1. 20 pulcuqlu şam qozasının hər bir tozcuq kisəsində 100 ədəd tozcuq olarsa,onda bu qozada neçə tozcuq kisəsi və onların tozcuqlarında neçə hava qovuqcuğu olar?
İzahı;
1)Erkək qozaların hər pulcuğunda 2 ədəd tozcuq kisəsi olduğundan 20*2=40 tozcuq kisəsi olar.
2) 40*100=4000 tozcuq
3) Hər bir tozcuqda 2 hava qovucuğu olur.Deməli 4000*2=8000 hava qovucuğu olar.
2. Şam qozasının tozcuqlarında 12000 hava qovucuğu və hər tozcuq kisəsində 100 ədəd tozcuq olarsa ,Bu hissədə tozcuq kisələrinin sayını tapın.
İzahı:
1) 1 tozcuqda ___________2 hava qovucuğu var
x_______________________12000
x=6000 tozcuq.
2) 1tozcuq kisəsində ____________100 tozcuq varsa
x________________________6000
x=60 tozcuq kisəsi
3.Şam qozasının tozcuqlarında 12000 hava qovucuğu və hər tozcuq kisəsində 100 ədəd tozcuq olarsa,qozalar neçə pulcuqdan təşkil olunub?
İzahı:
1) 1 tozcuqda ___________2 hava qovucuğu var
x_______________________12000
x=6000 tozcuq.
2) 1tozcuq kisəsində ____________100 tozcuq varsa
x________________________6000
x=60 tozcuq kisəsi
3) 1 pulcuqda___________________2 tozcuq kisəsi olur.
x________________________60 tozcuq kisəsi
x=30 pulcuq
Hiç yorum yok:
Yorum Gönder