Qığırdaqlı balıqlar sinfi-skeleti qığırdaqdan(əcdadında sümükdən olub) təşkil olunub. 600 növü var.
Xarakterik əlamətləri
- Skelet bir-biriylə birləşmiş onurğalara malikdir.
- Bədən istilikləri ətrafa bağlı olaraq dəyişən (poikloterm) canlılardır.
- Dəri sərt, plakoid markalarla örtülü və bol miqdarda mukus bezi ehtiva etməkdədir.
- Tək və cüt üzgəcləri var olub, ventral üzgəclər kişilərdə dəyişikliyə uğrayaraq, kopulasyon orqanına çevrilmişdir. Quyruq (kaudal) üzgəci çəngəlli formadadır.
- Ürəkləri bir qulakcık və qarıncıq olmaq üzrə iki gözlüdür. Qırmızı qan hüceyrələrisi nüvəli və oval quruluşdadır.
- Qəlsəmələri 5-7 cütdür.Qəlsəmə qapaqları yoxdur.
- Hava kisələri (üzmə qovuqları)yoxdur.
- Ağızlarında çox sayda diş vardır.
- Ölçüləri müxtəlidir.(ən kiçik cırtdan akula-20sm,ən böyük balina akula-20m)
- Xəzər dənizində yoxdur
- Ayrı cinslidirlər. Mayalanma daxilidir.Diri bala doğurlar.Cütləşmə əsnasında erkəklər spermaların dişinin klaokasına tökür. Böyük quruluşlu yumurtalar segmentasiyadan sonra yavaş - yavaş inkişaf edər. Bu inkişaf müddəti 9-25 ay arasında dəyişər
Qığırdaqlı balıqlara aiddir.
1.Akulalar-yırtıcıdır,balıqlarla qidalanır,Bəziləri isə planktonlarla qidalanır(nəhəng və balina akula) Çənələrində iti dişlər var.Qoxu bilmə güclü inkişaf edib,qan iyini 100m dən hiss edirlər.
2.Skatlar-Dənizin dibində yaşadıqlarından bədənləri bel -qarın istiqamətində yastılaşıb.Qəlsəməyarıqları,ağız və burun dəliyi başın altında yerləşir.Döş üzgəci bədəni və başı əhatə edir yaxşı inkişaf edib hərəkətləri idarə edir,quyruq üzgəci isə çox zəifdir.Qidasını -balıqlar,molyuskalar,dib heyvanları təşkil edir.Növləri-Tikanquyruq skat ,elektrikli skat,mişarburun skat
3.Bütöv başlılar-və ya ximerlər dibdə yaşayırlar.Qəlsəmə yarıqıları dəri büküşləri ilə örtülüdür.Dişləri birləşərək löhvə əmələ gətirib.Nümayəndəsi-dəniz pişiyi adlanan Avropa ximeridir.
Hiç yorum yok:
Yorum Gönder