22 Mayıs 2017 Pazartesi

Makrotəkamül


 Canlıların fiziki dəyişiklikləri makrotəkamül, genetik dəyişiklikləri isə mikrotəkamül ilə öyrənilir.
                 Makrotəkamül
Növdən yüksək səviyyədə baş verən təkamüldür.Yəni bu zaman cins,fəsilə,dəstə ,sinif,şöbə,tip aləm və s. əmələ gəlir.Makrotəkamülü hiss etməməyimizin səbəbi ömrümüzün bu dəyişiklikləri hiss etməyəcək qədər qısa olmasıdır.Yəni Makrotəkamül uzun müddətdə baş verən dəyişlilmədir.Makrotəkamülün əsasında mikrotəkamül durur.Onlar arasında kəskin fərq yoxdur.
Makro və Mikrotəkamülün oxşar xüsusiyyətləri.
  • Hər ikisinin əsasında divergensiya durur.
  • Hər ikisinə təbii seçmə təsir edir.
  • Hər ikisinə yaşamaq uğrunda mübarizə təsir edir.
Makrotəkamülü sübut etmək üçün bir çox dəlillərdən istifadə olunur.
1.Müqayisəli anotomiya dəlilləri
Divergensiya-həyat şəraitinin dəyişilməsi nəticəsində növ daxilində əlamətin ayrı-ayrı şaxələrə parşalanmasıdır.Divergensiya növ ilə bərabər cinslərdə,dəstələrdə,fəsilələrdə  və başqa  taksonomoyalarda da baş verir.Divergensiya qohum növlərdə homoloji orqanların əmələ gəlməsi ilə baş verir.Homoloji orqanalar-Mənşəcə eyni, quruluş və funksiyaca müxtəlif olan orqanlardır.Məsələn:
  • Quru və su onurğalıların  ətrafları( suiti,delfin)
  • Yarasanın qanadı ilə insanın qolu
  • Noxudun bığcığı ilə kaktusun tikanları(hər ikisi yarpaq mənşəlidir)
Konvergensiya-Müxtəlif sistematik qruplardakı canlılarda oxşar mühit amillərinin təsirindən təkamülcə oxşar xüsusiyyətlər yaranmışdır.Konvergent inkişaf zamanı xarici qurluşda oxşarlıq yaranır.Bəzən isə bu fizioloji proseslərdə özünü göstərir(suda yaşama ilə əlaqədar suiti və balinada piy qatının yaranması)
Konvergensiyaya aid misallar
  • Suda yaşama ilə əlaqədar akula,ixtiozavr və balinalarda bədən formasının balığa bənzəməsi
  • Torpağı qazmağa uyğunlaşmış Köstəbək və danadişininin ön ətraflarının qurluşu
Konvergensiya analoji orqanların yaranmasına səbəb olur.Analoji orqanalar isə quruluş və funksiyaca oxşar olub,mənşəcə fərqli olan orqanlardır.Məsələn
  • quşun və kəpənəyin qanadları
  • danadişi və kostəbəyin qazıcı ön ətrafı
  • zirincin və yemişanın tikanı (1.Yarpaq.2.Gövdə mənşəlidir)

2.Embirioloji dəlillər-rüşeymlərin oxşarlığı
Embriologiya-orqanizmlərin rüşeym dövründə inkişafını öyrənir.Əsası ilk dəfə K.Ber tərəfindən qoyulmuşdur.
Embriloji dəlillər- birhüceyrəlilər ilə çoxhüceyrəlilər arasında, onurğalı və onurğasız heyvanlar arasındakı oxşarlıqların olmasını müəyyən etmişdir.
İnkişaf dovründə xordalılarda ilk olaraq tipin sonra isə →sinfin →dəstənin→cinsin→növün əlamətlərini yaranır.
Biogenetik qanun -F.Müller və E.Hekkel tərəfindən müəyyən olunub.Bu qanuna əsasən Hər bir fərd öz inkişafında (ontogenezində) daxil olduğu növün tarixini (filogenezini)təkrar eləyir,qisa olaraq "ontogenez filogenezin qısa tarixi təkrarıdır."
3.Palentoloji dəlillər-təkamülü isbat edən dəlilərdən biri də qazıntı ahalında tapılan canlıların qalıqlarıdır.Bu qalıqlar onların hansı dövrdə hansı şəraitdə yaşadığını ,bu günkü canlılarla oxşar və fərqli xüsusiyyətlərini öyrənməyə imkan verir.Paleontoloji qalıqlara başqa adla Fosil'lər də deyirlər. Fosilləşmə prosesi elə də sadə bir proses deyil. Bunun üçün xüsusi şərait lazımdır. Belə ki, fosilləşmə müəyyən şərtlər daxilində ölmüş orqanizmlərin mineralların daxilində qalaraq qayalaşma prosesində morfoloji xüsusiyyətlərinin qayaya köçürülməsidir. Palentoloji dəlilləri bir neçə qrupa bölünür:
1.Filogenetik sıralar-arxeolji qazıntılar nəticəsində alimlər bir cox heyvanların filogenetik sırasını müəyyən etmişlər.V.O.Kavaleviski Atın filogenetik sırasını müəyyən etmişdir.
Fenokodus-tülkü boyda həmm bitki həm də heyvanala qidalanan canlı olub.Bunlardan atın əcdadı əmələ gəlib.Onun 5 barmağı olub.
Eohippus- atın əcdadı sayılır.Ön ətrafında 4 arxa ətrafında 3 barmaq olub.Qabarıq dişləri olub.Neogen dövründə quraqlığın yaranması onun düşməndən xilas olmaq üçün sürətli qaçışına səbəb olub.Bu səbəbdən də onun ayaqları uzanmış,onurğa möhkəmlənmiş,barmaqda dırnaqlar yaranmışdır.
Şəraitin dəyişilməsi Merihippus,Hiparion və nəhayət Müsair at yaranıb.


2.İzatoplar-Çöküntü suxurlarının yaşı,yer qabığının yaşı onlarda olan radioaktiv maddələrin izatoplarının miqdarına görə təyin edilir.

3.Keçid formalar- tapılan qalıqların bir çoxu keçid formalar kimi qəbul olunur,aralıq mövqedə dururlar.

4.Stratiqrafik dəlillər-bu dəllilərə əsasən müxtəlif geoloji dövrlərdə yaşayan canlıların qalıqalrının hansı qatlarda yerləşdiyi müəyyən olunur.Beləki ən üst qatda müasir canlılar,ondan aşağıdakı qatda xordalılar,ondan aşağıda isə onurğasız canlıların qalıqları yerləşir.

2 yorum: