Növlərin biri digər növ ilə qidalandığından onlar arasında asılılıq olur və qida zənciri yaranır.
Qida zənciri - ekosistemdə canlılar arasında qarşılıqlı qida əlaqələri ilə bağlı olan orqanizmlər qrupunun ardıcıllığıdır.
Bitkilər üzərinə düşən enerjinin 1%ni istifadə edib üzvi maddə hazırılayır
.Bitkilərlə→otyeyən heyvalar→ətyeyən heyvanlar→insan qidalanır. Nəticədə enerji bir növdən digərinə keçir.
Qida zəncirində iri olçülü orqanizmlərin(cüyür.zubr,tur)biokütləsi az olduğu üçün onların halqada düşməsi zəncirə az,kiçik olçülü biokütləsi çox olan canlıların(məs-bitkiyeyən həşərat)düşməsi çox (pis) təsir edir.
Qidalanma zamanı faydalı enerjinin 5%dən-20%ə qədəri bədəndə yeni maddələrin yaranmasına sərf olunur,qalanı isə 80-95% i istilik şəklində yayılır.Enerji itkisi sayəsində qida zənciri 4-5 halqadan artıq olmur.Hər hansı bir növün zəncirdən düşməsi biogeosenozun dağılmasına səbəb olmur.
Produsentlər - işıq və ya kimyəvi enerjidən istifadə edərək qlükoza kimi qida maddələri hazırlayan canlı orqanizmlərdir.
Konsumentlər - hazır qida maddələri ilə qidalanan canlı orqanizmlərdir. Qida zəncirində ilkin (otyeyən), ikinci, üçüncü və s. (yırtıcılar) konsument ola bilər.Konsumentlər 3 qrupa bölünür.
1.otyeyənlər
2.ətyeyənlər
3.Hər ikisi ilə qidalanan
Redusentlər- ölü heyvan cəsədləri və bitki qalıqları ilə qidalanıb onları produsentlərin mənimsəyə biləcəkləri daha sadə maddələrə parçalayan orqanizmlərdir.
İlkin halqanı produsentlər təşkil edir daha sonra konsumentlər sonda isə redusentlər olur.Lakin hər haalqadan sonra redusent gələ bilər. Bitki ilə qidalanan heyvanlara herbivorlar , ətyeyən heyvanlara karnivorlar , həm bitki, həm də ətyeyən heyvanlara isə omnivorlar deyilir.
Enerji çevrilməsi
Orqanizmlərin birgə yaşamalrının davamlı olması üçün xaricdən daim enerji daxil olur.Produsentlər bunu günəşdən alır,konsumentlər isə qidalanma zamanı əldə edirlər.Orta hesabla Günəşdən gələn işıq enerjisinin yalnız 10%-i bitki toxumalarında saxlanılaraq bitir.
Heyvan bitkini yeyirsə, bunun yalnız 10%-i yeni heyvan toxumaları yaratmaq üçün istifadə olunur. Qalanı heyvan tərəfindən sağ qalmaq, istilənmək və hərəkət etmək üçün istifadə olunur, bir hissəsi isə nəcis və sidiyində itir.
Böyük məməlilər və quşlar istilik kimi çox enerji itirirlər, çünki onların bədənləri sabit temperaturda qalmalıdır, bu da ətraflarında olandan daha yüksəkdir.
Günəş enerjisi→kimyəvi rabitələr enerjisi→mexaniki enerji→daxili enerji
Qidalanma zamanı faydalı enerjinin 5%dən-20%ə qədəri bədəndə yeni maddələrin yaranmasına sərf olunur,qalanı isə 80-95% i istilik şəklində yayılır.
Qida zənciri ilə bağlı məsələlərə bu linkdən baxa bilərsiniz
Hiç yorum yok:
Yorum Gönder