Hər hansı bir elm sahəsində kəşflər olan zaman onu qəbul edənlər və inkar edənlər olub.Bu Biologiya sahəsində daha çox müşahidə olunub.Uzun illərdir Təkamül nəzəriyyəsi mübahisələrə səbəb olmuşdur.Onu qəbul edənlər ilə yanaşı inkar edənlər də kifayət qədərdir.Hətta bununla bağlı bəzi ölkələrdə dərsliklərdən müəyyən mövzular çıxarılmışdır.
Öyrənidyimiz Biogenetik qanun
Embiriologiya-müxtəlif canlıların embirionlarını müqayisə etməklə öyrənirlər.Heyvanların rüşeyminin inkişafı zamanı onlarda əvvəl tipin,sonra sinfin,dəstənin,fəsilənin,cinsinin və nəhayət növün əlamətləri formalaşır.
Biogenetik qanun-Ontogenez(fərdi inkişaf)Filogenezin(tarixi inkişaf) qısa və sürətli təkrarından ibarətdir.Bu qanun F.Müller və E Hekkel tərəfindən kəşf edib.Bu nəzəriyyəyə görə canlı embirioloji inkişafında əcdadlarına məxsus bir inkişaf yolu keçir.Bu qanuna misal olaraq quşların və məməlilərin embiriogenezində qəlsəmə yarıqları, quyruqsuz suda -quruda yaşayanların sürfəsində quyruğun olması,İnsanın embirioognezində dəri epidermisinin inkişafını:təkqatlısilinidrik→çoxqatlı bunuzlaşmamış→çoxqatlı zəif buynuzlaşmış→tipik buynuzlaşmış epiteli və s göstərmək olar.
Uzun illərdir ki biz bu mövzuları öyrənmişik və bu gun isə tədris edirik.Lakin elm və texnikanın inkişafı sürətlə getdiyindən ,uşaqların bilik və davranışları da bunlara uyğun olaraq dəyişir.Dünən biz bu qanunları sorqulamadan,müəllimlə mübahisə etmədən öyrənirdiksə bu günün şagirdi belə deyil.Onlar bizlə bəzən haqlı olaraq razılaşmırlar,daha dəqiq məntiqli elmi sübut tələb edirlər.
Əslində Biogenetik qanun
Zaman keçdikcə bəzi qanunlar və kəşflər öz əhəmiyyətinin itirməyə başlayır.Bu qanundan biri də Biogenetik qanundur.Sonralar bu qanun əslində saxtakarlıq nəticəsində meydana gəldiyi ortaya çıxdı və bu qanun 1950 ci ildə dərsliklərdən çıxarıldı.Sonrakı illərdə bu nəzəriyyənin tamamilə xəyalı ssenari olduğu ortaya çıxdı.İnsanın embirionun ilk mərhələsində qəlsəmə kimi qələmə verilən əslində orta qulaq kanalının ,qalxanabənzər ətraf vəzilərnin və timus vəzi olduğu aydın oldu.Quyruq kimi göstərfikləri orqan isə əslində insanın onurğa sümüyüdür və ayaqlardan öncə ortaya çıxdığı üçün quyruq kimi görünür.
Hekkel nəzəriyyənin saxta olduğunu özü etiraf edərək sübut üçün olaraq göstərdiyi şəkillərdə dəyişikliklər etdiyini və əslində isə onların embirionunda heç bir oxşarlığın olmadığını söyləmişdir,lakin özünə bəraət qazandırmağı da yaddan çıxarmamışdır.
"Bu etdiyim saxtakarlıq etirafından sonra özümü qınamağım lazımdır. Lakin mənim təsəllim budur ki, günahkar vəziyyətdə yan-yana durduğumuz yüzlərlə yoldaş, bir sıra etibarlı müşahidəçi və məşhur bioloqlar vardır ki, onların ən yaxşı biologiya kitablarında, tezislərində və jurnallarında mənimki kimi saxtakarlıqlar, dəqiq olmayan məlumatlar, az-çox təhrif edilmiş, sxematizə edilib yenidən təşkil edilmiş şəkillər var." (Francis Hitching, The Neck of the Giraffe: Where Darvin Went Wrong, New York: Ticknor and Fields 1982, s. 204)
Mənim üçün maraqlıdır hər zaman dünyaya inteqrasiyadan danışırıq, digər ölkələrdə olan yenilikləri tətbiq etməyə çalışırıq bəs nə üçün indiyədək bu nəzəriyyə bizim dərsliklərdən çıxarılmır?
Mənim üçün maraqlıdır hər zaman dünyaya inteqrasiyadan danışırıq, digər ölkələrdə olan yenilikləri tətbiq etməyə çalışırıq bəs nə üçün indiyədək bu nəzəriyyə bizim dərsliklərdən çıxarılmır?
Hiç yorum yok:
Yorum Gönder