17 Nisan 2017 Pazartesi

Zülalların qurluşu,xassələri və funksiyaları

Zülalların əsas quruluş vahidi aminturşulardır.Zülallarda  ribasomlarda  sintez olunur.Qeyd etmək lazımdır ki, bakteriyadan insana qədər bütün canlıların zülalları, aminturşuların eynilə 20 növündən ibarətdir
İnsan orqanizmində 5 mln tip zülal var.Onlar həm bir- birindən həm də digər orqanizmin zülallarından fərqlənirlər.


  • albuminlər (suda həll olur),
  • qlobulinlər (neytral duzların məhlulunda həll olur), 
  • prolaminlər (spirtdə həll olur), 
  • qlyutelinlər (zəif qələvi məhlulunda həll olur),
Polipeptid zənciri  yalnız amin turşularından təşkil olunduqda zülallar protein  adlanır.
Zəncirdə zülallaı hissə ilə yanaşı qeyri-zülalı hissə də olan zülallar proteidlər adlanır.(məs hemoqlobin zülalında hem qeyri zülal,qlobin isə zülaldır)

Zülalların qurluşu

Zülalların əsas quruluş vahidi-monomerləri aminturşulardır.
 Aminturşularaın xüsusiyyətləri

  • Təbitətdə 150 dən çox amin turşu var.
  • Bitkilər üçün vacib olan amin turşuları CO2,su ammonyakdan sintez olunur.
  • Heyvanlar isə qida və ətraf mühitdən mənimsəyirlər.
  • Onlar vitaminlərin,antibiotiklərin,hormonların,alkaloidlərin  və s yaranmasında iştirak edirlər.
  • Bütün aminturşular üçün (prolin müstəsnalıq təşkil edir) xarakter olan ümumi əlamət, onların tərkibində sərbəst karboksil qrupunun, sərbəst  amin qrupunun, karbon atomuna birləşmiş və yan zəncir adlanan müəyyən R-qrupunun olmasıdı
  • Amin turşular birləşərək zülal malekulunu polipeptid zəncirini yaradırlar.
  • Zülalın əmələ gəlməsində n sayda amin turşu iştirak  edirsə,onda n-1 malekul su ayrılır.
  • Birləşən amin turşular arasında peptid rabitə adlanan kovalent rabitə yaranır. 
  • Hər bir amin turşu halqasının uzunluğu 0,35-0,37 nm dir.


Zülallar adətən yumaq(qlobula) və ya sapşəkilli (fibril) formada olur.Zülal malekulu bir neçə quruluş səviyyəsində olur.
1.Birincili və ya ilkin qurluş-amin turşuların birləşərək əmələ gətirdiyi xətti və ya zəncirvarı qurluşdur.
2.İkincili quruluş-zəncirin spiral halında burulması nəticəsində yaranır.Aralarında hidrogen rabitəsi yaranır.
3.Üçüncülü qurluş-zülal malekullarının  burularaq daha mürəkkəb forma almasıdır.Aralarında hidrofob rabitəsi var.Zülalların əksəriyyəti öz bioloji rolunu 3lü qurluşa malik olduqdan sonra oynayır.
4.Dördüncülü qurluş- Üçüncülü qurluşa malik bir neçə zülal zəncirinin birləşməsi hesabına baş verir.Bu qurluşda olan zülaların  tərkibinə adətən qeyri- zülalı komponent daxildir.(məs: hemoqlobin)




Zülalların funksiyaları
Zülalların müxtəlifliyi (həm quruluş, həm də fiziki-kimyəvi xassələrinə əsasən) onların çoxlu sayda bioloji funksiyalarına səbəb olur. Bunun üçün də orqanizm üçün səciyyəvi xsusiyyətlər zülallarla əlaqədərdir.
Quruluş funksiyası - Bu funksiyanı yerinı yetirirlər: Plazma membranının və hüceyrə orqanoidlərinin membranlarının tərkibinə daxil olan zülallar, kollagen (sümüklərin, vətərin, qığırdağın komponentləri), keratin (saçın, tükün, dərnaqların, boynuzların komponentləri) və s.
Nəqliyyat funksiyası - Məsələn, onurğalılarda O2-nin nəqliyyatı eritrositərdə olan zülal - hemoqlobinin vasitəsi ilə baş verir; bundan əlavə, hüceyrə membranında ətrafdan hüceyrəyə və hüceyrədən ətrafa maddələrin nəqliyyatında iştirak edən nəqliyyat zülalları var.
Hərəkət funksiyası - Bu funksiyanı yığıla bilən zülallar, miozin və aktin yerinə yetiri. onlar əzələlərin yığılmasına, birhüceyrəli kirpikciklərin, qamçıların hərəkətinə səbəb olur.
Tənzimləyici funksiya - Bəzi hormonlar kimyəvi təbiətli zülaldır. Məsələn, İnsulin. Qlükaqon, somatotropin və s.
Müdafiə funksiyası-buynuz dirnaq,caynaq,antitellər zülal mənşəlidir.
Fermentativ funksiyası-hüceyrədə gedən biokimyəvi reaksiyaları sürətləndirən aktiv zülallar-fermentlərdir.
Siqnal funksiyası-xarici qıcıqların təsirindən öz  3cülü qurluşunu dəyişir və denaturyasiya baş verir.
Tənzimləyici funksiya-bitki və heyvan orqanizmlərində fizioloji prosesləri tənzimləyən hormonlardır.Hormonların bəziləri karbohidrat(bitkilərdə),bəziləri yağ(cinsiyyət hormonları) bəziləri isə zülal mənşəli olur.(məs insulin hormonu -zülal mənşəlidir)
Energetik funksiya- 1 qram zülal parçalananda 17,5 kC enerji ayrılır.

Zülalların xassələri
Zülallar bir çox fiziki və kimyəvi qıcıqların(spirtin,tempuraturun,təzyiqin,radiasıanın) təsirindən öz təbii qurluşunu dəyişir.Bu proses  denaturasiya adlanır.Denaturyasiya dönər və dönməz olur.


Hiç yorum yok:

Yorum Gönder