30 Mayıs 2024 Perşembe

Yosunlar ilə bağlı məsələlər

 1.Cinsi çoxalma zamanı 200 ədəd sap şəkilli ulotriks yosunun alınması üçün neçə qamet və neçə ziqot lazımdır?

Həlli:

Bir ziqotun yaranmasında  2 qamet iştirak edir.,bir ziqotdan isə 4 spor inkişaf edərək yetkin yosuna çevrilir.Demək ki

1) 1_________4                       2)   1ziqot______________2 qamet

   x-________200                        50 ziqot_____________x

      x=50 ziqot                                      x=100 qamet


2.Ulotriksin 4 yaşıl hüceyrəsinin bölünməsi nəticəsində minumum neçə zoospor əmələ gələr?

Həlli:

1 hüceyrə bölünməsində____________________min 2 zoospor ə/g

4____________________________________x

x=8

3.Ulotriksin 4 qametində neşə qamçı var?

Həlli:

Ulotriksin 1 qametində_______________ 2 qamçı  var

                   4________________________x

                         x=8


4.Ulotriksin 5 zoosporunda neçə qamçı var?

Həlli:

1 zoosporunda -------------4 qamçı 

5------------------------------- x

x=20

5.Xlomidomonadaların cinsi çoxalması zamanı 16 ziqot əmələ gəlmişsə ,ziqotların bölünməsi zamanı alınan orqanizmlərdə cəmi neçə qmçı var?

Həlli:

Ziqot bölünən zaman 4 spor əmələ gəlir və hər birində 2qamçı olur.

1 ziqot_____________8 qamçı 

16_________________x

 x=128

6.Ulotrikslərdə bölünməyən və yaşıl rəngi olmayan 8 ədəd hüceyrə varsa ,bu ulotrikslərin əmələ gəlməsi zamanı mayalanmada bilavasitə neçə qamet iştirak edir?

Həlli:

Ulotriksin cinsi çoxalması zamanı

2 qamet-----1 ziqot----4 spor (və ya ulotriks sapı )əmələ gəlir.

Demək ki  2qamet--------------4ulotriks

                   x---------------------8 ulotriks

                     x=4 qamet.


Məsələ həlli zamanı bəzi yosunlar ilə bağlı bilməniz lazım olan məlumatlar:


Ulotriks yosunun çoxalması


Xlamidomonada yosunun çoxalma



Hiç yorum yok:

Yorum Gönder