21 Ağustos 2016 Pazar

İnsan askaridi

I
                                                             
 Qurluşu
Dişi askarida 20-40 sm, erkək askarida 15-25 sm-dir.Erkəklərin arxa ucu qarın tərəfə doğru qıvrılıb.Qurdun bədəni xaricdən kitukula ilə örtülü olur ki bu da onu bağırsaq fermentlərinin təsirinndən qoruyur.



Bədəni 3 qatdan təşkil olunub.İlk bədən boşluğu ilk dəfə askaridin mənsub olduğu tipdə yaranıb .

Hərəkəti
Uzununa əzələlərininin köməyi ilə dalğavari hərəkət edir.Eninə əzələri olmadığı üçün uzanıb qısala bilmir.
Həzm sistemi

Bədənin önündə 3dodaqlı ağız var.
                                       Ağız→Udlaq→Qida borusu → Bağırsaq→Anal dəlik
Tənəffüsü
Tənəffüs orqanı yoxdur.Sürfə oksigenli ,Yetkin fərd  isə oksigensiz mühitdə yaşayır.
İfrazatı
1cüt ifrazat kanalları bədənin önündə birləşərək xaricə açılır.
Sinir sistemi
Udlaq ətrafı sinir halqasından və sinir sütunlarından ibarətdir.
Çoxalması
Ayrıcinslidir. Cinsi dimorfizm(müxtəliflilik) var.Erkəkdə 1 toxumluq,dişidə 2yumurtalıq var.Dişi askarid gündə 200 minədək yumurta qoyur.




İnkişafı
Son  və yeganə sahibi  insandır.Askariddə aralıq sahib olmur.Dişi askarid gündə 200 minədək yumurta qoyur.yumurtalar insan nəcisi ilə xaricə çıxır.Yumurtanın inkişafı üçün rütubət,oksigen, tempuratur və 2 həftə vaxt lazımdır.Yumurtadan sürfə inkişaf edir.
İnsanın yoluxması və xəstəliyin inkişafı
Yoluxma qurdun yumurtaları ilə baş verir. Askarid yumurtaları torpaqda uzun illər qala bilir, buna görə də torpaqla çirklənmiş əllər, oyuncaqlar və ev heyvanlarının tükləri  birbaşa infeksiya mənbəyi sayılır. Askarid yumurtaları mikroskopla görüləcək dərəcədə kiçik ölçüdə olduğundan, çirkli meyvə əllərdən asanlıqla ağıza düşür və udulur. Yumurtalar həmçinin yuyulmamış göyərtidə, meyvə və tərəvəzlərdə də olur. İnsan törədiciyə qida və su vasitəsilə yoluxur. Yoluxma yumurta mərhələsində baş verdiyindən bağırsağa düşmüş yumurtadan sürfələr çıxır.Sürfələr baqirsaqin divarini deşərək vena qan damarlarına kecir,burdan isə orqanlara gətirilir.8saatdan sonra qaraciyərə→ürəyə→1sutkaya isə ağciyərin kapliyar qan damarına çatırlar.Burdakı damarları dələrək nəfəs yollarına keçir və  öskürək əmələ gətirərək ağıza düşür.Burada tüpürcəyə qarışaraq ,qida ilə udulur və yeniden nazik bağirsağa düşür.Burda sürfədən 2 aya cinsi yetişmiş askaridlər əmələ gəlir.Bağısaqdakı ömrü 1 ildir,təkrar yoluxma olarsa illərlə qala bilər.Yetkin qurdlar bağırsağın selikli qişasını dağıdır və oradaki hazir qidaları və vitaminləri mənimsəyirlər,əvəzində isə öz ifrazatlarını buraxirlar.Zərərli maddələr qana sorulub,bütün orqanlara yayılır nəticədə xəstəliklər əmələ gəlir:eoziyalar,xora,ishal və ya qəbizlik və s.

Helmintin tam miqrasion dövrü beləliklə 14-15 gün davam edir.Törətdiyi xəstəlik Askaridioz adlanır.Yoluxmadan 2-3 ay sonra askaridozun əlamətləri meydana çıxmağa başlayır:Askaridoz — askarid adlı iri helmintlər tərəfindən törədilən qurd  xəstəliyidir.Askarid yoğun bağırsağa keçib kolit,appendisit törədə bilər.Bəzən isə bir birinə dolaşaraq bağırsaq keçməzliyi əmələ gətirir.

Askaridin sürfə mərhələsi daha təhlükəlidir cünki onlar ancaq qanla qidalanır(gündə 0,5litr).Və bu zaman damarları və orqanları zədələyirlər.Askaridin diaqnozu nəcis vasitəsilə qoyulur.Onlar yoluxmadan 3ay sonra yumurtalamağa başlayır.
                                  




6 yorum: