İnsanın normal yaşaması və inkişafı üçün onun qidalanması əsas şərtlərdən biridir.İnsan yaşadığı dövr boyunca 2 fil ağırlığında qida qəbul edir.Qidalanma həzm orqanları tərəfindən həyata keçirilir.Həzm sisteminə həzm kanalı və vəziləri aiddir.Həzm sistemi orqanlarında qidanı həzm kanalından keçdiyi yol belədir.
Qida⇒Ağız boşluğu→udlaq→ qida borusu→mədə→bağırsaq(nazik→yoğun)
Həzm kanalının uzunluğu 8-10m dir.Həzm sisteminin böyük vəzilərinə(5ədəd) iri ağız suyu vəziləri 3cüt (qulaqyanı,dilaltı, çənəaltı), qaraciyər,mədəaltı vəziləri aiddir və bunlar həzm kanalının boşluğuna açılır.
həzm kanalının divarı 3qatdan təşkil olunub.
Müxtəlif dövrlərdə həzmin 3 forması inkişaf etmişdir.
Qida⇒Ağız boşluğu→udlaq→ qida borusu→mədə→bağırsaq(nazik→yoğun)
Həzm kanalının uzunluğu 8-10m dir.Həzm sisteminin böyük vəzilərinə(5ədəd) iri ağız suyu vəziləri 3cüt (qulaqyanı,dilaltı, çənəaltı), qaraciyər,mədəaltı vəziləri aiddir və bunlar həzm kanalının boşluğuna açılır.
həzm kanalının divarı 3qatdan təşkil olunub.
- Xarici-sıx birləşdirici
- Orta-saya əzələ qatı
- Daxili-Selikli qişa
Müxtəlif dövrlərdə həzmin 3 forması inkişaf etmişdir.
- Hüceyrədaxili
- Hüceyrəxarici
- Membranhəzm
Həzm kanalının funksiyaları 3cürdür.
- Hərəki(motor)
- Sekretor
- Sorulma
Həzm sistemi vegetativ sinir(avtonom)sistemi vasitəsilə və humoral yolla tənzim olunur.Vegetativ sinir sisteminin parasimpatik şöbəsi onun işini gücləndirir,simpatik isə tormozlayır.
Ağız boşluğu-dəhliz və xüsusi ağız boşluğundan ibarətdir.Ağız boşluğu alt və üst dodaqlar, yanaqlar,damaq,dil və ağız boşluğundakı əzələ ilə əhatə olunub.Ağız boşluğuna 3cüt iri ağız suyu vəziləri açılır.Həmin vəzlər gün ərzində 0,6-2l tüpürcək ifraz edir.Ağızda mühit zəif qələvidir.Ağız suyunun tərkibində maltaza fermenti kapbohidratları parçalayır.
Dil ən güclü əzələvi orqan olub,üzərində 10000dək dad tumurcuğu (tumurcuğun ömrü 10 gün) var
Dişlər inkişafı ana bətnində 9-12 ci həftəliyində başlayır.6ayliq körpədə ilk süd dişləri çıxmağa başlayır,6 yaşında onların sayı 20 olur.(8 kəsici,4köpək,8 kiçik azı dişi)10-12 yaşlarında isə süd dişləri daimi dişləri ilə əvəz olunur.Süd dişlərin sayı 20, daimi dişlərin sayı isə 32 olur.
8 kəsici
4 köpək
8 kişik azı
12 böyük azı(4 ü 16-22 yaşlarında çıxır.Ağıl dişi)
Dişlər tac,boyun və kök hissədən ibarətdir.Dişin daxili hissəsi boşdur,buradan qan damarları və sinirləri olur.Dişin mərkəzində özəyi(pulpa) olur.Dişin tacı mina qatı ilə örtülüdür.
Mədə-həzm kanalının ən kenişlənmiş hissəsi olub,həcmi 1,5-3l dir.Mədədə həzm 3-10saat davam edir.Mədənin divarı da 3 qatdan təşkil olub.
- Xarici-sıx birləşdirici
- Orta-əzələ qatı
- Daxili-Selikli qişa
Mədə şirəsinin tərkibi fermentlər,xlorid turşusu.seliyəbənzər maddələr vardır.Sutkada 2l mədə şirəsi ifraz olunur. Mədədə mühit turşdur.Burada zülalların parçalanması gedir.Mədədə karbohidratları parçalayan ferment yoxdur,lakin ağızda parçalanmağa başlanan karabohidratın parçalanması davam edir.
Mədə şirəsini ifrazı 3 fazaya ayrılır.
- Beyin fazası-mürəkkəb şərti və şərtsiz reflekslərin qıcıqlanması ilə başlayır.
- Mədə fazası-mədəyə qida düşdükdə başlayır.
- Bağırsaq fazası-bağıesabına bioloji fəal maddələrin hrsağın selikli qişasından qana ifraz olunan baş verir.
Nazik bağırsaq-uzunluğu 5-7 mdir.Daxili səthi xovlarla örtülüdür.1sm2 də 2500 xov olur.Hər bir xov 3000 mikroxovdan ibarətdir.Nazik bağırsağın mühiti qələvidir,mədədən daxil olan mühiti neytrallaşdırır.Burada həzm 3 mərhələdə gedir.
- Boşluq həzmi
- Membran həzmi (A,M.Uqoleyev kəşf edib)
- Sorulma
3hissədən ibarətdir.
- Onikibarmaq bağırsaq-bura qaraciyər və mədəaltıvəzin axarları açılır.
- Acı bağırsaq
- Qalça bağırsaq
Yoğun bağırsaq-uzunluğu 1,5-2m dir. Burada xovlar olmur.,gün ərzində 1 litrədək suyun və mineral maddələrin sorulması baş verir.Buradakı mikroorqanizmlər B və K vitaminlərini sintez edir.
3hissədən ibarətdir.
- Kor bağırsaq
- Çəmbər
- Düz bağırsaq
Qaraciyər-orqanizmdəki ən iri vəzdir.çəkisi1,5-2kq dır.O sağ tərəfdə diafraqmanın və qabırğaların altında yerləşir.Sutkada 500-1200 ml öd hazırlayır.Öd zəif qələvi reaksiyaya malikdir.Qaraciyər bağırsaqlardan qana sorulan zərərli maddələrin 95% burada zərərsizləşir, ammonyakı sidik cövhərinə çevirir.
Qaraciyərə 3 damar birləşib.
1.QAPI VENASI(GƏLƏN)(qanda şəkər çox olsa bu normaldır.)
2.QARACİYƏR VENASI (ÇIXAN)(qanda şəkər çox olsa bu insan şəkərli diabet xəstəsidir.)
3.QARACİYƏR ARTERİYASI (GƏLƏN)
Hiç yorum yok:
Yorum Gönder