7 Ocak 2017 Cumartesi

Mezenter nədir ? Niyə bu indi yeni orqan kimi qəbul olunur?

Son bir həftədir mediada  insan orqanizmində yeni orqanın kəşf edilməsi ilə bağlı məlumatlar sürətlə yayinlanmaqdadır. Araşdırma aparsaq"Yeni orqan kəşf edildi."."Mezenter adlı orqan kəşf edildi" kimi başlıqlara  rast gələ bilərik.İlk oncə gəlin insan orqanizmi ilə bağlı statistikaya baxaq..
 İnsan orqanizmin də 200 növ hüceyrə, 78 orqan, 639əzələ, 206 sümük, 5-6l qan, 2-3m2 dəri və s. var.İnsan orqnizmi ilə bağlı bir çox araşdırmalar aparılsa da hələ də elmə tam məlum olmayan orqanlar vəya onların funksiyaları var. Bəzən hər hansı bir fizioliji prosesin mahiyyətini baş vermə səbəbini  izah etməkdə çətinlik çəkirlər.(məsələn yuxu ilə bağlı eləmə məlum olmayan çox məqam var)
  Mezenter- də orqanizmdə tam mahiyyəti açılmayan,funksiyaları barədə dəqiq məlumatı olmayan bir orqandır.Əslində o elmə bir orqan kimi məlum olsa da öz təsdiqini tapmamışdır.İlk dəfə bu barədə 1508 ci ildə Leanordo Da Vinci  məlumat vermişdir.2012 ci ildə isə Colven Coffey bu orqanı daha yaxında incələməyə və öyrənməyə başladılar.
  Əvvəllər alimlər mezenterin parçalanmış maddələrin bir araya gələrək -birləşərək yarandığını düşünürdülər.Ona görə də onu bütov bir orqan kimi qəbul etmirdilər.Lakin  Coffey bu fikirlərin əsasız olduğunu söyləyir və nəhayət bu fikir 2016 cı ildə öz təsdiqini tapır.

Mezenter-mədə bağırsaq sistemində yerləşən, qarın boşluğunu əhatə edən və orqanları bir arada tutan  yeni bir orqan kimi tanınır . Eyni zamanda bu orqan incə qalın bağırsaqları bir birinə bağlayır. Nəticədə orqanizmimizdə olan orqanları sayı 79 oldu.Mezenterin funksiyaları hələki elmə məlum deyil lakin Coffey bundan sonrakı işini bu orqanın funksiyalarını öyrənməyə sərf edəcəyinə söz verib.


Hiç yorum yok:

Yorum Gönder