18 Nisan 2017 Salı

Yosunlar

Yosunlar xlorofilə malik,əsasən suda yaşayan(lakin su və quru yosunları olmaqla 2 qrupa bölünürlər)  ibtidai sporlu bitkilərdir. 55 000-dən çox növləri məlumdur.Yosunları öyrənən elm alqologiya adlanır.
Bitkilər arasında ən sürətlə böyümə yosunlara aiddir.Su yosunu Macrocystis pyriferanın yapraqları həftədə 3 ile 4.5 m arası böyüyür. Çoxillik bu bitkilərin uzunluğu  60-100 metrə çatır. uzunlu Bu yosunlar təxmini 100 kq. ağırlığındadır.



Yosunların quruluşu

  • Yosunların diferensiasiya olunmuş kökləri, yarpaqları, çiçəkləri və toxumları,əsl toxumaları olmur . 
  • Onların orqanizmi tallom adlanan gövdə cismindən ibarətdir.Tallom  xaricdən sellüoza və pektin maddəsindən ibarət qabıqla örtülüdür.
  • Çox iri ölçülü bəzi yosunlar rizoidlərlə (yalançı köklərlə) substrata yapışır. 
  • Onlar təkhüceyrəli, çoxhüceyrəli və kolonial formada olurlar

  • Hüceyrəsi qilafdan,sitoplazmadan,1 və ya 1neçə nüvədən,1və ya 1neçə xromotofordan ibarətdir.
  • Tərkibində xlorofil(yaşıl) və digər piqmentlər olduğuna görə(Müxtəlif rəngdə olurlar) bitkilər kimi fotosintez qabiliyyətinə malikdir.
  • Bu orqanizmlər vegetativ( sadə bölünmə,tumurcuqla,tallom hissəsilə)qeyri-cinsi(spor və zoosporlala) və cinsiyyətli yolla(konyuqasiya) çoxalırlar. Bəzən 8 bəzən isə 4saatdan bir bölünürlər.Bəzilərində nəsil növbələşməsinə də (qonur yosunlarda) təsadüf olunur.
  • Müxtəlif ekoloji şəraitə uyğunlaşmışlar.Onlara həm hidrosferdə,həm atmosferdə həmdə litosferin bütün sahələrində rast gəlinir.
  • Yosunlar avtotrofdurlar,fitotrof olduqlarına görə əsasən torpağın üst qatında (0-10sm) yayılmışlar və dərinliyə getdikcə onların miqdarı azalır. Lakin 2–3 m dərinlikdə nadir halda tək-tək müşahidfə olunur.
  • Bəzi yosunlar termofildirlər onlar 52-84 selsi tempuraturdakı suya dözür və orada yaşayırlar.Bəziləri siə soyuğa davamlı olub buzun içərisində yaşayırlar.
  • Su yosunlarında bitkilərdən fərqli olaraq  fotosintez məhsulu olan nişasta depolamırlar və xloroplastları sitoplazmada sərbəst halda deyil,endoplazmatık şəbəkə üzərində yerləşirlər.
Yosunların  çoxalması


Ulotriks yosunun çoxalması

  
       Xlominomonada yosunun çoxalması



Yosunların torpaqdakı rolu
  • Yosunlar torpaq həyatında bir sıra proseslərdə fəal iştirak edirlər:Yosunlar torpağı üzvi maddələrlə zənginləşdirir və bəziləri azot fiksə edir və digər mikroorqanizmlərin inkişafını stimulə edir.Fotosintez prosesi nəticəsində topladıqları üzvi birləşmələr yosun tələf olduqdan sonra torpağa keçir.
  • Əmələ gələn üzvi birləşmələr nəinki bakteriyaların yemini, hətta torpaqda toplanan humusun əsasını təşkil edir.
  • Mineral suxurların torpağa çevrilməsi prosesində yosunlar əsas rol oynayır. Bunların əmələ gətirdikləri metabalizm məhsulları ilə həmin suxurlar tədricən parçalanır və orada üzvi maddələr,humus əsasən yosunlar hesabına əmələ gəir.
  • Yosunlar torpağın üst qatında inkişaf edərək,onun üzərini pərdə ilə örtür və beləliklə torpağı eroziyadan qoruyur. Belə pərdənin altında su rejimi və fiziki-kimyəvi şəraiti də dəyişir ki, bu da öz növbəsində torpağın formalaşmasına təsir göstərir.
  • Yosunların ifraz etdiyi selik bilavasitə torpağın strukturlaşmasına kömək edir.
  • Yosunların tənəffüs nəticəsində əmələ gətirdikləri O2 bitkilərin köklərinin oksigenə olan tələbatını ödəyir və eyni zamanda torpaqda yaşayan aerob bakteriya və göbələklərin inkişafları üçün şərait yaradır,bunlar da öz növbəsində üzvi maddələrin minerallaşma prosesini aparırlar.
  • Torpaqdakı yosunlar orada yaşayan ibtidailərin yemini təşkil edir.
  • Yosunların torpaq həyatındakı ən böyük rolu torpaqda azot rejimini tənzim etməkdir. Onlar bir tərəfdən torpaqda olan azotlu maddələri alıb,öz bədənlərində üzvi azotlu birləşmələrə çevirirlər və beləliklə də azotun bir hissəsi bitkilər tərəfindən mənimsənilən formaya keçir.Digər tərəfdən də burada olan yosunların bir çox növləri torpağın atmosfer hesabına azotlu maddələrlə zənginləşməsini təmin edir

Yosunların əhəmiyyəti
  1. Qida kimi istifadə olunur(həm insanların həm də dən iz heyvanlarının)
  2. Oksigenin mənbəyidir fotosintez nəticəsində
  3. Neftin əmələ gəlməsində rol oynayır.(Yosunlar fotosintez sayəsində istehsal etdikləri kiçik yağ hissəcikləri şəklindəki qidalarını hüceyrələrinin içərisində saxlayırlar. Bu kiçik yağ hissəcikləri zamanla bir yerə gəlir, geoloji və bioloji qüvvələrin də təsiriylə neft yataqlarının meydana gəlməsinə səbəb olur. Bu gün istifadə etdiyimiz neftin çox böyük bir hissəsini e.ə. dənizlərdə ölən yosunlar meydana gətirmişdir.)
  4. Yosunların bəzi növlərindən polisaxarid-algin, qırmızı və qonur yosunlardan isə mikrobiologiyada geniş tətbiq edilən aqar-aqar alınır. 
  5. Qonur yosunlardan alınan algin və alginatlar yapışdırıcı xüsusiyyətə malik olduğundan bunlar yeyinti məhsullarına, dərman preparatlarından həblər hazırlanmasında, kağıza, sintetik liflərə və plastik kütlələrə qatılır.
  6. gübrə kimi istifadə olunurlar
  7. Kimya  sənayesində onlardan brom və yod alınlr
Xlorelladakı ön hissdəki işığa həssas gözcüyün olması heyvanlara oxşar xüsusiyyətidir.


5 yorum: