İnsan orqanizmin o qədər müəkəmməl şəkildə qurulmuşdur ki, orada hər bir orqanın özünün vəzifəsi iş prinsipi var. Maraqlı burasıdır bəzən orqanlar müəyyən bir işi görmək üçün əməkdaşlıq edirlər və birləşərək bir sistem əmələ gətiririr. Belə orqanlar sistemindən biri də ifrazat sistemidir.
İfrazat sistemi orqanlarına böyrəklər, sidik axarları, sidik kisəsi, sidik kanalı aiddir.Böyrəklər 2ədəd paxlaşəkilli orqan olub qarın boşluğunu arxa tərəfində,bel nahiyəsində onurğanın hər iki yanının da yerləşir. Böyrəyin uzunluğu 10-12sm,eni 6sm,qalınlığı 3-4smdır. Çəkisi 120-200 qramdır. Böyrəklərin onurğa sütununa tərəf olan hissəsi basıqdır və bura qapı venası adlanır.Buradan sinirlər,qan (böyrəyə gələn arteriya və böyrəkdən çıxan vena) və limfa damarları keçir.Sidik axarları da buradan çıxır.
Böyrəklərin struktur və quruluş vahidi nefrondur.Hər bir böyrəkdə təxminən 1 milyon nefron var. Böyrəklər xarici qabıq və daxili beyin maddəsindən əmələ gəlmişdir. Qabiq maddədə çoxlu sayda nefronlar, Beyin maddədə isə böyrək piramidləri yerləşir. Piramidlərdə yığıcı borucuqlar var , bunlarda uclarındakı dəliklə böyrək ləyəninə açılır və oradan isə sidik axarları başlanğıcını götürür bunlar isə sidik kisəsinə açılır.Kisənin sidik kanalına keçən hissəsində isə 2 dairəvi əzələ qalınlaşması daxili və xarici sfinktor əmələ gətirir.Sidik kisəsinin əzələsi yiğilarkən sfinktor açılır və sidik kanalı vasitəsi ilə sidik orqanizmdən xarıc olunur.
Sidiyin əmələ gəlməsi...
Böyrəyə arteiya damarları vasitəsi ilə 1 dəqiqədə 1-1.2 litr(aortaya qovulan qanın 1/5 i) daxil olur.Bu arteriya damarları kiçik damarlara şaxələnir və qədəhəbənzər kapsulda kapliyar və ya Malpigi yumağı əmələ gətirirlər.Sonra arteriya kapliyarları birləşərək yumaqdan çıxan nisbətən kiçik arteriya damarları əmələ gətirirlər.Bu proses ilk sidiyin əmələ gəlməsinə səbəb olur.Beləki yumağa daxil olan damarların dm-i ,çıxan damarların dm -dən böyük olur və nəticədə yumağın divarından qan plazmasının süzlməsi ilk sidiyin əmələ gəlməsini təımin edir.Bir sutkada böyrəkdən keçən 1500-1700 l qandan 150-170l ilk sidik əmələ gəlir.İlk sidik daha sonra böyrək kanalcıqlarına daxil olur və burada ilk sidiyin tərkibindən qlükozanın, amin turşuların,suyun(99% i)geriyə sorulur.(reabsorbsiya)Sutkada 1,5l son sidik əmələ gəlir.Deməli ilk sidik yumaqcıqda (kapsulda ) son sidik isə böyrək kanalcığında əmələ gəlir.Sisik ifrazı 2-3 yaşadək qeyri iradi olub,onurğa beynin oma şöbəsi ilə tənzimlənir.
Böyrəklərin süzücü səthinin sahəsi 5-6m2,sidik kisəsinin həcmi isə 200-300 sm3dır.
Böyrəklərin içinin sinirlə tənzimində onurğa beyni və baş beynin qabıq qatı iştirak edir.
Böyrəklər maddələr mübadiləsinin son məhsullarını -karbon qazını.su və sidik cöhvərini qan vasitəsi ilə toxuma hüceyrələrindən çıxarır .İnsanda tərkibində duzun sidik cövhərinin miqdarı daha az olan damar -böyrək venasıdır.İnsanlarda çəkisizlik şəraitində və çoxlu maye qəbul etdikdə böyrəklərin fəaliyyəti artır.
Hiç yorum yok:
Yorum Gönder