17 Haziran 2014 Salı

Dəniz atları və ya fədakar atalar


Dəniz atları Tikanbaliqkimilər dəstəsinə  aid olan maraqlı varlıqlardı.Görünüşünə görə şahmat fiquruna bənzəyir.Lakin quyruğunun spiral kimi burulması ilə ondan fərqlənir.Onlar rənglərini dəyişərək ətrafındakı bitkilərınə uyğunlaşaraq maskalanır.
Kürü tökmə zamanı dəniz atları  oxuyur ,rəqs edirlər.Lakin kürünü dişi  fərd deyil,erkək fərd öz kisəsində daşıyır.Nigah oyunlarının sonunda dişi fərd  erkəyin bədəninə dolanaraq kürüsünü ona bağışlayır.Erkəyin bədənində olan kisə kürü ilə dolur.Bu kisə cibə oxşayır,və qan damarları şəbəkəsi ilə təhciz olunub.Orada olan rüşeymlər atanın qanındanözünə lazım olan qida maddələrin alınır.Sürfələr böyüyüb körpə dəniz atına çevrildikdən sonra kisə daxildən yırtılır.Dəniz atlarının erkək fərdləri heyvanlar aləmində  yeganə heyvandır ki hamilə qalır. Bəziləri birdəfəyə 1000 yaxın bala verır.Dəniz atlarının 50 yaxın növü var.Onlar yeganə Boynu olan balıqlardır.ÖLçüləri 2-30 sm arası  olur.Ən böyük növlər Avstralıya sahillərində yaşayırlar.Bu balıqların ömrü 3-4 ildir Onlar suda vertikal şəkildə hərəkət edirlər.Buna səbəb onların qarınlarında olan qovuqdur.





















Hiç yorum yok:

Yorum Gönder