17 Şubat 2017 Cuma

Vitaminlər haqqında nə bilirik?



Qida ilə orqanizmimizə üzvi birləşmələr olan Vitaminlər daxil olur. Vitaminlər(latınca "vita"-"həyat"-həyat amini )haqqında təlimin banisi N.İ,LUNİNDİR. Vitaminlərin kəşfi 1912 ci ildə Polşalı alim Funkun adı ilə bağlıdırş.Bunlar insanın sağlam yaşaması üçün çox vacibdir.İnsan orqanizmində 50 yaxın vitamin var,lakin bunlardan 20 i insanın həyat fəaliyyəti üçün zəruri hesab olunur..Lakin biz bu gün bizim üçün mühüm olan A,B,C,D vitaminləri haqda danışacıyıq.Orqanizmində hər hansı bir vitamin çatışmamazlığı avitaminoz adlanır.
Vitaminlər 2 qrupa bölünür.

1.Yağda həll olanlar(A,D,E,K)
2.Suda həll olanlar(C,Bqrupu)
                                           

A vitamini
 vitamini orqnizmdə görmə qabliyyətinə(buna səbəb kimyəvi qurluşuna görə karotin maddəsinə bənzəməsidir) və boy artımına təsir edir.Onun orqanizmində çatışmaması toyuq korluğu xəstəliyi yaradır.Belə insanlar alatoranlıq vaxtı görmürlər.Gündəlik norma 1mq dır.
A vitamini ilə zəngin qidalar:ərik,pamidor,bibər,yumurta,kərə yağı,balıq
                                                     
                 

B qrupu vitaminlər (B1,B2,B6,B12)
B1 orqanizmdə maddələr mübadiləsinə və sinir sisteminin fəaliyyətinə təsir edir.Orqanizmdə çatışmadıqda "beri-beri" xəstəliyi əmələ gəlir.Gündəlik norması 2-3mqdır.B12 nin çatışmaması orqanizmində qan azlığına səbəb olur.
B vitamini ilə zəngin qidalar:düyü,lobya,yumurta sarısı
                                             
C vitamini 
Bu vitamin askorbin turşusu hormonların sintezində,aminturşuların mübadiləsində,qan yaranmasında iştirak edir.İmmumitetin artmasına səbəb olur.Orqanizmdə çatışmadıqda "Skorbut" xəstəliyi var.Gündəlik norması 50-78mqdır.
C  vitamini ilə zəngin qidalar:itburnu,qarağat,limon,kələm
                                                      

D vitamini 
Bu vitamin orqanizmdə kalsium və fosfor mübadiləsi,sümük yaranma prosesində iştirak edir.Yeganə vitamindir ki qidadan başqa,ultrabənövşəyi şüaların təsirindən də orqanizmdə dəridə əmələ gəlir.D vitamini çatışmadıqda "raxit" xəstəliyi əmələ gəlir.Gündəlik norması-0,01-0,02 mqdır.

D vitamini ilə zəngin qidalar: balıq yağı,qaraciyər,yumurta sarısı

Hiç yorum yok:

Yorum Gönder