Xarakterik əlamətləri
- Xordalılar tipinin ibtidai qrupudur.
- Xordaya məxsus əlamətlər ömür boyu qalır.(Xorda+baş və onurğa beyni diferensasiya etməmiş sinir borusuna)
- İnkişaf etmiş sinir sistemi yəni baş beyin+onurğa beyin yoxdur.
- Ürək yoxdur,qan damarlarının döyünməsi nəticəsində qan dövr edir.
- Ətrafları yoxdur.
- Gözləri yoxdur(öndə tək gözcük var)
- Kəllə yoxdur(lakin bədənin ön hissəsi baş adlanır )
- Nümayəndələri dəniz dayazlıqlarında qum içərisində yaşayır.
- Bunların bədəni yanlardan yastılaşıb, ağzı bığcıqlarla( 10-20cüt )əhatə olunub.
- Bir sinfi var-Başıxordalılar. Xorda bütün bədən boyu uzanır, hətta sinir borusundan qabağa çıxır. Ona görə də bunlara başıxordalılar deyilir. Nümayəndəsi neştərçədir
Neştərçənin qurluşuBədən xaricdən 2qatlı dəri ilə örtülüb
1.Təkqatlı epidermis-yalançı dəri
2.Kutis-əsl dəri
Dərisi nazik olduğundan qan diffuziya yolu ilə birbaşa dəri vasitəsi ilə oksigenlə təmin olunur.Yəni dəri tənəffüsü də var.
Həzm sistemi
Bədənin yanlarında olan qəlsəməətrafı boşluqdan xaricə yalnız 1 axacaq açılır.Ağıza dolan su ilə birlikdə onun qidasını təşkil edən kiçik yosunlar və digər orqanizmlər də gəlir.Su qəlsəmə yarığından süzülüb→boşluğa→xaricə çıxır.Qida isə ağızda qalır.Bu cür qidalanan heyvanları "süzücülər"adlandırırlar.
Ağız→udlaq→bağırsaq→anal dəlik
Ağız bığcıqlarla əhatə olunmuşdur və daim açıq qalır.Udlağı içəri tərəfdən örtən kirpikli hüceyrələr sayəsində su cərəyanı baş verir.Su ağızda daxil olur,qəlsəmə yarıqlarından xaric olur.
Süzücü qidalanma forması ilə bağlı animasiya
Süzücü qidalanma forması ilə bağlı animasiya
Tənəffüs sistemi
Dənizdə qumun içərisində yaşayır ,lakin qəlsəmələ olan bədənin ön hissəini xarisdə saxlayaraq tənəffüs edir.Udlağın divarında 100cütə yaxın qəlsəmə yarıqları var.Qəlsəmə qidalanmada həm də tənəffüsdə iştirak edir.Eyni zamanda dəri tənəffüsü var.
Əzələləri
Xordanın yanı ilə uzanan 2 lentşəkilli əzələdən və buğumlar üzrə yerləşən bir-birindəın birləşdirici toxuma qatı ilə ayrılan əzələ miomerlərindən ibarətdir.
İfrazat sistemi
Böyrəklər yoxdur.Udlaqda metamer(daxildən buğumlar üzrə) yerləşən 90cüt(180 ədəd)nefridilər vasitəsilə.Nefridilərin bir ucu udlaq üstü kanallara,digər ucu xaricə(qəlsəməətrafı-atreial boşluq vasitəsilə)açılır.
Sinir sistemi
Mərkəzi və periferik hissələrə bölünür
Mərkəzidən-bədən boyunca sinir borusu uzanır.
Periferik sinir sistemi isə sinir borusunda çıxan sinirlərlər təhciz olunub.Sinir borusunun ətrafında işığı hiss edən hüceyrələr var.Hiss orqanları zəif inkişaf edib.İxtisaslaşmış hiss orqanı yoxdur.Suyun kimyəvi xüsusiyyətlərini müəyyən edən qoxu çökəkliyi sinir borusunun üst tərəfində yerləşir.
Qan-damar sistemi
Qapalıdır.Ürək yoxdur.Bel və qarın qan damarlarından və bunlardan çıxan şaxələrdən ibarətdir.
Qarın qan damarı ilə venoz qan→qəlsəmə kapliyarları→arterial qan bel qan damarı ilə→orqanlara gedir.
Ayrıcinslidir.Cinsi hüceyrələr qəlsəmə olan nahiyyədə əmələ gəlir oradan→qəlsəmətrafı boşluğa→ qəlsəmə yarıqlar→ xaricə suya tökülür. Mayalanma xaricidir.suda gedir, mayalanmış yumurtadan süfrə çıxır, inkişaf edərək yetkin fərdə çevrilir.
Hiç yorum yok:
Yorum Gönder