Beynin, bədənin digər orqanlarından fərqlənən bir xüsusiyyəti, özünü davamlı olaraq yeniləyə bilməməsidir. Ancaq  beynin müəyyən bölgələrində daim yeni hüceyrələr yaranmağa davam edir. Xüsusilə də beynin öyrənmə və yaddaş ilə bağlı olan bölgələrində.
Beynin hipokampus adı verilən öyrənmə və yaddaşdan məsul bölgəsində hər gün 700-ə qədər yeni sinir hüceyrəsi ortaya çıxır.
 Yeni sinir hüceyrələrinin ortaya çıxması beynin öyrənmə tutumunun artırsa da  yaddasimiz get gedə zəifləyir.Xüsusilə də doğulduqdan sonra sıx olaraq yaşanan bu hadisə, ağla çox sadə bir sualı gətirir: "Əgər beynimizin tutumunu bu qədər artırırıqsa, uşaqlığımızın ilk illərini niyə xatırlamırıq?"
Bu problemə cavab axtaran elm adamlarının əldə etdikləri nəticələr isə təəccüb doğurucuur: Yeni yaranan sinir hüceyrələri, hal-hazırdakı xatirələrin silinməsinə səbəb olur.
Genetik müdaxilə ilə yeni sinir hüceyrələrinin əmələ gəlməsinə maneə törədən tədqiqatçılar, yeni hüceyrələrin yaranmadığı şərtlərdə, gənc siçanlarda, yaddaş fəaliyyətində böyük bir artım müşahidə edir.
Nəticələrin ilk etapda olduqca çaşdırıcı olduğunu ifadə edən tədqiqatçılar, ilk inkişaf çağlarında ortaya çıxan yeni sinir hüceyrələrinin uşaqlığımıza aid bir çox xatirəni silib süpürdüyü məlumatını paylaşır.