21 Ocak 2017 Cumartesi

Yuxu nədir ?Yuxnun fizioloji əsasları nədən tam öyrənilməmiş qalır?

Yuxu-hər birimizin həyatında baş verən fizioloji  bir prosesdir. Demək olar ki əksər canlılar , məməlilər , quşlar, balıqlar hətta bəzi həşəratlar (drozofil milçəyi ) yuxu görmə qabliyyətinə malikdir.
Ziqmund Freydin fikrinə görə yuxu-insanın şüurunda gizlənmiş bəzi məqamların qısametrajlı görüntüləridir.Beləki yuxuda bəzən keçmiş anıları,bəzən yaşamaq istədiklərimizi,bəzən də gələcək də baş verəcək anıları görürük.
Yuxu haqqında fikirlərdə həmişə bir təzad olub.Qərbli və Şərqli alimlərin fikirləri heç vaxt üst-üstə düşməyib.Qərbli alimlər yuxunun-insanın gündəlik həyat fəaliyyəti nəticəsində gördüyü düşüncələr olduğunu düşünürlər.(bəzən bu doğru olur, çünki bir hadisə haqqıında çox düşünəndə yuxuna girir.) Şərqli alimlər isə yuxunun daha çox ilahi bir mesaj olduğunu düşünürlər.Çünki çox vaxt insanlar gələcəkdə olacaq hər hansı bir hadisəni eyni ilə və ya biraz fərqli formada qabaqcadan görür.Yuxu yozmaların yaranmasına səbəb də bu amil götürülür.
Əslində söylənən hər bir fikirdə həqiqət var ,lakin bütün bunlara baxmayaraq yuxunun tam  elmi izahı  açıqlanmamış olaraq qalır.
                                               
YUXU-Mərkəzi sinir -sisteminin özünə məxsus vəziyyəti olub şüurun,hərəki fəallığın,mübadilə prosesinin ləngiməsi ,bütün hissiyyat növlərinin zəifləməsi ilə xarakterizə olunur.İnsan ömrünün 1/3ni yuxuda keçirir.İnsan sutkada gecələr 7-8 saat yuxu yatmalıdır.Bu onun normal fəaliyyəti üçün çox vacibdir.Günortalar isə 10 dəqiqəlik yuxu da çox faydalıdır.Yuxular rəngli və ağ-qara olur.Yuxu görmə müddəti 20 saniydən çox olmur.Ən uzun yuxu görmə 90 saniyə olub.7-8 saatlıq adi yuxu  bir birini əvəzedən 4-5 tsikldən ibarətdir.Hər bir tsikl 2 fazadan ibarətdir.
Yuxunun fazaları:
1.Ləng yuxu fazası-bu zaman tənəffüs,nəbz,bədən tempuraturu azalır.əzələ boşalır,maddələr mübadiləsi zəifləyir,yuxugörmə aydın olmur,yuxu yadda qalmır.Parasimpatik sinir əsas rol oynayır.Bu faza 1-1,5 saat davam edir.İnsan yatan kimi ləng yuxuya gedir.
2.Tez yuxu fazası-tənəffüs tezləşir və dərin olur,ürəyin işi qüvvətlənir,maddələr mübadiləsi sürətlənir,müəyyən qrup əzələlər yığılır,Simpatik sinir əsas rol oynayır.Yuxu görmə aydın olur,yuxu yadda qalır.Bu faza 10-15 dəqiqə davam edir.Səhərə yaxın isə 25-30 dəqiqə olur.
Yuxu haqqında maraqlı məlumatlar.

  • Kor insanlar da yuxu görür.Anadangəlmə korlar yuxunu-səsələr,qoxu və hissiyyat formasında ,  sonradan kor olanlar isə şəkil formasında görürlər.
  • İnsanlar 90% yuxunu unudurlar.Yuxudan ayilandan 5dəqiqə sonra 50%ni,10 dəqiqə sonra isə 80% ni unudurlar.
  • İnsan xoruldayan zaman yuxu görmürlər.
  • Yeni doğulmuş uşaq 21 saat yuxu yatır.
  • Ən çox yuxu yatma rekoru 18gün21 saat 40 dəqiqə olub.
  • Kişilər qadınlara nisbətən daha çox romantik yuxular görürlər.
Bəzi heyvanlar qış bəziləri isə yay yuxusuna gedir.Bu proses orqanizmi fəsilin mənfi təsirlərindən qorumaq üçün yaranmış bir prosesdir.Bəzi quşlar və məməlilər soyular düşən kimi isti ölkələrə köç edirlər.Bəzi canlılar isə  qış yuxusuna gedirlər.Onlar qış yuxusuna getməmişdən öncə hazırlıq görürlər,çəkilərini artırırlar,çünki o müddətdə onlar qidalanmırlar və bədəndəki ehtiyat hesabına qalırlar.Qış yuxusuna gedənlər:
  • Sibir ayısı-4-5 ay qış yuxusuna gedir.Bədən tempuraturu 37 dərəcədən 5-6 dərəcəyə düşür.
  • Yarasalar-qışı mağaralarda və kömür şaxtalarında keçirir.
  • Akulalar-okeanın dibində aylarla qidalanmadan və hərəkət etmədən yaşayırlar
  • Qurbağa- bəzi qurbağaların bədənində buz kristalları əmələ gəlir.Ürək döyüntüləri.tənəffüsvə qan dövranı tamamilə dayanır.Ağac qurbağasının bədənində qlikozanın əmələ gəlməsi onu hüceyrələrini donmadan qoruyur.
  • Tısbağa-oktyabr- mart ayında qış yuxusunda olur.
  • Ağ ayı -7 ay qış yuxusuna gedir.
  • Sünbülqıran-9ay qış yuxusuna gedir.ən dərin qış yuxusuna gedən heyvandır.Onun bu müddətdə dərisini soysan xəbəri olmaz.
Ən çox yuxuya gedən heyvan isə kirpidir-ilin 265  günü yatır.

1 yorum: