1.Öz-özünə tozlanan diploid(2n) bitkinin kök,gövdə,yarpaq və endosperm hüceyrələrində xromosomların cəmi 162 olarsa onda,bu bitkinin spermində neçə xromosom olar?
İzahı:
kok 2n +govde 2n+ yarpaq 2n+ endosperm 3n=162;
9n=162;
n=18; spermide xromosom sayi n oldugu ucun cavab:18
2.Əgər hüceyrələrin sayı n onların hər birində
xromosomların diploid dəsti x-dirsə,bu hüceyrələrin meyoz bölünməsindən əmələ gəlmiş
hüceyrələrdə cəmi neçə xromosom olar?
Həlli:
2nx
3.Xromosom dəsti tetraploid olan (4n) çiçəkli bitkinin tozcuğundakı spermlərin xromosom dəstlərinin cəmi neçə olar?
Həlli;
2n xromosom dəstinə malik bitkidə 2 sperm olur.Hər birinin də xromosom dəsti haploid yəni n olur.Deməli,
2n_______________n+n(2n)
4n_______________x
x= 4n
4.Öz-özünə tozlanan tetraploid (4n) bitkinin mayalanmadan bilavasitə sonra rüşeym kisəsində olan hüceyrənin xromosom dəstlərinin cəmi neçəyə bərabər olar?(rüşeym kisəsinə 2 sperm daxil olmuşdur)
Həlli :
2n bitkidə= mayalanmdan öncə xromosom dəstləri belə olur.
n- yumurtahüceyrə
n sperm ( 2 ədəd sperm olduğundan n+n=2n)
2n -mərkəzi hüceyrə
Mayalanmdan sonra
yumurtahüceyrə+sperm=n+n=2n
Mərkəzi hüceyrə +sperm=2n+n= 3n
2n+3n=5n
yəni Diploid bitkidə 2n_________________5n
4n_________________x
x=10 n
5.Tetraploid bitkidə çiçəkli bitkinin öz-özünə tozlanması zamanı endosperm hüceyrəsondə xromosom dəsti "Y" qəbul edilərsə ,bu bitkinin sperminin və mərkəzi hüceyrəsinin xromosom dəsti necə olar?
Bilirik ki endosperm =mərkəzi hüceyrə+sperm=2n+n=3n
Diploid bitkidə(2n) mərkəzi hüceyrə 2n, və spermlər də n+n= 2n olur.
Demək ki 2n birkidə_________________4n
4n_______________________x
x=4n mərkəzi hüceyə
2n bitkidə __________________2n sperm
4n_________________________x
x=4n sperm
Demək 4n bitkidə endosperm=4n+2n=6n olar.
Şərtə görə 6n=Y
1) 6n_______________________Y
2n______________________x
x=2ny:6n= y:3 sperm
2.) 6n___________________y
4n___________________x
x=4ny:6n=2y:3 mərkəzi hüceyrə
6)Əgər hüceyrələrin sayı n,onların hər birində xromosomların diploid dəsti x-dirsə,bu hüceyrələrin meyoz bölünməsindən əmələ gəlmiş hüceyrələrində cəmi neçə xromosom olar?
Həlli:
Meyozda hecyrələr 4 dəfə artdığından n=4n olur,xromosom sayı isə 2 dəfə azaldığı üçün x:2 olur.
4n*x:2=2nx
7.Toyuğun qametində autosom xromosomların sayı 38 dir.Bu fərdin somatik hüceyrəsinin xromosom dəsti neçə olar?
Həlli:
Qamet+n
n= 38 autosomdur+1 cinsi xromosom =39
Somatik hüceyrə 2n olduğundan , 2*39=78 xromosom
78xromosomum 76 sı autosom,2si isə cinsi xromosomdur.(XY)
Hiç yorum yok:
Yorum Gönder