28 Mart 2017 Salı

Quşlar

Quşların qurluşu
Quşların bədəni baş, boyun, gövdə və ətraflara bölünmüşdür. Başda buynuz maddəsindən təşkil olunmuş üst və alt dimdik,1cüt göz,1cüt burun dəliyi,1cüt qulaq dəliyi  var. Quşlarda boyun hissənin daha hərəkətli olması ona ətrafı yaxşı görməyə və bədəninin istənilən hissəsində lələklərini təmizləməsinə imkan verir. Arxa ətraflarında üzəri pulcuqlarla örtülü olan pəncə lüləsi və əksəriyyətində caynaqlara malik 4 barmaq vardır.Lələklərlə örtülmüş dərisi quru və vəzisizdir. Yeganə vəzisi büzdüm sümüyü üzərində yerləşən büzdüm (piy) vəzisidir. Quş dimdiyi ilə bu vəzini sıxır və yağlı mayeni lələklərinə sürtür, nəticədə onlar yumşaq və sukeçirməyən olur.

Bədən xaricdən kontur (biçim)lələkləri ilə örtülmüşdür. Lələklər bədnə yüngüllük verir,mexaniki təsirlərdən qoruyur,tempuraturun sabit saxlanılmasında iştirak edirlər.Kontur lələklərinin 3 növü-çalma, sükan və örtük lələkləri olur.Ən iri lələyi çalma və sükan lələkləridir.Lələklərin əsas hissəsi lələk oxudur,onun dəriyə keşən hissəsi qələm adlanır.Ox üzərində yelpik yerləşir.Yelpik 1ci dərəcəli saqqalcıqlar,bunlara birləşmiş 2ci dərəcəli saqqqalıcqlar və onlara birləşmiş qarmacıqlardan təşkil olunub.

Quşların mənşəyi
Quşlar heyvanlar aləminin ən son yaranan sinfidir.Onlar Mezazoy  erasının yura dövründə sürünənlərdən başlanğıc götürüblər.Sürünənlərlə quşların ortaq xüsusiyyətləri:
  • Dərininn quru olması
  • Dəri vəzilərinin olmaması
  • Klaokanın olması
  • Pulcuqların olması(pəncə lüləsində və bəzi quşların boynunda)

Ən qədim quş 150 milyon il bundan əvvəl yaşamış Arxeopteriks hesab edilir. Onun ölçüləri qarğanın ölçülərinə yaxın olmuşdur, lələkləri və qanadları olmuşdur.Əsasən okean balıqlarıyla qıdalanan bu canlı növü Yerdə 50 mln il əvvəl peyda olub və təqribən, 2,5 mln il əvvəl nəsli kəsilib. Onların məhvinə iqlim dəyişiklikləri səbəb olub: rütubətli və isti iqlimdə yaşamağa vərdiş etdikləri üçün quru və soyuq iqlimin gəlişi onların axırına çıxıb.
Quşların təkamülü
 Yer kürəsində 9800-dən artıq növü yaşayır. Onlar 2 yarımsinfə bölünür.
  1. Kərtənkələquyruqlular( ertən təkamül edib və məhv olmuşlar.)
  2. Yelpikquyruqlular( 40 yaxın dəstəsi var).
Quşların xarakterik xüsusiyyətləri

  • Dəri quru olub, üzəri lələklərdə örtülmüşdür,
  • Vəzilərdən məhrumdurlar. Bəzi quşlarda bir ədəd büzdüm vəzisi olur.
  • Çənələr dimdiyə çevrilmiş və dişlər reduksiyaya uğramışdır.
  • Ön ətrafları qanadlara çevrilmişdir.
  • Borulu sümüklərin içərisi hava ilə dolmuş və yüngülləşmişdir.
  • Quşlarda dişlər,sağ yumurtalıq  yoxdur.
  • Sidik kisəsi(dəvəquşundan başqa) yoxdur.
  • Körpücük sümüyü çəngələ çevrilib.
  • İkiqat tənəffüsün mövcud olması.
  • Mürəkkəb oma sümüyünün əmələ gəlməsi
  • Döş sümüyünün üzərində döş tilinin olması(uçma ilə əaqədar)
  • Yalnız sağ aorta qövsünün olması
  • İfrazat prosesinin tez-tez olması
  • Hava kisələrinin olması
Quşların skeleti
  • Başın skeleti(kəllə s+üz s)Kəlləsümüklərinin nazik olması quşun yüngül olmasına səbəb olub.
  • Gövdənin skeleti(onurğa+döş qəfəsi)Onurğa ((25göyərçin)  boyun+döş+bel+Oma+ quyruq)
  • Ətrafların skeleti(yuxarı+aşağı→(qurşaq+sərbəst))
Yuxarı↗Qurşaq→(kürək+körpücük(çəngəl s ə/g)+qarğa)(hər ətrafda 3 sümük=6sümük)
           ↘Sərbəst→(Bazu+2said+pəncə sümükləri(3barmaq sümüyü))(hər ətrafda)
Aşağı↗Qurşaq→Çanaq sümüyü(qasıq+qalça+oturaq)(hər ətrafda 3 sümük=6ədəd sümük)
         ↘Sərbəst→(bud+2baldır+pəncə lüləsi+pəncə(4 barmaq))
Dərisi
Qurudur,vəzilərdən məhrumdur.Yeganə vəzisi-büzdüm vəzisidir ki bu da su quşlarında daha yaxşı inkişaf etmişdir.Quş burdakı yağ vasitəsi ilə öz dərisini yağlayır.

Əzələləri
Uçma ilə əlaqədar ən böyük və güclü inkişaf etmiş əzələsi-döş əzələsidir.Döş əzələsinin kütləsi bədənin  digər əzlələrini kütləsinin cəminə bərabərdir.Quşun ümümi əzələsinin50 % ni təşkil edir.
Döş əzələsi (2 ədəd)döş sümüyünün üzərində yerləşir,vəzifəsi-uçma zamanı qanadları endirir.
Körpücükaltı əzlələr isə əksinə döş əzləsinin altında yerləşir qanadları qaldırır
Qabırğaarası əzələ-tənəffüs zamanı döş qəfəsinin həcmini dəyişməsini təmin edir.

Quşların bədəni 2hissəyə bölünür
1.Döş boşluğu(ürək və ağciyərlər)
2.Qarın boşluğu(daxili orqanlar

Həzm sistemi

Ağız→Udlaq→Qida borusu→Çinədan→Mədə ( vəzili+əzləli)→Bağırsaq→Klaoka
Quşların dişləri olmadığı üçün onların mədəsi 2 formada inkişaf etmişdir ki bu da qidanın xırdalanmasını asanlaşdırır.
Tənəffüs sistemi
                       Burun dəlikləri→Qırtlaq→Traxeya↗Ağciyərlər
                                                                               ↘Hava kisələri
Hava kisələri-daxili orqanlarda,əzlələrdə ,dərinin altında və sümük böşluqlarında olur,ümümi həcmi ağciyərlərin həcmindən 10 dəfə çoxdur,bədən həcminin 20% təşkil edirlər.
Quş tərəfindən nəfəs alınan havanın 3/4-ü bədənin soyuması üçün istifadə olunur, çünki quşlarda tərləmək qabiliyyəti yoxdur.Quşlarda 1dəfə tənəffüs zamanı udulan 2dəfə (nəfəs alma və nəfəsvermə zamanı)ağciyərdən keçir,2 dəfə oksigenlə zənginləşir.Bu prosesə ikiqat tənəffüs deyilir.
 İfrazatı
                                 Böyrəklər→Sidik axarları→Klaoka
Sidik kisəsi olmadığından sidik klaokaya açılır.Sidik ağ rəngli ,sıyıqşəkilli qatı məhlul olan sidik turşusudur.Sidik turşusu bağırsaqla gələn  qalıqlarla qarışıb,quş zılı şəklində tez-tez xaric olunur.
Qan-damar sistemi
Ürək 4 kameralıdır,2 qan dövranı var.Ürəyin sağ hissəsində venoz,sol hissəsində arterial qan olur.Ürəkdən(sol mədəcikdən) yalnız sağ aorta qövsü çıxır.
Sinir sistemi və hiss orqanları
Ön beynin böyük yarımkürələri və beyincik yaxşı inkişaf etmişdir.Görmə qabliyyəti yüksəkdir,3cü göz qapağı var.İLk dəfə bunlarda xarici qulaq keçəcəyi əmələ gəlmişdir.Eşitmə yaxşı inkişaf etmişdir.Dilin üzərindəki dad tumurcuqları vasitəsi ilə dadı hiss edirlər.Qoxu və dəri hissiyyatı isə zəif inkişaf etmişdir.
Çoxalması və inkişafı
Ayrıcinslidirlər, erkəkdə 2 toxumluq-dişidə 1 yumurtalıq olur(2:1)Cinsi orqanlar kloakaya açılır.Yumurta qoymaqla çoxalırlar.Yumurtanın üzərində kürt yatırlar,bu zaman bədəndən ayrılan enerji yumurtanın isinməsinə rüşeym diskinin inkişafına səbəb olur.Kiçik quşlar14 gün,böyük quşlar-30 gün. Toyuqkimilər,göyərçinkimilərdə dişi ,Nandu,Kazuar və Emukimilərdə erkək fərd kürt yatır.Dünyada ən böyük yumurta dəvəquşunun yumurtası hesab olunsa da, siyahıya kolibri(ən kiçik yumurtaya malikdir) liderlik edir. Çünki onun yumurtası öz çəkisindən 6% artıq olur. Lakin dəvəquşunun yumurtası quşun çəkisindən yalnız 1% artıqdır.
Balalarının inkişafı əsasən 2 tipdə olur.



Mövzu ilə əlaqədar digər bölmələrə aşağıdakı linkə vurmaqla tanış olun.
 Ekoloji qruplar
Quşlar haqqında maraqlı məlumatlar

3 yorum: