə onlara sadəcə ovu tutmaq üçün gərəklidir. Maraqlıdır, bu heyvanın elə bil qan tökməkdən zəhləsi gedir. Burunlarının dimdikli, bellərinin üzgəcli olması və üzərkən havaya tullana bilmələri delfinləri digər balinakimilərdən ciddi şəkildə fərqləndirən özəllikləridir. Bu gözəl varlıqların ömrü 25-35 ildir. 

Delfinlər təbii sualtı radar sisteminə sahibdirlər. Gözü qapadılan bir delfin dənizin dibindəki balıqları özü qoyubmuş kimi çətinlik çəkmədən tapır. Bunun səbəbi araşdırılıb və məlum olub ki, delfinlər nəyisə tapmaq üçün siqnallar yayırlar. Məhz bu siqnal sayəsində dənizin dibində istənilən şeyi tapa bilirlər. Araşdırmalar nəticəsində o da məlum olub ki, delfinlər yüksək tezlikli səslər çıxararaq balıqları keyləşdirirlər və bununla da özlərinə qida əldə eləmiş olurlar. Delfinlər yatanda da xeyli maraqlı olurlar. Məsələn, onlar gözlərinin birini yumub, o birini açıq qoyaraq yuxuya gedirlər. Bu zaman onların beyinlərinin bir yarımkürəsi də oyaq olur. Bunun nəticəsidir ki, yuxuda olarkən də yırtıcı heyvanları izləyə, hətta 2 saatdan bir suyun üzünə çıxıb nəfəs ala bilirlər.
 delfinlərin ünsiyyət üçün istifadə etdikləri 32 fit növü var. 
                                         

2 yorum: