21 Haziran 2014 Cumartesi

Bağırsaqboşlulular tipi

Bağırsaqboşluqlular ibtidai çoxhüceyrəli heyvanlardır. Bədən iki qatdan ıbarətdır, ən sadə halda bir tərəfi açıq kısəyə bənzəyir. Kısənin boşluğunda qidanın həzmi gedir. Həzm olunmamış qidanın qalıqları bədəndən ağız dəliyi vasitəsilə kənar edilir. Bu heyvanların səciyyəvi xüsusıyyəti onlarda dalayıcı hüceyrələrin olmasıdır. Hər bir dalayacı hüceyrənin daxilində spiralvarı burulmuş,sərt itiuclu sap yerləşən zəhərlə dolu kisə var.Bu zəhər xirda canlılar üçün öldürücü təsir edir və insan üçün təhlükəli  sayılır.Dəniz arısı adlı müduzanın zəhəri isə insana öldürücü təsir edir.Bağırsaqboşluqluların ətraf mühitə göstərdiyi qıcığa qarşı cavab reaksiyası-refleks adlanır. Bagırsaqboşluqluların hamısı su heyvanı olub, əksərıyyəti dənizlərdə yayılmışdır.Bunlar əsasən dəniz heyvanlarıdır, şirin sularda yaşayır.
Bağırsaqboşluqlularda mezoderma qatı olmur,onlar bütün həyatlarını qasturula mərhələsində keçirirlər.Bədənləri şüalı simmetriyaya malikdir.
Hidrozalar sinfi- Şirin su hidrası
Hidralar- təmiz suların sahilə yaxın hissələrində bitkilərin budaqları və yarpaqları və bəzi əşyalar üzərində yaşayır.Hidra şirin su polipidir."Polip"- çoxayaqlı deməkdir.Yırtıcıdır.
Hidranın bədəni silindirik formasındadır,bədənin sərbəst ucunda ağız, ətrafında 5-12 ədəd  uzun qollar  və o biri ucunda isə döşənək yerləşir.

Hidroid Polipləri nin əksəriyyəti həyat dövriyyəsi bir birini əvəz edən iki nəsildən poliplərdən və meduzalardan ibarətdir.Tək-tək yaşayan şirin su polipləri-hidralar isə heç vaxt meduzaya çevrilmir.
Hidranın hüceyrələri 
Hidranın xürici qat hüceyrələri bir neçə tipdə olur.
1.Dəri -əzələ hüceyrələri-əsas hissəsini təşkil edir.Onların hər birinin dibində qısalıb uzana bilən əzələ lifləri vardır ki bu da hərəkəti təmin edir.Dəri əzələ hüceyrələrini  funksiyası isə hərəkəti təmin etmək,xaricdən ötrərək qorumaq və və sinir hüceyrələrindən impulsları  qəbul etməkdir.
2.Dalayıcı hüceyrələr- bədənin hər yerində xüsusəndə qolcuqlarda olurlar.Bu hüceyrələr aralıq hüceyrələrindən inkişaf edir.Hər bir dalayacı hüceyrənin daxilində spiralvarı burulmuş,sərt itiuclu sap yerləşən zəhərlə dolu kisə var.Hüceyrənin xaricində nazik səthində hissedici tükcük var o tükcüyə düşmən toxunduqda dalayıcı hüceyrənin sapında olan bizciklər düşmənə sancılır.Bu zəhər xirda canlılar üçün öldürücü təsir edir və insan üçün təhlükəli  sayılır.Hidranın dalayıcı hüceyrələrini funksiyası şikarı zədələmək və müdafiədir.
3.Hidranın aralıq hüceyrələri başqa hüceyrələrə çevrilir və bu hüceyrələr regenerasiya prosesini həyata keçirir. 
Hidrada tənəffüs və ifrazat prosesi bütün bədən səthi ilə gedir.
Sinir sistemi
Bağırsaqboşluqluların ətraf mühitə göstərdiyi qıcığa qarşı cavab reaksiyası-refleks adlanır, hidraya toxunduqda onu yığılmasına səbəb mərkəzi sinir sisteminin olmamasıdır.
Həzm sistemi
Ağız həm qidanın udulmasında həm də xaric olunmasında iştirak edir.Hidranın qollarına yapışmış canlılar oradan qopa bilmir,oradan ağıza oradan da bağırsaq boşluğuna düşür orada həzm olunur.
Çoxalması
1.Qeyri cinsi- yolla -tumurcuqlama yolu ilə .Bədənin təxminən orta hissəsində kəmər adlanan hissədə 1-3, bəzən isə 8 tumurcuq əmələ gəlir.,böyüyür və zirvəsində ağız və qollcuqlar inkişaf edir.tumurcuğun əsası nazikləşir,qopub suyun işərisinə düşərək sərbəst fəaliyyət göstərir.
2.Cinsi yolla-payızda havalar soyuyan zaman baş verir.Hidralar hermofroditdir.Cinsi çoxalma zamanı xarıcı qatında cinsi hüceyrələr əmələ gəlir.Spermatozoidlər qollarda,yumurtahüceyrə bədənin orta hisssəsində inkişaf edir.Cinsi hüceyrələrin inkişafı eyni vaxtda getmir.Spermatozidlər öz inkişafını başa vurduqdan sonra suya tökülür və ana bədənində olan yumurtahüceyrəni mayalandırır.Mayalanmış yumurta hüceyrə möhkəm qabıqla örtülür,sonra hidra ölür,yazda onlardan yeni sürfələr çıxır və yeni hidralar inkişaf edir.

Regenerasiya qabliyyəti sayəsində bədəndin qopmuş hissələrindən yeni hidra inkişaf edir.
Mərcan polipləri sinfi-Aktinyalar
Mərcan polipləri— . Təbiətdə mərcanların yumşaq, buynuzlu, tikanlı və başqa növləri var. Mərcanlar ya tək, ya da koloniyalarda yaşayırlar. 6000-ə qədər növü məlumdur. Görünüşdə bu kolniyalar gözəl gül baxçasını xatırladır. Mərcanlar heyvan kimi kəşf olunmamışdan əvvəl məhz suda yaşayan güllər sayılırdılar.Ağac kimi qol ataraq artan mərcanların yalnız üst qatı yaşayır, alt qatı isə ölür. Beləcə şişərək böyüyən mərcanlar dayaz yerlərdə qayalıqlara və adalara çevrilirlər. Bu prosesə aylar, illər yox, min illər lazım gəlir.Hazırda onların əksəriyyəti tropik dənizlərdə yaşayır. Hidroidlərdən fərqli olaraq mərcan poliplərinin bədən quruluşu xeyli mürəkkəbləşmişdir. Onların əksəriyyəti koloniya, bəzi növləri isə tək halda yaşayır. Mərcan polipləri yalnız polip formasında mövcuddur. Mərcan polipləri adalar əmələ gətirir. Mərcan rifləri qədim geoloji dövrlərdən başlayaraq mövcud olmuşdur, lakin rif əmələ gətirən heyvanların növ tərkibi dəyişmişdir. 


beyinqurdu
Rusiya dənizlərində yaşayan aktiniyanın bədəni formaca dirəyə oxşayır. Bədən çox parlaq rəngdə olur və qəşəng çiçəyə bənzəyir məhz ona görə ona dəniz aneomu da deyilir.. Bu xüsusiyyətlərinə görə onlar heyvanlara nisbətən bitkilərə daha çox oxşayır.Onlar həmişə tək yaşayırlar.Aktiniyaların skeleti olmur,onlar öləndən sonra heçbir iz qoymur. Aktiniyalar yırtıcı heyvanlardır. Qidasını (xərçənglər, molyuskalar,xırda balıqlar. və b.) qolları vasitəsilə ovlayır.Onlar asanlıqla xırda balıqları ovlayır ,iri balıqlarda isə yanıq izləri qoyur.Yalnız Amfipirion balıqlar onlarla dostluq şəraitində yaşayır.Onlarda onların zəhərinə qarşı sanki immunitett var, təsir etmir. Aktiniyada qidanın həzmi hidralarda olduğu kimidir. Aktiniyalar döşənək vasitəsilə substratın üzərində yavaş-yavaş hərəkət edir. Onlar bəzən molyuskaların çanağı və xərçənglərin zirehi üzərində yaşayıb həmin heyvanlar ilə simbiotik həyat keçirir.

Sifoid meduzalar sinfi
Nümayəndələri:Aureliya,sianea,qulaqlı meduza,ropilema,stavromeduza,kökağız meduza
Sifoidlər və ya Sifoid meduzaları  200-ə yaxın növü var. Dənizdə yaşayırlar.Sifoid meduzalarının bədəni çətirə və ya zəngə oxşayır. Çətirin alt hissəsində ağız yerləşir. Bədənin kənarlarına doğru gedən radial kanallar mədədən başlanğıc götürür. Sadə halda onlar cəmi dörd ədəd olur, bəzi növlərdə səkkİzdir. Kanallar çətiri əhatə edən həlqəvi kanala açılır. Çətirin kənarı ilə sinir halqası boyunca 8 ədəd sinir düyünü yerləşir.Meduzalar tənha həyat sürürlər.
Sifoid meduzalarının əksəriyyəti dənizlərin su qatlarında, bəzi növləri isə suyun dibində yaşayır. Suyun dibində yaşayan meduzalara stavromeduzanı misal gətirmək olar. O, suda üzə bilmir və formaca qıfa oxşayır. Onların ən kiçik növləri yosunlar üzərində yaşayır. Stavromeduza yırtıcı heyvandır, qidanı qolları nın üzərindəki çıxıntılar vasitəsilə ovlayır. Onlar hərəkətetmə və qidanı ovlama xüsusiyyətlərinə görə şirin su hidralarına çox oxşayır. Sifoid meduzalarının əksəriyyəti ayrıcinsiyyətlidir. Cinsiyyət vəziləri mədə ciblərinin alt səthində əmələ gəlir. Yetişmiş cinsiyyət hüceyrələri meduzanm ağzından xaricə tökülür. Yumurtadan planula adlanan sürfə çıxır. O, əvvəlcə üzür, sonra isə dənizin dibinə enir və əşyaya yapışır. Onun bədəninin ön qütbündə ağız əmələ gəlir. Sürfə bir qədər inkişaf edir və polipə çevrilir.

Sifoid meduzaları çətirin yığılıb-açılması sayəsində üzür. Onlardan aureliya növünün ölçüsü 20 sm-ə çatır. O, tropik və mülayim dənizlərdə geniş yayılmışdır, ona bəzən Arktika dənizlərində də rast gəlinir. Sianea meduzasının diametri 2 m, qollarının uzunluğu 10 m-ə çatır. Tropik sularda onları gəmidən aydın görmək olur. Hər iki növ yıptıcıdır, qidasını suda yaşayan onurğasız heyvanlar və körpə balıqlar təşkil edir. Sifoid meduzalarının bəzi növlərini (qulaqlı meduza, ropilema) insanlar ovlayır və yeyir.


Bağırsaqboşluqlular tipinin nümayəndələrinin bədənin hamısı 2 əsas qatdan(ektoderma və endoderma) ibarətdir.Bu qatların arasında 3cü nazik qat da yerləşir.Bədənin daxilində cəmi bir boşluq var ki orada da qidanın həzmi gedir.10 minə yaxın növləri var.Bəzi növlər istisna olmaqla hamısı dəniz heyvanlarıdır. 



17 yorum:

  1. Niye bagirsaqbosluqlarin novunun sayi verilmeyib????

    YanıtlaSil
  2. hazırda 10000 novu melumdur

    YanıtlaSil
  3. Təşəkkür edirəm bunlar çox maraqlı idi😊😊

    YanıtlaSil
  4. Cox gozel beyendim .😊☺ tesekkurler

    YanıtlaSil
  5. Cox gozel beyendim .😊☺ tesekkurler

    YanıtlaSil
  6. Verilenlerden gansini butun bagirsaqbosluqlulara aid etmek olar?
    A. Dalayici huceyrelerin olmasi.
    B. Hereketsiz heyat terzi.
    C. Feal hereket etmek qabiliyyeti.

    YanıtlaSil
  7. Verilenlerden gansini butun bagirsaqbosluqlulara aid etmek olar?
    A. Dalayici huceyrelerin olmasi.
    B. Hereketsiz heyat terzi.
    C. Feal hereket etmek qabiliyyeti.

    YanıtlaSil
  8. Bu yorum yazar tarafından silindi.

    YanıtlaSil
  9. Hicranın dalayıcı hüceyreleri bedenin hansı hisselerinde daha çoxdur?

    YanıtlaSil
    Yanıtlar
    1. Ən çox qollarda daha çox olur çünki qidanı qolları ile tutur

      Sil
  10. Bu məlumatların hamısı sinif kitablarından götürülüb mənbəni qeyd etsəz daha yaxşı olardı çünki bu plagiat sayılır

    YanıtlaSil