Plaunkimilər(qurdayağı)-psilofitlərdən əmələ gəlmişdir.300 milyon il bundan qabaq geniş yayılmışlar.İndi əsasən iynəyarpaqlı meşələrdə olur.Plaunlar nadir bitkilər sayılır.Ona görə də bəzi növləri "Qırmızı kitaba" salınıb.
Əsas əlamətləri
- Yerə sərilən ,çoxillik ot bitkiləridir.
- Budaqlan zoğlarında xırda sıx yarpaqlar yerləşir.
- yarpaqlar müxtəlif formada -tikan,oval,biz formada olur.
- yarpaqlar gövdə üzərində növbəli,topa ilə və qarşı-qarşıya düzülür.
- Əlavə kökləri var
- Zoğların yuxarı hissəsində spor daşıyan sünbülcüklər yerləşir.
- Qeyri cinsi çoxalma -sporlarla gedir.
- Qeyri -cinsi çoxalma-qoca gövdələr quruyan zaman cavan gövdələr üzərində əlavə köklərin əmələ gəlməsi ilə başlayır.
- Qeyri-cinsi nəsil(sporofit) cinsi nəslə(qametofit) nisbətən üstünlük təşkil edir.
Plaunların çoxalması
Sporangilərdə sporlar yetişir(1neçə aya hətta ilə qədərki müddətdə)Sporlar açıq sarı rəngdə olur və küləklə yayılır.Əlverişli şəraitdə cücərir.Bu ilk cücərti -protal adlanır.Protalın alt hissəsində -rizioidlər əmələ gələrək onu torpağa bərkidir,üst hissəsində isə cinsi orqanlar(antredi və arxeoqoni) əmələ gəlir və suyun nəticəsində mayalanma baş verir.Mayalanmadan-ziqot,ziqotdan -rüşeym,rüşeymdən-kiçik plaun inkişaf edir.
Plaunkimlərin 2 sinfi var.
1.Plaun (Lycopsida) bərabərsporlular
2.İzoet (Isoetopsida) müxtəlifsporlular
Plaunların əhəmiyyəti
- Sporların uşaqlar üçün dərman hazırlanır.
- Sarı və yaşıl rəng almaq üçün sənayedə istifadə olunur.
BAŞQA FİKİRLERİNİZ VAR?
YanıtlaSil