11 Nisan 2024 Perşembe

Cinsiyyət sistemi məsələləri

 1. Diploid orqanizmin 3 somatik və bir yetişmiş cinsiyyət hüceyrəsində xromosomların cəmi 154 olarsa, göstərilən xromosomlardan neçəsi autsomdur?

İzahı: Bir somatik hüceyrədə 2, bir cinsi hüceyrədə isə 1 cinsiyyət xromosomu olur. Digər xromosomlar isə autsomdur. Onda: 3x2+1x1=7 cinsiyyət xromosomu. Cəmi xromosomlardan cinsiyyət xromosomların sayını çıxaraq deyə bilərik ki, 154-7=147-si autsomdur.

2. 3 somatik və 1 yumurta hüceyrəsində xromosomların sayı cəmi 154 olan orqanizmin spermatozoidində autosom xromosomların sayı nə qədərdir?
İzahı:
(3*2n)+n=154
7n=154
N=22
Spermatozoiddə haploid dəstdə 22 xromosom  var=21 autosom+1 cinsi


3.Əgər qadın orqanizmində sarı cisim fazalarının ümumi müddəti ən çoxu 416 həftə çəkibsə, onda bu qadının maksimum neçəyaşı olar (normal 28 günlük aybaşı tsikli şəraitində və hamiləlik baş verməmişdir)?

İzahı:
 Her ovulyasiyaya 2 hefte(14 gun) sari cisim fazasi uygun oldugu ucun, 1 ilde 13 ovulyasiya bas verir ve sari cisim fazasi 2x13=26 hefte cekir. 1 ilde 26 hefte cekirse sari cisim fazasi,onda 416 hefte 416:26=16 ile bas verib. Bu cavablara baxsaq max.yas heddini 13 yas goturub, odur ki,16+13=29 yasi olar.

Cavab:29

Hiç yorum yok:

Yorum Gönder