22 Haziran 2024 Cumartesi

Həzm sisteminə aid məsələlər.

 1.Heyvan mənşəli qidada  bişməmiş halda 25 mq B1 vitamini var .Bişirldikdən sonra neçə mq qalar?


İzahı;

Heyvan mənşəli qidada  bişirlidikdə B qrup vitaminlər 15-60 % azalır.Deməli 

 1)     25_____________100

          x_______________15%

                  x=3,75 mq 

2)     25____________100

           x____________60

                  x=15 mq 

3) 25-3.75=21.25      ,  25-15=10 mq 


2.Bitki  mənşəli qidada  bişməmiş halda 25 mq B1 vitamini var .Bişirldikdən sonra neçə mq qalar?

İzahı:

Bitki  mənşəli qidada  bişirlidikdə B qrup vitaminlər 20 % azalır.Deməli 

1)  25____________100

       x_____________20

             x=5

2)  25-5= 20 mq


3. 70 nəfər şagird 5 günlük səyahətə çıxırlar .Bu müddət ərzində onlara maksimum nə qədər B1 vitamini lazımdır?

İzahı:

Bilirik ki gündəlik 2-3 mq B1 vitamini lazımdır.Maksimum dediyi üçün 3mq götürürük.

1)    1gün _________________3 mq

       5 gün_______________x

               x=15 mq ( 1 nəfər üçün )

2)      1gündə  1nəfər ______________15 mq

                       70 __________________x

                          x= 1050 mq


3.20 nəfərdən ibarət gəmi heyəti 30 günlük səyahətə çıxır.Onlar özləri ilə minumum nə qədər C vitamini götürməlidir?

İzahı:

 1nəfər 1 gündə 50 mq -70 mq C vitamini lazımdır....

Minimum  dediyi üçün  1 gün _____________50 mq

                                         30 gün_____________ x

                                                X= 1500mq 

             2) 1 nəfər -------------1500 mq

                  20 nəfər________x

                            X= 30000 mq 


4.Əgər bişmiş kələmdə 160 mq B qrupu vitamini  qalıbsa ,kələm bişməmişdən əvvəl bu vitamin miqdarı neçə mq olmuşdur?

İzahı:

Bunun ən rahat yolu 5n/ 4 düsturu ilə həll etməkdir.  Yəni 5*160/4=200 mq


5. 2 kq ətdə 100 mq B qrupu vitamini olduğunu nəzərə alaraq,bu əti qaynatdıqdan sonra onun tərkibində qalan B qrupu vitamini maksimum neçə kq ətdə olar?

İzahı: Bişirildikdə ətdə B qrupu 15- 60% azalır,deməli 85-40% qalır.

1). 100mq___________100 %

           x______________85%

                   x=85 mq

2) 2 kq ətdə _____________100  mq

         x_________________85 mq

              X= 1.7 kq


6. Kələmi qaynatdıqda onun tərkibindəki B qrupu  vitaminlərinin miqdarı tempuraturdan asılı olaraq dəyişməsi verilib.Qrafikə əsasən X-i müəyyən edin.

İzahı:
1) Bitkidə B qrupu 20% itirilir.80% qalır.Deməli 

  150--------------100%
     x_________85%
         X= 120 mq 



                                            

Hiç yorum yok:

Yorum Gönder