12 Nisan 2024 Cuma

Bitkilərə aid məsələlər

1.Çilik vasitəsilə əkilmiş üzüm bitkisindən inkişaf edən 40 kökdən,28 –i yan kökdürsə onda onların neçəsi əlavə kök olar?

İzahı:
Çiliklə çoxaldığı üçün əsas kök olmur.Ona görə  də 40-28=12 əlavə kök

2.Buğdanın bir sünbülcüyündəki və vələmirin bir sünbülcüyündəki erkəkciklərin maksimal sayının arasındakı fərq nəyə bərabərdir?

İzahı:
 Bugdada maksimum 7 cicek olur ( bir sunbulcukde ) Velemirde ise bir sunbulcukde 2-3 ( maksimum dediyi ücün 3 gotururuk Ve sonda 7x 3 - 3x 3 =12
Cavab:12

3.Günəbaxan bitkisinin səbətində 400 meyvə varsa onun bir çiçəyinin mayalanmasında neçə tozcuq və neçə sperm iştirak etmişdir?

İzahı:Bir çiçəyinin mayalanmasında bir tozcuq və 2 sperm iştirak edir.

4.Əgər alma bitkisinin gövdəsində yarpaqların sayı yarğanotu bitkisinin 2 çiçəyində olan ləçəklərin sayına bərabərdirsə,buğumların sayını tapın.

İzahı:
1)Yarğanotu xaççiçəklilər fəsiləsinə aiddir. Hər  çiçəkdə 4 ləşək olur. Onda 2*4=8 ləşək var
2)Alma növbəli düzlüşə malik olduğundan 8 buğum edər.

5.Qatırquyruğu,ardıc.və çökənin bərabər sayda dişi qametləri mayalanmışdır.Mayalanmada iştirak edən erkək qametlərin neçə faizi ardıc bitkisinin payına düşür?

İzahı:
1)Qatırquyeuğu-1,ardıc-1,çökə- 2   ümümi  4 erkək hüceyrə iştirak edir mayalanmada.
2) 4 erkək hüceyrədən isə 1 i  ardıcın payına düşür.
3.  4___________100%
      1__________x
        x= 25%

6.  10 ədəd buğumaraları olan gicitkən budağl üzərində ən çoxu neçə qoltuq tumurcuğu olar?

İzahı:
Gizitkən qarşı qarşıya düzülüşə malikdir 10 dədəd buğumarası varsa +1= 11 buğumu var deməkdir.
11*2=22

7.Gicitkən budağının bir hissəsində 12 qoltuq tumurcuğu olarsa ,bir hissədə ən azı neçə buğumarası var?

Həlli:
 12:2=6 buğum 
  6-1=5 buğumarası

8.Qaranlıqda saxlanılmış bitkinin müəyyən bir yarpaq sahəsində 200 süngər,300 sütunvari toxuma hüceyrələri və 60 ağızcıq varsa ,işıqda həmin sahədə cəmi neçə hüceyrədə xlorofil əmələ gəlir?

İzahı;
200 +300 =500 hər birinidə 1 ədəd xlorofil olur.,lakin ağızcıq 2 qapayıcı hüceyrədən ibarət olduğu üçün 60*2=120 ədəd xlorofil olur.
500+120=620

9.Eyni sayda götürülmüş itburnu (bir yarpaqda 5 aya olarsa ) çiyələk və lobya yarpaqlarında ayaların sayı 66 olarsa,bu yarpaqların ümumi sayını müəyyən edin.

İzahı:

İtburnuda 5 aya varsa onu 5X kimi ,çiyələk və lobyada 3aya olduğundan 3x+3x
yəni  hesablasaq 

5X+3X+3X=66

11X=66
   
X=6

Yerinə qoysaq 6*5+3*6+3*6=66

10.Bitkinin kök sistemi bir əsas kök ,8 əlavə kök ,30  yan kökdən təşkil olunub .Bu kök sitemində cəmi neçə kök üsküyü var?

İzahı: Hər bir kökün ucunda kök üsküyü olduğundan  cəmini toplayırıq.

1+8+30= 39 

11.50 küknar toxumunun əmələ gəlməsi üçün mayalanmada bilavasitə neçə hüceyrə iştirak edib?

İzahı :

Çılpaqoxumlularda 1 toxumun əmələ gəlməsində 2 hücyerə(yumurta hüceyrə+sperm) içtirak edir.
50*2=100


12..50 xaş-xaş toxumunun əmələ gəlməsi üçün mayalanmada bilavasitə neçə hüceyrə iştirak edib?

İzahı:

Örtülütoxumlularda 1 toxumun əmələ gəlməsində 4 hücyerə(yumurta hüceyrə+mərkəzihüceyrə+ 2sperm) içtirak edir.

50*4=200

13.Cücərən zaman darı dənlərinin kütləsi 10 kq olubsa ,onların kütləsi cücərməmişdən  əvvəl nə qədər olub?

İzahı :

Darı cücərən zaman öz çəkisinin 1/4 qədər su udur.

x+x*1/4=10

4x+x 
  4       =10       

5x=4*10
  5x=40
     x=8

14..Cücərən zaman qarğıdalı  dənlərinin kütləsi 9 kq olubsa ,onların kütləsi cücərməmişdən  əvvəl nə qədər olub?

İzahı:
qarğıdalı öz çəkisinin yarısı qədər su udur.

x+1/2x=9

3x/2=9
3x=2*9
3x=18
x=6


15.Ağbaş kələm bitkisinin bir çiçəyinin rüşeym kisələrində cəmi 56 mitoz bölünmə baş verib.Bu çiçəkdən əmələ gələn meyvədə maksimum neçə toxum olar?

İzahı:
1 toxumun yaranması zamanı 7 mitoz bölünmə baş verir.
   x______________________56 mitoz
        x=8 toxum

16.Yetkin sfaqnum bitkisinin uzunluğu 35 sm-dir. onun illik boy artımı 3 sm olarsa ,5 ildən sonra sfaqnumun uzunluğu nə qədər olar?

İzahı:
Biz bilirik ki  sfaqnum mamırı hər il 2-3 sm böyüsədə onların aşağı hissəsi tədricən məhv olduğu üçün mamımırın boyunda artım olmaz.


17.Sfaqnumun 5 yarpaq,5 gövdə,5 qutucuq divarı ,5 spor hüceyrəsinin xromosom yığınlarının cəmi nə qədər edir?

İzahı:
5yapraq------n
5 gövdə -------n
5qutucuq divarı------2n
5 spor-------n
5n+5n+10n+5n=25 n


18.Erkək qıjının 5 yarpaq,5 gövdə 5 protal və 5 rizoid hüceyrəsinin  xromosom yığınlarının cəmi nə qədər edir?

İzahı:
5yapraq------2n
5 gövdə -------2n
5 protal-------n 
5 rizoid-------n

10n+10n+5n+5n=30 n

Hiç yorum yok:

Yorum Gönder