1.Sınaq şüşəsinə doldurulmuş gölməçə sularında yaşıl evqlena və infizor tərlik aşkar eilmişdir.Tədqiqatçılar bu ibtidailərdə cəmi 60 yığılıb açılan qovucuq saymışlar.Şüşədəki evqlenaların sayı infuzorun sayından 2 dəfə azdır.Onda şüşədə cəmi neçə infuzor tərlik var?
İzahı:
Burada,evqlena infuzor-tərlikdən 2 dəfə az olduğu üçün, tənlikdə infuzor-tərliyi 4X götürəcəyik:
1)X+4X=60
5X=60
X=12 ifrazat vakuolu
2)Evqlenada 1 ifrazat vakuolu var,ona görə də 12 ədəd də evqlena olacaq.
3)4x12=48 vakuol infuzor-tərlikdəki ifrazat vakuollarının sayıdı.
1 infuzor-tərlikdə__________ 2 ifrazat vakuolu
x_______________________48 ifrazat vakolu
x= 24 infizor tərlik
Cavab:12 evqlena və 24 infuzor-tərlik (şərtdə deyilir ki, evqlena infuzor-tərlikdən 2 dəfə azdır)
2.Volvoks kaloniyası 1000 hüceyrədən təşkil olunub.Hüceyrələrinin 25 % itirərsə,Bu volvoks kaloniyası hüceyrələri nə qədər qamıya malik olar?
İzahı:
1) 1000___________100 %
x_____________25%
x=250
2) demək ki 250 hüceyrəsini itirib.O zaman 1000-250=750 hüceyrəsi qalıb
3) hər bir hüceyrə 2 qamçıya malik olduğundan 750 x 2=1500 qamçısı olar.
3. 1000 hüceyrədən ibarət volvoks kaloniyasında 350 hüceyrə qalıbsa ,itirilən qamçıların sayı nə qədər olar?
İzahı:
1). 1000-350=650
2) 650 x 2=1300
4. 1000 hüceyrədən ibarət volvoks kaloniyasında itirilən qamçıların sayı 1500 olarsa ,kaloniyada neçə hüceyrə salamat qalar?
İzahı:
1).1500:2 = 750 (qamçının sayını 2yə bölüb itrilən hüceyrə sayını tapırıq.)
2) 1000-750=250 salamat qalan hüceyrə sayı
5. Qeyri cinsi çoxalma zamanı 3 infizor tərlikdən 6 sutka ərzində neçə infizor tərlik əmələ gələr?
İzahı:
1.İnfizor tərlik 1 sutkadan bir bölünür.Bölünmə zamanı əmələ gələn tərliklərin sayı
X*2n ilə hesablanır.
1) X*2n=3*26=3*64=192
Bağırsaqboşluqlulara aid məslələr
1.Gölməçədə bütün 2milyon spermatozoid ,1500 yumurta hüceyrə əmələ gəlmişsə əlverişli şəraitdə bu gölməçədə maksimum neçə yumurta qışlayacaq?
İzahı:
Cinsi çoxalma zamanı 1yumurta hüceyrəni 1 spermattozoid mayalayır.Burada da 1500 yumurtahüceyrə olduğu üçün cavabımız da 1500 olacaq.
Qeyd:hidaranın cinsi çoxalması zamanı hər zaman yumurta hüceyrənin sayına baxın ,onun sayı qədər mayalanma olar və fərd əmələ gələr.
2.Mayalanma zamanı 12 cinsiyyət hüceyrəsi iştirak edibsə,onun növbəti ilin yazında neçə neçə fərdi yarana bilər?
İzahı:
Bir fərdin yaranması üçün 2 cinsiyyət hüceyrəsi (yumurtahüceyrə və spermatozoid)
iştirak edir. 12 cinsiyyət hüceyrəsinin 2 yə bölürük =6 fərd əmələ gələr.
3.Yazda hidra yumurtalarından 32 fərd əmələ gəlib.Mayalanmada ən azı neçə qamçısız,neçə qamçlıl qamet iştirak edib.
İzahı:
1. 1 fərd ___________2 qamet ( 1 qamçılı,1 qamçısız)
32 fərd___________x
x=64 qamet( 32 qamçılı,32qamçısız)
4. 4 infuzor tərlikdə olan nüvələrin sayı qədər fərdin əmələ gəlməsi üçün ,şirin su hidrasında mayalanmada neçə qamet iştirak etməlidir?
İzahı:
1) infuzor tərlik də 2 nüvə olur, 4 infizor tərlikdə 8 nüvə olur.
2) 8 hidranın əmələ gəlməsi 16 qamet iştirak edər,çünki 1 fərdin əmələ gəlməsində 2 qamet iştirak edir.
5.Cinsi çoxalma prosesində əmələ gələn yetkin çirin su hidralarında maksimum 720 simmetriya şüası var.Bu fərdlərin əmələ gəlməsi üçün neçə mayalanma prosesi baş verib?
İzahı:
1) hidrada qolcuqların sayı qədər simmetriya keçirmək olar.Bilirik ki hidarada 5-12 qolcuq olur. Maksimum dediyi üçün...
2)720:12=60 hidra olduğun tapdıq.
3) 60 hidranın yaranması üçün 60 mayalanma baş verib.
Hiç yorum yok:
Yorum Gönder