Yaddaş-mərkəzi sinir sistemində gedən və fərdi təcrübə toplamağa, onu uzun müddət saxlamağa , idarə etməyə kömək edən proseslər məcmusudur. Yaddaş- xatırlama, yadda saxlama və təkrar etmək kimi proseslərdən ibarətdir.
Yaddaşın yaranması baş beyin yarımkürələrinin müəyyən şöbələri ilə əlaqədardır.Beynin bu şöbələri bir birləri ilə neyronların qapalı zəncirləri ilə əlaqə saxlayır.Qabığın alın və gicgah payı zədələndikdə insanın bütün yaddaşə zəifləyir.
Yaddaşın təkamülü:
- Genetik yaddaş-birhücüyrəlilərin qidaya doğru yönəlməsi
- İmmun yaddaş-məlumatların zülal makromalekulları vasitəsi ilə hüceyrəarası mübadiləsi
- Sinir yaddaşı-sinir sisteminin yaranması ilə əlaqədar impulusların sinapslar vasitəsi ilə neyronlara ötürülməsi
Yadda
qalma müddətindən asılı olaraq yaddaşın 3
tipi var.
1.Sensor
və ya ani yaddaş-məlumatı bir neçə saniyə ərzində saxlayır.Əgər bu məlumat
beyin üçün maraqlı deyilsə yaddaşdan silinir.
2.Qısa
müddətli yaddaş-əgər məlumat vacib
olarsa bu qısa müddətdə yadda qalır.Əgər təkrarlnmazsa onda yaddaşdan silinir.
3.Uzun müddətli yaddaş-yalnız təkrar və
başqa yada salmalarla yaddaşda uzun müddətdə qalır.
İnsanın yadında nələrin yadda qalmasından
asılı olaraq yaddaşın 4 növü var.
2.Obrazlı
yaddaş-insanların və heyvanların sifətinin,təbiət mənzərəsini,qoxunu,musiqini
yadda saxlanılmasıdır.
3.Emosional
yaddaş-insanın yaşamış olduğu hissləri yadda saxlayır,buna səbəb isə həmin
anda qanda bioloji fəal maddələrin əmələ gəlməsidir.Bu yaddaş növü üzün müddətli
yaddaşa aiddir.
4.Söz
yaddaşı-insanın oxuduğu,eşitdiyi sözlərin yadda qalması ,saxlanılması və təkrar
olunmasıdır
Məlümatın yadda qalması 2 cür olur.
1.Qeyri-iradi-
bu vaxt məlumatın yadda qalması üçün səy göstərilmir,o,öz-özünə yadda qalır.
2.İradi-bu
zaman isə insan materialı öyrənmək üçün qarşısına məqsəd qoyur ,səy göstərir və
daim təkrar edir.İradi yaddaşın formalaşması məktəb illərində daha fəal olur.
Yaddaş 25 yaşadək inkişaf edir və 50 yaşadək
qalır.Sonra isə tədricən zəifləyir.Peşə yaddaşı isə ahıl yaşda da qalır.
Yaddaşı müntəzəm möhkəmləndirmək və təkrar etməklə
gücləndirmək və inkişaf etdirmək olar.
Hiç yorum yok:
Yorum Gönder