Fotosintez bitki və bir sıra başqa orqanizmdə(bəzi heyvan və bakteriyalar) gedən işıq enerjisinin kimyəvi enerjiyə çevrilməsi prosesidir.Fotosintez sözü yunanca fotos (işıq) və sintezis (birləşmə) sözlərindən gəlməkdədir.
İlk dəfə olaraq fotosintezi rus alimi Kliment Arkadyeviç Timiryazev kəşf etmişdir.
Bitki fotosintezində iştirak edən əsas orqanı yarpaq. Ağızcıqlardan yarpağa hava daxil olur ki, onun da tərkibində olan karbon qazından bitki qida kimi istifadə edir. Yarpaq hüceyrələrindəki xloroplastlarda günəş enerjisini udma xüsusiyyətinə malik xlorofil olur. Əmici tellərlə torpaqdan su və mineral maddələr udulur və kökün ötürücü boruları ilə gövdəyə, oradan yarpaqlara ötürülür. Günəş enerjisindən istifadə etməklə bitki kimyəvi çevrilmə yolu ilə qeyri-üzvi maddələrdən (karbon qazı və sudan) mürəkkəb üzvi maddələr yaradır.
Fotosintez zamanı işıqda üzvi maddə yaranması ilə bərabər, həm də ətraf mühitə oksigen xaric edilir. Fotosintez etmək qabiliyyəti yaşıl bitkilərin əsas xüsusiyyətlərindən biridir. Qeyri-üzvi maddələrdən üzvi maddə yaradan orqanizmlər avtotroflar adlanır ("autos"-özü, "trofe" - qidalanma).Avtotrof orqanizmlər nəticəsində fotosintez prosesi hesabına atmosferdə karbon qazının miqdarı azalır,oksigen artır.
Fotosintez xlorofil piqmenti hesabına həyata keçirilir.Xlorofil İbtidai bitkilərdə-xromotoforda,ali bitkilərdə xloroplastlarda,sioanobakteriyalarda isə sərbəst halda sitoplazmada yerləşir
Fotosintezi həyata keçirən orqanizmlər aşağıdakılardır.
Bitkilərin fotosintez edə bilmələri üçün günəşin müəyyən dalğadakı işığının varlığı vacibdir.Fotosintez zamanı avtotrof canlılar işıq spektirinin-Görünən-Dalğa uzunluğu(0,40-0, 75mkm) olan şüalarından istifadə edirlər.
- Yaşıl bitkilərin əksəriyyəti- görünən şüaların qırmızı spektirindən
- Qırmızı yosunlar--yaşıl spektirindən
- Qonur yosunlar--bənövşəyi spektrindən isifadə edirlər.
Fotosintezin məhsuldarlığı
Fotosintezin məhsuldarlığı təxminən 1 saatda 1m2 yarpaq sahəsində əmələ gələn 1 qram üzvi maddədir.(Yayda isə 1sutkada 1m2 yarpaqda 15-16 q üzvi maddə əmələ gəlir.
hee bildim
YanıtlaSilBiraz az Cox melumat verin
YanıtlaSilƏtraf mühitDə oksigen xaric edilir, yoxsa ətraf mühitə? Siz ətraf mühitDə yazmısınız. Ona görə soruşuram
YanıtlaSilFotosintezi ilk defe Pristli keşf edib.Timiryazev xlorofil piqmentinin fotosintezde rolunu gösterib
YanıtlaSilNeçenci ilde keş olunub?
YanıtlaSilBir sual bes fotosintezi ilk defe icra eden canlilar hansilardi?
YanıtlaSilBu saffayi nasil saklarim?
YanıtlaSil