Əraziyə münasibətinə görə quşlar bir neçə qrupa bölünür.
Fəsil miqrasiyaları
Fəsil miqrasiyaları
- Oturaq quşlar-bütün fəsillərdə eyni ərazidə yaşayanlar-Toyuqkimilər,sərçələr,qarğalar,arıquşu
- Köçəri quşlar-Payızda isti və bol qidalı ərazilərə gedənlər-qarquşu,zağca
- Uçub gedən quşlar-Yazda və payızda isti ölkələrə gedirlər
Köçəri qaz və ördəklər miqrasiya edərkən V formasında uçurlar. Bu zaman hər bir quşun qanad çalması zamanı yaranan qaldırıcı qüvvə o birisinə kömək edir və beləliklə də onlar az enerji sərf etmiş olurlar.Bir görüşə görə quş sürülərinin V şəklində uçmalarının məqsədi enerji qənaətidir. Bu uçuş şəkli ilə əvvəlcə ən öndəki quş, bir arxadakı quşa gələcək küləyi və hava müqavimətini maneələri az olar və daha az enerji sərf etməsini təmin edər. İkinci bir görüşə görə isə, quşların gözləri başlarının yanındadır, bu səbəbdən tam önlərini görə bilməzlər. Bu uçuş şəkli ilə sürünün fərdlərinin bir-birini görərək, itmədən bir yerdə qalması təmin edilər. Bu görüşə qarşı olanlar isə quşların gecələr də uçduqlarını, bu səbəblə öndəki quşu görmənin əhəmiyyətli olmadığını, onsuz da sürünü quşların qışqırışmalarının bir yerdə tutduğunu irəli sürürlər.
Uçuş zamanı quşlar
- Əksəriyyəti eyni yolla miqrasiya edir və o yollada geri qayıdır.
- Uçuş sürətləri müxtəlifdir.Yazda daha sürətlə payızda isə daha zəif sürətlə uçurlar.
- Uçuş zamanı quşlar havada öz yerini,yuvasını,təyin etmə qabliyyəti yüksəkdir.
Hiç yorum yok:
Yorum Gönder