1 Nisan 2017 Cumartesi

Balıqlar sinifüstü

Balıqlar  – orqanizminin bütün mərhələsində qəlsəmə ilə tənəffüs etmək xüsusiyyətinə malik olan çənəağızlı onurğalı su heyvan qruplarının sinifüstüdür.)Onlar ilk çənəli onurğalılardır.Bəzilərində dəri çılpaq ,bəzilərində isə pulcuqlarla örtülüdür.

İlk dəfə hərəkətli çənələr və cüt üzgəclər balıqlarda əmələ gəlmişdir. 
Bədən 3 hissədən baş,gövdə və quyryuqdan ibarətdir.Adətən bədən üzməni asanlaşdırmaq üçün öndən və arxadan sivriləşmişdir.Başın yanlarındaİri qəlsəmə qapaqları(akula skatda olmur),önündə ağız,ağızın üstündə öndə bir cüt burun dəliyi (hər biri 2 hissədən ibarətdi) və 1cüt göz yerləşir. Balıqlarda qulaq daxildə yerləşir. Bəzilərində ağızın yanında bığcıqlar olur(nərə,naxa,şirbit)lamisə rolunu oynayır.Dərinin üzəri, adətən, pulcuqlarla örtülü olur. Bədən forması çox müxtəlifdir.Bədənin rəngi yaşadığı mühitdən asılı olur,adətən bel hissə-tünd,qarın hissə-açıq rəngdə olur.
Skelet əsasən sümük,qığırdaq,bəzilərində isə xorda olur.Skelet 3 hissəyə ayrılır.
1.Kəllə skeleti(Beyin qutusu(ənsə+eşitmə+görmə+qoxu).+visseral skelet(çənə qövsü+dilaltı qövs+qəlsəmə qövsü))
2.Onurğa skeleti-skeletin əsasın təşkil edir.Gövdə+quyruq hissədən ibarətdir.38-42 fəqərədən ibarətdir.Fəqərələr-(cisim+2ədəd üst qövs+2 ədəd yan çıxıntı)ibarətdir.Üst qovslərin birləşərək əmlə gətirdiyi dəlikdə onurğa beyni yerləşir.Yan çıxınıtlar isə sərbəst olur,buraya qabırğalar birləşir.
3.Üzgəclərinin skeleti(qurşaq+sərbəst)Sərbəst hissə uzunsov şüalardan ibarətdir.
Tək üzgəclərin  qurşaq hissəsi olmur.
Cüt üzgəclər=döş üzgəcinin qurşağı(çiyin qurşağı=2 kürək+2 qarğa smüyü) +Qarın üzgəcinin qurşağı (çanaq qurşağı=2ədəd çanaq sümüyü) dan ibarətdir.
Üzgəclər 2cürdür.
 Tək üzgəclərəbel, quyruq və anal üzgəci,(bel,anal-sərt dönüş zamanı-dayaq,quyruq isə -sükan rolunu oynayır.)
 Cüt üzgəclərə - döş və qarın üzgəcləri (bədənin dönməsinə,dayanmasına,müvazinətin saxlanmasına xidmət edir)
Ağızda qidanı çeynək üçün deyil tutub saxlamaq üçün eyni tipli dişlər yerləşir.Bu dişlər daim yenilənir.
                Ağız→Udlaq→Qida borusu→Mədə→Bağırsaq→Anal dəlik
Qaraciyər və mədəaltı vəzin şirələri  bağırsaqdakı qidaları parçalayır.
Balıqların əksəriyyəti bütün ömrü boyu qəlsəmələrlə, az qismi isə həm də atmosfer havası ilə tənəffüs edir. Bəzi növlərdə əlavə tənəffüs orqanları inkişaf etmişdir.
Balıqlarda tənəffüs sistemi  2 hissədən ibarətdir
 Xarici tənəffüs-(su ilə qan damarları arasındakı  tənəffüs)Xarici tənəffüs, yəni suda həll olmuş oksigenin qana keçməsi və qandakı karbondioksidin (CO2) suya keçməsi (qazlar mübadiləsi) qəlsəmə lövhələrindəki kapilyarlar vasitəsilə həyata keçir. Hər qəlsəmə qövsündə lamellər (incə lövhələr) cüt şəkildə sıra ilə düzülüdür. Qəlsəmələr funksiyalarını yerinə yetirmək üçün daima su ilə təmasda olmalıdırlar. Buna görə də balıqlar tez-tez ağızlarını açıb-bağlayırlar. Bu zaman qəlsəmə qapaqları da su sirkulyasiyasını təmin etmək üçün mütəmadi olaraq açılıb-bağlanır.
 Daxili tənəffüs-(qan ilə toxumalar arasındakı tənəffüs)  
 Balıqlarda tənəffüs orqanı əvəzinə, xüsusi inkişaf etmiş qəlsəmələr mövcuddur. Bu qəlsəmələr sümüklü balıqlarda bütün bədəni əhatə edən 4 qəlsəmə qövsü üzərində, lampiridlərdə isə 7 qəlsəmə qövsü üzərində yerləşir. Qəlsəmə boşluğunda yerləşən qəlsəmələr, adətən, operkulum adlı bir örtüklə qorunur.Qəlsəmələr minlərlə qəlsəmə lifindən ibarətdir.Hər bir qəlsəmə yarığı nazik qan damarları ilə örtülüdür. Bu damarlar özlüyündə daha kiçik damarlara ayrılaraq damar toru meydana gətirir. Qəlsəmələrin ikiqat lövhələrdən ibarət quruluşu oksigen daşıyan damar torunun sahəsini daha da genişləndirir. Belə ki, qəlsəmələrin səthinin sahəsi normal heyvanlarınkından on qat daha böyükdür. Sudan çıxan balığın boğulması havadakı oksigenlə tənəffüs edə bilməməyindən daha çox qəlsəmə yarıqlarının daxilə doğru çökməsi və tənəffüs üçün kifayət qədər sahənin qalmamağı ilə əlaqədardır
Balıqlar suda həll olmuş oksigenlə tənəffüs edirlər.Qazlar mübadiləsi qəlsəmə yarpaqcıqlarında gedir. Bir litr səthə yaxın dəniz suyunda təxminən 5 ml oksigen olur. Havanın bir litrində isə 210 ml oksigen olur. Beləliklə, əgər insan su altında tənəffüs edə bilsə idi, lazımi oksigeni əldə etmək üçün dəqiqədə 450 dəfə nəfəs almalı idi.
Tənəffüs və qan damar sisteminə aid animasıyalı şəkil→burda
Balıqlarda oksigen məməlilərdəki kimi birbaşa ağciyərlərə daxil olmur. Qəlsəmələrə daxil olan sulardakı oksigen buradakı nazik damarlardan qana keçir
Balıqlarda  ürək iki kameralıdır. Ürəkdə ancaq venoz qan olur. Bunun səbəbi balıqlarda qanın bir istiqamətli hərəkətidir. Qan ürəyə bir damardan daxil olur və qəlsəmə istiqamətində ürəkdən çıxır. Qəlsəmələr qanın ətrafındakı sudan oksigeni toplayır və bütün vücuda daşıyır. İstifadə olunmuş oksigen ürəyə qayıdır. Qan qəlsəmə liflərinin arasında suyun əksi istiqamətində hərəkət edir. Bu, sudakı bütün oksigenin qana keçməsi üçün çox əhəmiyyətlidir. Əgər qan su ilə eyni istiqamətdə hərəkət etsə idi, sudakı oksigenin yalnız yarısı qana keçərdi. Qan və sudakı oksigen eyni səviyyəyə çatdıqda qan oksigen qəbulunu dayandırardı. Ancaq suyun əksi istiqamətində hərəkət sayəsində oksigenin qəbulunda heç bir problem yaşanmır: suda qandakından daha çox oksigen var və sudakı oksigenin 50%-dən çoxu qana qarışdıqdan sonra belə oksigen ötürülməsi davam edir. Bu sistem sayəsində balıq 80-90% daha çox oksigenlə təmin olunur.
Venoz qan→qulaqcıq→mədəcik→qarın aortası→qəlsəmələr→sağ və sol damarlarkapliyarlar(venoz qan arterial qana çevrilməsi)bel aortası→bel aortasından çıxan arteriyalar→kapliyarları(atrerial qan venoz qana çevrilməsi)vena sinusu→qulaqcıq

Balıqların arteriya damarı ilə həm arterial(bel aortası )həm də venoz qan(qarın aortası )axır.
Mərkəzi sinir sistemi(başbeyin+onurğa beyin)
Periferik sinir sistemi(mərkəzi s\s dən çixan sinirlər)
Ön beyin-Qoxu mərkəzidir.
Orta beyin -iridi,aralıq beynin üzərini örtür,Bu şöbədən gözlərə sinirlər gedir.
Aralıq beyin-hipofiz və epifiz vəziləri yerləşir.
Uzunsov beyin-onurğa beynin və daxili orqanalrın işini tənzimləyir,Ürəyin,yan xətt orqanın.eşitmə orqanın mərkəzləri yerləşir.
Beyincik -hərəkəti,skelet əzlələrinin işini,müvazinəti və yan xətt orqanın fəaliyyətini tənzimləyir.
Onlar da zəif də olsa şərti reflekslər əmələ gəlib.
Bədən boşluğunda 1cüt qırmızı lentşəkilli böyrək var.
böyrəklər→sidik axarları→sidik kisəsi→sidik kanalı
Balıqların çoxu kürü tökməklə çoxalır.Kürü xaricdə-suda mayalanır. Bəzi növlər diri bala( çəkic balıq, buynuzlu skat, qambuziya, mişar balığı, belyuqa, dördgözlü balıq, yarpaq balıq, dəniz ayğırı, köpək balığının bəzi növləri )doğur. Deməli, bunların yumurta hüceyrəsi daxildə mayalanır. Dişilərdə 1 yumurtalıq,erkəklərdə 1cüt toxumluq olur.(1:2)
Çoxalmalarına görə balıqlar 2 qrupa ayrılır.
1.Ömründə bir neçə dəfə nəsil verənər
 2.Ömründə bir dəfə nəsil verənlər. (qızılbalıq,angivill)
Balıqlar müxtəlif yaşlarda nəsil verir. Məsələn,qambuziya 1-2 aylığında bala doğur;Xəzər kilkələri,şəmayı,Xəzər siyənəklərinin çoxu 1-5 yaşlarında kürü tökür.Xəzər nərələri 10-20 ildən sonra nəsil verməyə başlayır.
 Cinsiyyət dimorfizmi(erkəklə dişinin bir-birindən fərqlənməsi) balıqlarda da var.Bir qayda olaraq dişilər erkəklərdən iri olur,erkəklərin isə rəngi əlvandır.Sakit okeanda qızıl balıqların cırtdan erkəkləri var.Balıqlarda yalnız nəsilvermə zamanı əmələ gələn Cinsiyyət dimorfizmi qərni törəmələri əmələ gəlir.Atlantik və Sakit okeanda qızıl balıqların nəsilvermə dövründə qozbellik,alt çənənin uzanması olur.  
Çoxalma hadisəsi balıqların həyatında müxtəlif vaxtda olur.Durna baliğı həşəm,külmə yazda kürü tökür.Şəmayı,nərələrin bir qismi bu işi yayda yerinə yetirir.Qızıl balıq və qızılxallı payızın axırlarında,qışda kürüləyirlər.
Kürünü xaricdən nazik pərdə əhatə edir.Bu pərdədə çox kiçik dəlik var.Spermatozoid bu dəlikdən kürüyə daxil olub onu mayalayır.Mayalanmış kürü şişir və həmin dəlik bağlanır.Mayalanmadan az sonra kürünün bölünməsi başlayır,çoxhüceyrəli rüşeym əmələ gəlir.Rüşeymin qarın tərəfindən sarılıq kisəsi yerləşir.Rüşeym sarılıq hesabına qidalanır.Müəyyən vaxtdan sonra kürüdən çıxır.Mayalanmadan sürfələr çıxana qədər keçən vaxta inkubasiya müddəti deyilir.Bu müddət yayda və yazda 1 həftəyə qədər,payızda-qışda isə 2 ay davəm edir.Kürüdən çıxmış sürfələr 2-3 gün sarılıq hesabına qidalanır.Buna daxili qidalanma deyilir.Tədricən körpələr yaşlı fərdə oxşayır

Hava kisələrinin rolu


Balığın daxili təzyiqi ilə sudakı təzyiq tarazlıq təşkil edərsə, balıq suda rahat hərəkət edə bilər. Lakin sudakı təzyiq az olarsa, balıq suyun səthinə doğru qalxacaq; çox olarsa, bu zaman da dərinliyə doğru enəcək. Bir çox balıq növündə bu tarazlığı tənzimləyən hava kisələri mövcuddur. Kisələri hava ilə doldurduqda asanlıqla suyun dərinliklərinə enir, boşaltdıqda isə suyun səthinə doğru hərəkət edə bilirlər. Balıq dərinliyə endikdə suyun balıq üzərindəki fiziki təsirləri də dəyişir və hava kisələrinin ikinci həyati əhəmiyyəti ortaya çıxır: balıq hava kisəsindəki qazı doldurub boşaltmaqla sudakı tarazlığını tənzimləyə bilir.

Bəzi balıqlarda bu kisələr başqa funksiyalar da yerinə yetirir: balığın çıxardığı səsi artırır, qulağın eşitmə qabiliyyətini gücləndirir. Qulağa bağlanan üzmə kisəsi həkimlərin istifadə etdiyi stetoskop kimi mexaniki səs yüksəldici funksiyasını yerinə yetirir.Üzmə qovuğu və ya hava kisələri həzm sistemi ilə əlaqəlidir.

Təsnifatı(25000növ)
4 sinfi var(2sinin nəsli kəsilib)
1.Zirehli balıqalar(nəsli kəsilib)
2.Qəlsəməçənəlilər(nəsli kəsilib)


Balıqlar haqqında önəmli məlumatlar

  • Dünyanın ən şirin su balığı Filippin adalarında yaşayır. Pandaka piqmeya adlı həmin balığın boyu 11 mm-dən artıq olmur.
  • Dunyada çox kürü buraxan balıq merina balığıdır. O, ildə 9 milyon kürü buraxır.
  • Ən çox yaşayan balıq- Karp(300il),durna balığı(267 il) Mersinmorinaların (120 il )qədər yaşadığı görülmüşdür.
  • Ən kiçik balıq isə Sakit Okeanda yaşayan mistixsis adlı balıqdır. Onun uzunluğu 12–14 mm-dən çox olmur.2ci yerdəFilipin adalarında yaşayan bir qaya balığı 1 sm boyundadır.
  • Ən sürətli balıq Yelkən balığının saatda 68 mil (109 km) sürətlə üzdüyü bilinməkdədir.
  • Ən uzun adlı balıq adı-Çütrə balığı Havayda humuhumunukunuku-apuaa adıyla tanınar.
  • Ən böyük balıq sürüsü Siyənək balığı sürüsündə 300 milyon balıq tapılar.
  • Ən çirkin balıq - Taşbalığı olduğu deyilər.
  • Ən bəzəkli balıq  hind toyuğu balığıdır.
  • Ən yüksəyə sıçrayan balıq - Tarpon 5 m yüksəyə sıçradığı və 9 m yay etdiyi bilinməkdədir.
  • Ən çox gərginliyi olan balıq Elektrikli ilanbalığında 550 voltluq elektrik vardır.
  • Ən zəhərli balıq Hind Okeanında və Böyük Okeanda yaşayan taşbalıklarıdır.Son dərəcə acılıq verən zəhərləri altı saat içində ölümə səbəb olar. Lakin bütün soxmalar öldürücü deyil.
Hər bir orqanlar sisteminə aid sözdə ona şəkil var,sözün üzərində birdəfə vurun şəkil açılsın.Adətən mətndə belə sözlər tünd qırmızı rənglə görünür.

Mövzu ilə bağlı digər məlumatlar aşağıdakı linklərdə mövzunun üzərinə bir dəfə vurun.

Balıqların ekologiyası
Balıqlar haqqında maraqlı məlumatlar

5 yorum:

  1. Faydalı melumatlardır. Sekilleri çox bəyəndim.

    YanıtlaSil
  2. Çox gözel, çox faydalıdır. Melumatların sistemli şekilde olmasi ise lap kömek olur. Bu saytin yaranıb qurulmasinda kimlerin emeyi keçibse Allah razı olsun.

    YanıtlaSil
  3. Çox eladır, mükemmeldi , ardıcıllıqla çox gözel tutdurmusunuz 💫💫

    YanıtlaSil