11 Nisan 2024 Perşembe

Sinir sistemi məsələləri

 İzahlı Məsələlər

1.İnsanın baş beyin yarımkürələri qabığının sinir toxuması hüceyrələrində nə qədər cinsiyyət xromosomu vardır.
(sol yarımkürədə 6 milyard akson olarsa)?
İZAHI: Bilirik ki, bir neyronun bir aksonu olur.Şərtə əsasən, sol yarımkürədə 6 milyard akson varsa, deməli tam baş beyin yarımkürələrində 6x2=12 milyard neyron vardır. Bilirik ki, sinir toxuması hüceyrələrini neyronlar və onlardan on dəfə çox sayda olan peyk hüceyrələri təşkil edir. Buna görə də deyə bilərik ki, tam yarımkürələrdə 132 milyard hüceyrə var.( 12 mld neyron və 12x10=120 mld peyk hüceyrəsi). Məlumdur ki, bir somatik hüceyrədə 2 cinsiyyət xromosomu olur. Buna görə də 132mld x 2 = 264 mld cinsiyyət xromosomu

2.110 hüceyrədən ibarət sinir toxumasında nə qədər neyron var?
  İzahı: biz bilirik ki  1 neyrondan 10 dəfə çox peyk hüceyrəsi olur.Onda bunu  n/11 düsturu ilə tapa bilrərik.
110: 11= 10 neyron var.

3.İnsanın baş beyin yarımkürələri qabığının sol hissəsində 10 mlrd hüceyrənin sinir impluslarının ötürülməsində iştirak etdiyini qəbul etsək baş beyin yarımkürələri qabığında neçə cinsi xromosom vardır?

İzahı: 10 milyard sinir imlpusunu ötürürsə demək söhbət neyrondan gedir.Bir tərəfdə 10 mlrd varsa digər tərəfdə də 10 mlrd var. Demək beyin qabığında 20 mlrd neyron var. 20 mlrd neyron varsa ondan 10 dəfə çox peyk hüceyrəsi yəni 200 mlrd peyk hüceyrəsi var. Demək sinir toxuması 20 + 200 =220 hüceyrədən təşkil olunub.Hər bir hüceyrədə 2 ədəd cinsi xromosom var .Ona görə də 220 *2= 440 cinsi xromosom olar.

4.Qadında (kişidə) baş beyin yarımkürələri qabığının sol hissəsində hüceyrələrin sayını n ilə qəbul etsək , yarımkürələr qabığındakı autosom xromosomların sayı nə qədər olar?

İzahı:Əgər sol yarımkürə n olarsa onda sağ yarımkürə də n olar.Ümumi qabıq isə 2n olar.Biz bilirik ki 1 hüceyrədə 44 autosom xromosom var .Onda,

1__________44
2n_________x
 x= 88 olar.




QEYD:
Sinir sistemi məsələrini həll edən zaman aşağıdakı Düsturlardan istifadə edə bilərsiniz

1.İnsanın sinir toxumasının hüceyrələrinin sayını   S ilə işarə etsək.Neyronların sayını N ilə işarə etsək 
Neyronu tapmaq üçün ------- N= S:11 düsturundan istifadə etmək olar.
2..İnsanın sinir toxumasının hüceyrələrinin sayını   S ilə işarə etsək.Peyk hüceyrlərin  sayını P ilə işarə etsək  Onda Peyk hüceyrəsini tapmaq üçün-------- P= S:11*10

Hiç yorum yok:

Yorum Gönder