19 Nisan 2017 Çarşamba

Mamlrkimilər



Mamırlar ali sporlu bitkilərdir.35 min növü var.Mamırları  öyrənən elm sahəsi Briologiya adlanır.Hamısı alçaq boyludur.(l=1mm -60 sm)
Sfaqnum mamırı

  • Ali sporlu bitkilərdir.
  • Əsasən çoxillik alçaq boylu bitkilərdir.
  • Rütubətli yerlərdə bitirlər,lakin bəzi növləri quraqlığa davamlıdırlar.
  • 2 vegetativ orqanı gövdə və yarpağı var.
  • Kökü yoxdur,bitki torpağa rizioidlərlə birləşmişdir.
  • Xlorofili var.
  • Əlverişsiz şəraitdə böyümürlər lakin tələf  də olmurlar. 
  • Avtotrofdurlar.
  • Mayalanması üçün su mühiti lazımdır.Mayalanma hərəkət edən spermatozoidlərlə baş verir.Ziqotdan yeni orqanizm çıxmır.Generativ orqanı antredi və arxiqonidir.
  • sadə qurluşda da olsa toxuma inkişaf edib(əsas,ötürücü,örtücü,mexaniki)

Mamırkimilər şöbəsini qametofit nəslin morfoloji əlamətlərinə, rizoidlərin xarakterik quruluşuna, qutucuqların açılma xüsusiyyətlərinə, yayılma areallarına görə müasir sistematiklər 3 sinifə ayırır.

1.Ciyərotu sinfi
2.Antoserot sinfi
3.Yarpaqlı mamırlar sinfi.

  Orta məktəb dərsliklərində bu siniflərdən yalnız Yarpaqlı mamırlar sinfi haqqında məlumat verilir.Bu sinif mamırların 95% təşkil edir.Bu sinfə Yaşıl quş mamırı və Sfaqnum mamırı(ağ və ya torf mamırı) aiddir.

Yaşıl quş mamırı
İynəyarpaqlı  meşələrdə və bataqlıqlarda olur.Sıx örtük əmələ gətirir.Gövdəsi dik qalxır,(40 sm) budaqlanmır.Üzərində sıx ücü sivri yarpaqlar var.Öz çəkisindən 4 dəfə  çox su udur.Havanın rütubətindən istifadə edir.,nəticədə meşələr bataqlığa çevrilir.

İkievli bitkidir.Onların yayılıdığı yerdə həm erkəkcikli həm də dişicikli  gövdəciklər olur.
Erkək fərdin gövdəsində qırmızmtıl və ya sarımtıl yarpaqlar yerləşir.Gövdənin təpəsində  qısa saplaqlı kisə formasında,qırmızımtıl qonur rəngdə antredi-adlanan cinsi çoxalma orqanı yerləşir.Antredinin içərisində spermatozoidlər olur.

Dişi fərdin gövdəsində parlaq rəngli  yarpaqlar yoxdur.Onların təpəsində uzunboyuncuğu olan kolbaşəkilli dişi cinsi orqanı olan arxeqoni yerləşir.Arxeqonidə yumurtahüceyrə yerləşir.
Mayalanma
Yağış suyu spermatozoidin dişinin  təpə hissəsinə düşür.suda hərəkət edən spermatozoid yumurtahüceyrəyə daxil olub onu mayalandırır,ziqot əmələ gəlir.Növbəti ildə ziqotdan sporofit - uzun ayaqcıq üzərində qutucuq inkişaf edir.Qutucuqda sporlar olur.Qutucuğun hündür olması bitkinin daha uzaq məsafələlərə yayılmasına səbəb olur.Bu ayaqcıqların uzun olmasının əhəmiyyətini göstərir.Qutucuqda sporlarla birlikdə sporangilər də olur.Qutucuğun üzərində əvvəl örtük,onun da üzərində qapaqcıq var.İsti havada sporlar yetişəndə əvvəl örtük sonra qutucuq açılır.Sporlar ətrafa yayılır.

Rütubətli havada torpağa düşən sporlardan protenema adlanan nazik yaşıl saplar əmələ gəlir. Protenema mamırın ilk cücərtsidir və əvvəlcə yaşıl yosuna oxşayır.Sonra o böyüyür və şaxələnir.Onun üzərində tumurcuq əmələ gəlir.Sonra tumurcuqdan yarpaqlı gövdəsi olan  mamır inkişaf edir.

Sfaqnum mamırı

 Sfaqnum (ağ  mamır) torf mamırdır,rizoidləri yoxdur.Ona qida maddələri və su bitkinin üzərində olan açıq hüceyrələr vasitəsilə daxil olur.Mamırın gövdəsi  uzun,zəif və çox budaqlıdır.Üzəri pulcuqçıkilli xırda yarpaqlarla örtülüdür.Xırda budaqlar gövdınin yuxarı hissəsində olur,uzun budaqlar aşağı sallanır.Yarpaq və gövdəsində  2cür hüceyrə var.
1 ci hüceyrələr- canlı, xlorofillə zəngin hüceyrəlırdir.Bu hüceyrələrdə fotosintez gedir,üzvi maddələr ə/g.
2 ci hüceyrələr-içərisi boş,şəffaf deşikli  ölü hüceyrələrdir.Bitkidə su anbarı rolunu oynayır.Bu hüceyrələ suyu  sorub özündə saxlayır.Ona görə yaşadığı yer bataqlıq olur.
Sporla çoxalırlar.
Hər il təqribən 3sm böyüyür,böyüdükcə  aşağı  hissəsi  tədricən məhv olur.Məhv olmuş hissə suyun altında qat-qa yığılır.Oksigen az olan mühitdə tam çürümür və torfa çevrilir.

Torfun əmələ gəlməsi  prosesi həmin mühitdə oksigenin az olması  və çürüdücü bakteriyaların çoxalmasının qarşısını alan turş mühitin yaranmasıdır.Torfun artması ləng gedir,10 ilə-1sm.

Mamırdan  ağac spirti və karbol turşusu alınır.

10 yorum:

  1. 👍👍👍👍👍👍👍

    YanıtlaSil
  2. 👍👍👍👍👍👍👍

    YanıtlaSil
  3. Yanıtlar
    1. Salam niyə sfaqnum maırı ağımtıl rəngə çalır

      Sil
  4. Super bu isime cox ve cox,cox,cox..........yaradi!.Haminiza teesekkurlerrrrr

    YanıtlaSil
  5. Çoooooooooox təşəkkür.Sağ olun.

    YanıtlaSil
  6. Mene lazim olanlar yoxduuuu

    YanıtlaSil
  7. Bana da lazım olanlar yok

    YanıtlaSil
  8. Çoooox sağ olun,çox məlumat toplaya bilirəm sizin sayənizdə♥️♥️♥️🧡🧡🧡

    YanıtlaSil