28 Haziran 2024 Cuma

Mendelin qanunlarına aid məsələlələr


 Mendelin I qanuna aid məsələlər

1.Heteroziqot qarasaçlı kişi ilə sarısaçlı qadının nigahından  qarasaçlı uşağın doğulma ehtimalı nə qədərdir?

İzahı:

 Aa    x aa

A   a  və  a qametləri birləşmə zamanı valdeyin formalar ki fərdlər yaranır.

1) Aa

2) aa   

Yəni 50% Aa ataya və 50% aa anaya bənzər uşaqlar doğular



2.Monohibrid çarpazlaşma zamanı  2 heteroziqot  fərdin çarpazlaşması zamanı əmələ gəlmiş dominat nəslin hansı hissəsi parçalanma verə bilən fərdlər təşkil edir?

İzahı:

1.Aa xAa _------AA,Aa,Aa,aa    əmələ gələn nəsil 

2.Əmələ gələn  dominat nəsil AA,Aa,Aa   olduğundan  3 nəsildən 2 sini parçalanma verən fərdlər təşkil edər.



3.Gecyetişən vələmir bitkisini tezyetişən heteroziqot  bitki ilə çarpazlaşdırdıqda nəsildə 150 tezyetişən bitki alınmışdır.(tezyetişənlik geni dominatdır) Nəsildə alınan gecyetişən bitkinin ən çox ehtimal olunan sayı neçədir?

İzahı:

1.Aa   x  aa-------------Aa və aa fərdləri yaranır Yəni 1:1 nisbəti 150 tez yetişən varsa 150 gecyetişən bitki yaranar.



4.Sarı toxumlu noxudla yaşıl toxumlu noxud bitkiləri çarpazlaşdılmışdır.Nəsildə alınan noxud bitkilərinin 112 si  sarı,və 111 i yaşıl toxumlu olub.Valdeyinlərin ən çox ehtimal olunan genotipi necə olub?

İzahı:

Şərtə baxan zaman təxminən 1:1 nisbəti görürük.Bu da analizedici çarpazlaşma zamanı olur.Yəni  genotip   Aa  x aa  olur.


5.Hamar toxumlu noxud bitkisi qarışıq toxumlu noxud ilə çarpazlaşdırılıb.Nəticədə F1  nəslində hamısı hamar toxumlar alınıb. Bu hibridlər öz aralarında çarpazlaşdırlıb.Nəticədə F2 də alınan 404 toxumdan 303 ü hamar, 101 ədədi isə qırışıq olmuşdur.F1 nəslinin fərdlərinin genotipi necə olub?


İzahı:

1.F1------BB   x   bb----------Bb

2. F2-----Bb    x   Bb------BB.Bb,Bb. bb\-3:1

3.BB.Bb.Bb=303, bb-101  303+101=404


Hiç yorum yok:

Yorum Gönder