17 Aralık 2016 Cumartesi

VEB 2 alətləri

Veb 2 texnologiyaları deyildikdə buraya veb-dizayn, məlumatların yeni ötürülmə texnikası və insanların İnternet saytlarında müxtəlif məlumatlar yerləşdirməsi.oxuduğu hər hansı bir məlumata rəy yazmaq imkanının olmasını aid etmək olar.Bu texnologiya sayəsində istifadəçilər veb səhifədən müstəqil olaraq istifadə edərək özü informasiyalar-məqalə,şəkil,audio,video yerləşdirə bilir.  Veb 2 texnologiyaları dinamik və interaktivdir, pulsuzdur. İş prinsipi, naviqasiya çox rahat və dinamikdir. Sadəcə qeydiyyatdan keçib arzu etdiyiniz resursu yarada bilərsiz. Bu gun biz texnikanın çox sürətlə inkişaf etdiyi bir dövrdə yaşayırıq.Uşaqlarda bu texnika əsrində yaşadıqları üçün onlara daha meyilli olur.Bu gun onlara kitabdakı hər hansı bir məlumat maraqsız gələ bilər,lakin kompüterdəki hər hansı bir resursa baxdıqda daha maraq və diqqətlə dinləyirlər.Məhz ona görə də biz müəllimlər çalışmalıyıq ki dərslərimiz şagirdlərin maraqlarına uyğun şəkildə resurlarla zənginləşdirək ki onlarda elm öyrənməyə daha maraq yaransın.Məhz bu yerdə biz VEB 2 alətləri bizim köməyimizə gələ bilər.Aşağıda   təhsillə bağlı olan və əlavə bir neçə  Veb 2 alətləri ilə Sizləri tanış etmək istərdim..

http://photofunia.com/-şəkillərə onlayn fotoeffektlər vermək üçündür. Qeydiyyatdan keçmək ele də önəmli deyil. İş prinsipi çox rahatdır.

http://www.jigzone.com/-pazl yaratmaq üçün çox maraqlı bir onlayn proqramdır. Qeydiyyatdan keçirsən, şəkil yükləyirsən və pazl yığmağa başlayırsan.


http://www.flash-gear.com/puzzle/ -Pazl yaratmaq üçün onlayn proqramdır. Qeydiyyatdan keçməyə ehtiyac yoxdur. Sadəcə şəkil yükləyirsən və pazlın formasını seçirsən.

http://www.glitterfy.com/-şəkillərə animasiya, effektlər vermək üçün istifadə olunur. Qeydiyyatdan keçmək elə də önəmli deyil.

http://en.bloggif.com/-şəkillərə animasiya, effektlər vermək üçün istifadə olunur. Qeydiyyatdan keçmək elə də önəmli deyil.

https://crosswordlabs.com/-krassvord yaratmaq üçündür.Qeydiyyatdan keçmək önəmli deyil.


https://thisissand.com/-rəngli qumla şəkil çəkmək.


http://www.pollsnack.com/-onlayn sorğu yratmaq üçündür.

http://photopeach.com/-Onlayn servis slaydşou təqdimatların yaradılması üçün istifadə olunur. Bura eyni zamanda videorolik, musiqi də əlavə etmək olur.

https://animoto.com/-multimedia slaydşou yaradılması üçün istifadə olunur. Pulsuz 30 saniyə videorolik hazırlanmasına icazə verilir.

http://www.slideshare.net/-hazır təqdimatları ,video, sənəd yerləşdirmək mümkündür.

https://kahoot.it/#/-interaktiv öyrənmə oyunudur.Qeydiyyatdan keç,oyun yarat .Oyuna başlarkən şagirdlərə qeydiyyat lazım deyil sadəcə ekranda yazılan pin kodu yazıb oyuna başlayırlar.


http://learningapps.org/-onlayn olaraq müxtəlif testlərin,krassvordların,pazzların,intellektual oyunların yaradılması üçün mükəmməl bir alətdir.

http://www.banktestov.ru/-onlayn test yarat,şagirdlərə həll etdir və nəticələri izlə..
https://edu.glogster.com/  -  veb plokat hazırlama proqramıdır.

http://www.proprofs.com/-onlayn yoxlama sualları hazırlamaq üçündür.Müəllim mövzu üzrə səhv və düzgün cavabları analiz edən suallar hazırlaya bilər

http://wikimapia.org/#--daim yenilənən interaktiv veb xəritədir.İstifadə üçün qeydiyyatdan keçib,hər bir obyektə şəkil və informasiya əlavə etmək lazımdır.



                                             

                                       




Hiç yorum yok:

Yorum Gönder