30 Mayıs 2024 Perşembe

Yosunlar ilə bağlı məsələlər

 1.Cinsi çoxalma zamanı 200 ədəd sap şəkilli ulotriks yosunun alınması üçün neçə qamet və neçə ziqot lazımdır?

Həlli:

Bir ziqotun yaranmasında  2 qamet iştirak edir.,bir ziqotdan isə 4 spor inkişaf edərək yetkin yosuna çevrilir.Demək ki

1) 1_________4                       2)   1ziqot______________2 qamet

   x-________200                        50 ziqot_____________x

      x=50 ziqot                                      x=100 qamet


2.Ulotriksin 4 yaşıl hüceyrəsinin bölünməsi nəticəsində minumum neçə zoospor əmələ gələr?

Həlli:

1 hüceyrə bölünməsində____________________min 2 zoospor ə/g

4____________________________________x

x=8

3.Ulotriksin 4 qametində neşə qamçı var?

Həlli:

Ulotriksin 1 qametində_______________ 2 qamçı  var

                   4________________________x

                         x=8


4.Ulotriksin 5 zoosporunda neçə qamçı var?

Həlli:

1 zoosporunda -------------4 qamçı 

5------------------------------- x

x=20

5.Xlomidomonadaların cinsi çoxalması zamanı 16 ziqot əmələ gəlmişsə ,ziqotların bölünməsi zamanı alınan orqanizmlərdə cəmi neçə qmçı var?

Həlli:

Ziqot bölünən zaman 4 spor əmələ gəlir və hər birində 2qamçı olur.

1 ziqot_____________8 qamçı 

16_________________x

 x=128

6.Ulotrikslərdə bölünməyən və yaşıl rəngi olmayan 8 ədəd hüceyrə varsa ,bu ulotrikslərin əmələ gəlməsi zamanı mayalanmada bilavasitə neçə qamet iştirak edir?

Həlli:

Ulotriksin cinsi çoxalması zamanı

2 qamet-----1 ziqot----4 spor (və ya ulotriks sapı )əmələ gəlir.

Demək ki  2qamet--------------4ulotriks

                   x---------------------8 ulotriks

                     x=4 qamet.


Məsələ həlli zamanı bəzi yosunlar ilə bağlı bilməniz lazım olan məlumatlar:


Ulotriks yosunun çoxalması


Xlamidomonada yosunun çoxalma



22 Mayıs 2024 Çarşamba

Tənəffüs sistemi məsələləri

 

1)Normal şəraitdə 120 tənəffüs hərəkəti etmişsə ,bu zaman nisbi sakitlik halında ürək mədəciklərinin boşalmasına nə qədər vaxt sərf olunar?

Həlli:

1dəq--------16 t/h      0,8------0,7

X-----------120t/h          x-------450

X=7,5 dəq=450san       x=393,75 san

2) Qan ağciyər kapliyarlarından 37,5mm məsafə qət etmişdir.Bu zaman ürəyin 0,5 sanlik tsikli şəraitində neçə nəbz vurğusu olar?

Həlli:

1san-------0,5mm

  x------------37,5mm

    x= 75san



Quşlara aid məsələlər

 

1.Əgər quş uçuş zamanı 1 dəqiqədə 400 tənəffüs hərəkəti edərsə,onun ağciyrlərindən bu müddətdə neçə qazlar mübadiləsi gedər?

Həlli: Quşda 2qat tənəffüs getdiyindən 400*2=800

Cavab: 800

2.Göyərçinin dayaq –hərəkət sisteminin kütləsi 150qramdır.Skelet bu sistemin kütləsinin 20%ni təşkil edir.Böyük döş əzələlərinin kütləsini hesablayın.

Həlli:

150---------------100%

X-------------------20%

X=30q skelet

150-30 =120 bütün əzlələr

120: 2=60q döş əzələləri

3.Göyərçinin böyük döş əzlələrinin kütləsi 60 qdır.Onun skeleti bütün əzlələrinin ümumi kütləsinin 25%  təşkil edir.Göyrəçinin dayaq hərəkət sisteminin kütləsini hesablayın .

60*2=120qram bütün əzlələr

120-----------100%

 x---------------25%

   x=30q skelet

120+30 =150 q dayaq hərəkət sistemi

 

18 Mayıs 2024 Cumartesi

Bakteriya məsələləri

Bakteriyalara aid məsələləri həll edən zaman bilməmiz gərəkən xüsusi qeydlər.





 1 .Əlverişli şəraitdə 1 bakteriya hüceyrəsinin 6 dəfə ardıcıl nəsil əmələ gətirməsi  üçün nə qədər vaxt lazımdır?
Həlli:
n=T/20
T=n * 20=6x20=120deq=2saat

2.Əlverişli şəraitdə 3 bakteriya hüceyrəsi minumum sürətlə bölünərsə,3saat ərzində neçə bölünmə prosesi və neçə bakteriya hüceyrəsi əmələ gələr,neçə bakteriyahüceyrəsi bölünməyə məruz qalar?
Həlli:
n=180:30=6 nəsil
Nt=N0 x 2n=3x26=3x64=192 
Nt-N0=192-3=189


 3.180 dəq ərzində maxsimum 1536 bakteriya əmələ gəlib.Başlanğıc hüceyrələrin sayını tapın.
Həlli:
n=180:20=9 nəsil
Nt=N0 x2n    
N0=Nt:2n  =1536:512=3

4..İçərisində 5 bakteriya olan qapalı əlverişli şəraitdə1 saatda maxsimum neçə bakteriya bölünməyə məruz qalar?
Həlli:
Nt=N0 x 2T:20=5x2*60/20 =5 x 23 =5x8=40
Nt-N0= 40-5=35


5.Bir bakteriya hüceyrəsi 2saat ərzində max neçə nəsil verər və neçə bakteriya hüceyrəsi əmələ gələr?
Həlli:
n=120:2=6 nəsil
Nt=1x 26=64 hüceyrə

6. 3bakteriyanın  bölünməsi nəticəsində 3 saatda əmələ gətirdiyi bakteriyaların max sayı,həmin müddətdə əmələ gətirdiyi bakteriyaların minumum sayından neçə dəfə çoxdur?

Həlli:

u  Nt=N0 x 2n

u  1)n=T:20=180:20=9

u  Nt=3 x 29 =1536

u  2)n=T:30=180:30=6

u  Nt=3 x 26    =192

u  1536:192= 8


7. 4 ilkin bakteriya hüceyrəsindən əlverişli şəraitdə  2saat ərzində neçə nəsil,neçə hüceyrə əmələ gələr,və neçə bakteriya bölünməyə məruz qalar?

Həlli:

u  Nt=N0 x 2n

u  1)n=T:20=120:20= 6 nəsil

u  2) Nt=4 x 26 =4*64= 256 fərd əmələ gələr

u  3) Nt-N0= 256-4= 252 bölünməyə məruz qalan hüceyrə


 8. 5 ilkin bakteriyanın intensiv çoxalması nəticəsində 320  fərd əmələ gəlibsə,bu zaman axırıncı bölünmədə 5 ilkin bakteriyadan neçə fərd iştirak edib?

Həlli:

       Nt:N0 =320:5= 64  ( 1bakteriya hüceyrəsindən əmələ gələn hüceyrənin sayı)

       64-32=32 (1 bakteriya hüceyrəsindən əmələ gələn hüceyrəlıərin sayından sonuncu  bölünmədə yaranan hüceyrələriunsayını çıxırıq)

       Cavab: 32 .


9. 4 ilkin bakteriyanın fasiləsiz bölünməsi nəticəsində onların sayı maksimum 64 dəfə artmışsa buna nə qədər vaxt sərf olunub?

            Həlli:

N0=4

Nt= 4x64=256

4--------8---------16--------32---------64--------128--------256

    20         20            20          20            20             20

Hər 20 dəqiqədən bir bölünür və dəqiqələri toplasaq görərik ki 6*20=120 dəqiqə yəni 2 saat vaxt sərf olunar.


 



10.  Əlverişli şəraitdə 2 saatda 1 ilkin bakteriyadan neçə nəsil yaranar?( əgər bakteriya 20 dəqiqədən bir bölünərsə) 


İzahı:
 n=T/20=120:20=6 nəsil

11.Əlverişli şəraitdə 2 sutkada 1 ilkin bakteriyadan neçə nəsil yaranar?( əgər bakteriya 20 dəqiqədən bir bölünərsə) 


İzahı:
 1)  2 sutka 48 saat edir.    1 saat ---------60 dəq 
                                       48 saat-----------x
                                              x=2880 dəq
 2) n=T/20= 2880/20=144  nəsil



12.Əlverişli şəraitdə 2 saatda 2 ilkin bakteriyadan neçə bakteriya yaranar?( əgər bakteriya 20 dəqiqədən bir bölünərsə) 

İzahı:
1)    n=T/20= 120/2=6  
2)  Nt= N0 x 2n = 2 x 26 =2x 64=128 bakteriya


13.Əlverişli şəraitdə 1 saatda 2 ilkin bakteriyadan neçə bakteriya yaranar?( əgər bakteriya 20 dəqiqədən bir bölünərsə) 

İzahı:
1)    n=T/20= 60/20=3
2)    Nt= N0 x 2n = 2 x 23 =2x 8=16

 

14.İçərisində 20 ilkin bakteriya olan qapalı qabda əlverişli şəraitdə 1 saatda  maxsimum neçə bakteriya bölünməyə məruz qalar?( əgər bakteriya 20 dəqiqədən bir bölünərsə) 


İzahı:


1)  n=T/20=60\20=3
2) Nt= N0 x 2n = 2 x 23 =20x 8=160
3)  Bölünməyə məruz qalan hüceyrələri tapmaq üçün ümumi hüceyrələrdən ilkin bakteriya sayını çıxırıq.  Nt  - N0=160-20=140 

                           Nt= N0 x 2

15.   4 ilkin bakteriya bölünərək sayının  2048 ə çatıbsa buna nə qədər zaman sərf olunub?( əgər bakteriya 20 dəqiqədən bir bölünərsə) 

İzahı:

1) Nt= N0 x 2n       
2)  N0= 4    Nt=2048   
3)   2n=Nt :N0 =2048: 4= 512

               4)      2n=512

                5)   2n=29

                             n=9(nəsil)

                 6)T=n*20=9*20=180(dəqiqə) 

                  7) 1 saat______________60 dəqiqə

                             x_______________180

                                 x= 3saat

                      

  16. Əlverişli şəraitdə 2 saat ərzində  4 ilkin bakteriyadan  maksimum əmələ gələn bakteriyaların sayı,    1 saat  ərzində bu bakteriyaların əmələ gətirdiyi bakteriyaların sayından neçə dəfə çoxdur?( əgər bakteriya 20 dəqiqədən bir bölünərsə) 


İzahı:

      1)   n=T/20=120:20=6

2)   Nt=N0 x 2n= 4 x 26= 4 x 64=256

3)   n=T/20=60:20=3

4)   Nt=N0 x 2n= 4 x 23 = 4 x 8=32

5)   256:32=8


i

     17.Əlverişli şəraitdə 2 saat ərzində  4 ilkin bakteriyadan  maksimum əmələ gələn bakteriyaların sayı, bu vaxt  ərzində bu bakteriyaların əmələ gətirdiyi nəsillərin sayından nə qədər çoxdur?(əgər bakteriyalar 20 dəqiqədən bir bölünərsə)

 

    İzahı:

     1)   n=T/20=120:20=6(nəsil)

2)   Nt=N0 x 2n= 4 x 26= 4 x 64=256(əmələ gələn bakteriya)

3)   256-6=250


    18.Əlverişli şəraitdə 2 saat ərzində  4 ilkin bakteriyadan  maksimum əmələ gələn bakteriyaların sayı, bu vaxt  ərzində baş verən bölünmələrin  sayından nə qədər çoxdur?(əgər bakteriyalar 20 dəqiqədən bir bölünərsə)

 İzahı:

1)   n=T/20=120:20=6(nəsil)

2)   Nt=N0 x 2n= 4 x 26= 4 x 64=256(əmələ gələn bakteriya)

3)   Nt-N0 =256-4=252(bölünməyə məruz qalan) 

4)   256-252=4

  

   19. 2 saat ərzində əmələ  gələn bakteriyaların sayı, maksimum 768 olarsa , onda ilkin bakteriyaların sayı nə qədər olub?(əgər bakteriyalar 20 dəqiqədən bir bölünərsə)

İzahı:

1)   n=T/20=120:20=6(nəsil)

2)   N0= Nt : 2n= 768 : 26= 768:64=12


cc


d