2 Ocak 2017 Pazartesi

"Elektron Təhsil "müsabiqəsinin qalibləri mükafatlandırıldı...

29 dekabr 2016 cı ildə artıq ənənəvi olaraq hər il keçirilən "Elekton Təhsil "müsabiqəsi sonuncu mərhələsi yekunlaşdı.Bu müsabiqə 6 ildir ki həyata keçirilir,ndiyədək müsabiqəyə 6000 layihə təqdim olunub.Bu ilki müsabiqəyə layihələrin qəbulu 19 sentyabr-4 noyabr 2016 cı ildə baş tutdu. Müsabiqəyə ümumilikdə 1313 iş təqdim olunub ,onlardan 93-ü şərtlərə uyğun olmadığı üçün qəbul olmayıb.


   Müsabiqə 3istiqamət və 6 nominasiya üzrə təşkil olunub.

Müəllim istiqaməti üzrə:
         Elektron lövhələrin istifadəsi ilə yaradılan ən yaxşı resurs;
         Təhsildə ən yaxşı İnternet resursları;
         Tədris üçün ən yaxşı elektron metodiki tövsiyə/sənəd;
        Məsafədən (distant) keçirilən ən uğurlu dərs metodikası.
Şagird istiqaməti üzrə:
         Tədrisdə istifadə üçün ən yaxşı elektron resurs.
Məktəb istiqaməti üzrə:
         Ən zəngin məzmunlu məktəb saytı.
Müsabiqə zamanı qiymətələndirmə aşağıdakı qaydada ekspertlər və münsiflər tərəfindən qiymətləndirilib.
1mərhələ-1313 layihə
2 mərhələ-1220 layihə
3 mərhələ-325 nominant
Sonda isə 23 qalib ,24 fərqlənən müəyyən edilib.
Mənim üçün sevindirici hal o oldu ki mənim bu bloqum "Təfsildə ən yaxşı İnternet resursları "nominasıyası üzrəfərqlənənlər arasında oldu və diploma layiq görüldü.

Qalib və Fərqlənənlər ilə bu linkdə tanış ola bilərsiniz.
Qaliblərə diplomlar, noutbuklar, planşetlər, printerlər və digər xüsusi mükafatlar təqdim olunmuşdur.

Müsabiqə  “AzEduNet”, “Ultra”, "Təhsildə İnnovativ Texnologiyalar" Əlavə Təhsil Mərkəzi, “Edumedia Azərbaycan” və “Nar” operatoru tərəfindən dəstəklənir

Hiç yorum yok:

Yorum Gönder