20 Nisan 2017 Perşembe

Qıjıkimilər

Qıjıkimilər ali sporlu bitkilərdir. 12.000 növü var.Azərbaycanda 69 növü var.Qədim bitkilər olan qıjıkimilərə rütubətli və kölgəli yerlərdə,xüsusən meşə örtüyü altında rast gəlinir.Əksəriyyətinin gövdəsi otşəkillidir,lakin tropik Asiya,Avstraliya,Mərkəzi və Cənubi Amerika kimi zonalarda bəzi ağacşəkilli formalara(hündürlüyü 25m olan) da təsadüf edilir.Qıjıkimilər arasında lianlara da rast gəlinir.Qıjıların bədən ölçüləri bir neçə mm-dən bir neçə metrə qədər olur. Daş -kömür dövründə hakim mövqe tutmuşlar.Çünki ozaman güclü leysan və yağışların gətirdiyi qum və gilini altında qalaraq,tədricən bərkiyir və daş kömür yataqlarının yaranmasına səbəb olur.Dövrün adı da buradan yaranıb.
Pteridologiya -qıjılar haqqında elmdir.

Əsas əlamətləri 


  • Qıjıkimilərin gövdə, yarpaq və inkişaf etmişkökləri də olur.
  • Çoxillik ot (bəzən ağac şəkilli) bitkilərdir.
  • Onlar sporlar vasitəsilə çoxalır.
  • Sporlar sporangilərdə,sporangilər isə soruslarda yarpağın alt tərəfində o yerləşir.
  • Sporlar xarici görnüşünə görə eynidir.
  • Kökümsovlarında əmələ gələn tumurcuq hesabına vegetativ yolla da çoxalır.
  • Mayalanma prosesi,mamırlardakı kimi,suyun iştirakı ilə gedir.
  • Nəsil növbələşməsi var.Qeyri cinsi nəsil(sporofit) ilə Cinsi(qametofit) nəsil növbələşir.
  • Sporofit faza üstünlük təşkil edir.
  • Rütubətli meşələrdə  epifit- növləri (yəni başqa bitki üzərində yaşayan) var.
  • Bəzi qıjıların kökləri zəhərlidir.



Azərbaycanın "Qırmızı kitabına" düşən qıjıkimilər
  • Tükvari qamçılıca (Anogramma leptophylla), 
  • Dağ ayıdöşəyi (Dryopteris limbosperma), 
  • Radde ayıdöşəyi (Dryopteris raddeana) 
  • Alp vudsiyasıdır (Woodsia alpina).
Erkək qıjı

Geniş yayılmış nümayəndəsi olan erkək qıjı çoxillik bitkidir, Yerüstü gövdəsi torpağın səthinə yaxın yerləşir.Yeraltı gövdəsi kökümsovdur. Kökümsovlardan əlavə köklər və yerüstü yarpaqlar çıxır. Erkək qıjının cavan yarpaqlarının ucları spiralvari burulur və zoğ kimi uc hissədən böyüyür. Yarpaqları iridir, ikiqat lələkvaridir, yarpaqlar budaqlar  kimi ucdan böyüyür, saplaqları bozumtul pulcuqlarla örtülüdür.

Qıjıların əsas fərqləndirci 3 əlaməti
1.Saplaqların  pulcuqlarının olması
2.Cavan yarpaqların ilbizşəkilli  qıvrılması
3.Yarpaqları ucdan böyüyür.
Çoxalması
Qıjılar üçün də cinsi və qeyri-cinsi nəslin növbələşməsi xarakterikdir. Lakin mamırlardan fərqli olaraq bu şöbənin bitkilərində uzunömürlü sporofitlər dominantlıq təşkil edir.
Sporofitlərdə əsas orqanlar – gövdə, yarpaqlar və kökümsov var.
Qametofitlər isə qısaömürlü, çox kiçik ölçüdə,  ürək formaslı lövhəcik şəklində olan zərif cücərtilərdir, rizoidlər vasitəsilə torpağa yapışmış olur.

Yayın ortalarında yarpaqların altında qonur rəngli qabarcıq əmələ gəlir.Qabarcıqlarda sporangilər yerləşir.Sporlar xüsusi “kisələr” olan sporangilərdə, sporangilər isə soruslarda toplanır. Soruslar yarpağın alt tərəfində sarımtıl nöqtələr şəklində olur.

Sporlar yetişdikdə küləklə ətrafa yayılır.Əlverişli şəraitdə o cücərək çox kiçik,təxmini 2-3 nm  eni olan incə ürəkşəkilli löhvəcik əmələ gətirir.Bu qıjının ilk cücərtisi- protaldır.Protalın alt hissəsində rizioidlər əmələ gələrək onu torpağa bərkidir.Onun alt hissəsində cinsi orqan olan antredi və arxeqoni olur.Antredidəki spermatozid, arxeoqonidəki- yumurtahüceyrəni mayalayır.Mayalanma su damcısı vasitəsilə  gedir.Myalanmadan ziqot ,ziqotdan rüşeym əmələ gəlir.Rüşeymdə köklər yaranır bu zaman protal məhv olur.Rüşeym isə inkişaf edərək cavan qıjıya cevrilir.Cavan qıjıdan yetkin  sporlu qıjının yaranması çox ləng gedir.(bir neçə ilə).
Erkək qıjı spor əmələ gətirdiyinə görə sporofit-qeyri cinsi nəsil, protal isə qametofit-cinsi nəsil sayılır.




Əhəmiyyəti
Bir çox ekosistemlərin tərkib hissələrini təşkil etdiklərinə görə təbiətdə qıjıkimilərin əhəmiyyəti böyükdür. Bəzi növlərindən farmakoloji sənayedə istifadə olunur. Qıjıkimilər 7 alt şöbəyə bölünür. Bu şöbənin nümayəndələrinə əsasən, məhv olmuş növlər aiddir. Qıjıkimilər qədim sporlu bitkilərdir. Onlar artıq Devon Dövründə mövcud olmuş, Karbon Dövründə isə hündürlüyü 30 m olan qıjı meşələri mövcud olmuşdur. Bu bitkilərin qalıqlarından daş kömür yaranır.

3 yorum:

  1. əhsən çox faydalı portaldır.təşəkkürlər zəhmət çəkən hər kəsə

    YanıtlaSil
  2. ÇOX SAĞOLUN SAYENİZDE DERSİMİ TAMAMLADIM

    YanıtlaSil
  3. Bu Bilikler Çox faydalıdır kaş her yerde bele olsa

    YanıtlaSil