4 Nisan 2017 Salı

Eşitmə orqanı-Qulağın qurluşu

İnsanlar səs siqnalları və eşitmə hissi sayəsində heyvanlardan fərqli olaraq çox geniş fəaliyyət göstərə bilirlər, insanların nitq qabiliyyəti və mədəniyyətlərinin bir sıra formaları eşitmə hissi ilə sıx əlaqədə inkişaf etmişdir.Anadangəlmə kar doğulan insanlar lal olurlar.İnsanın maksimal eşitmə həssaslığı səslərin 500Hs-dən 4000Hs-ə qədər olan diapazonundadır. İnsanda nitq sahələri və onların qavranılması bu diapazonda baş verir. 500Hs-dən aşağı tezliyi olan səslərə qarşı həssaslıq insanda azalır. Bu insanı daim alçaq səsləri və küyləri hiss etmək hallarından qismən qoruyur.

Həşəratın eşitmə orqanları (qulaqları) bədənin müxtəlif yerlərində: antenalarda (milçəklərdə), döşdə (kəpənəklərdə), qarında (böcəklərdə) və ayaqlarda (çəyirtkələrdə) yerləşir. Timponal (eşitmə)orqan üzəri nazik kutikula zarı (timponal membran) ilə örtülmüş təbilə bənzər havalı kisəcikdir, onda xordotonal sensillər yerləşir. Səs dalğaları zarı titrətdikdə sensillər bu vibrasiyaları qəbul edir.


Eşitmə orqanı beyin qabığının gicgah payında  yerləşir.Eşitmə orqanı olan qulaqda-2 analizatorun eşitmə və müvazinətin reallaşması baş verir.
Qulağın qurluşu
İnsanda eşitmə orqanı üç hissədən – xarici,orta,daxili qulaqdan ibarətdir.
1. Xarici qulaq-qulaq seyvanı və xarici qulaq keçəcəyindən ibarətdir. Qulaq seyvanı elastiki qığırdaqdan əmələ gələrək xaricdən dəri ilə örülür.  Qulaq seyvanı havanın səs dalğalarını tutur və bunları xarici qulaq keçəcəyinə verir. Xarici qulaq keçəcəyi 2,5sm uzunluğunda olub, dəri ilə örtülür və özü də sümük və qığırdaq hissəyə bölünür.Xarici qulaq keçəcəyində vəzilər qulaq kiri ifraz edərək orqanizm qoruyucu funksiya daşıyır. Xarici qulaq təbil pərdəsi vasitəsilə orta qulaqdan ayrılır.Səs dalğaları  təbil pərdəsini rəqsi hərəkətə gətirir. Səsin ucalığından asılı olaraq təbil pərdəsinin rəqsi hərəkəti dəyişir. Səsin gücü artıqca rəqs amplitudası böyüyür.

2. Orta qulaq təbil pərdəsinin arxasında gicgah sümüyünün daxilində yerləşir. O,  daxili hava ilə dolu boşluqdan ibarətdir. Orta qulaq eşitmə borusu- Yevstax borusu  ilə burun-udlaqla birləşir. Bu birləşmə nəticəsində xarici qulağın hava təzyiqi orta qulağın hava təzyiqinə bərabər olur. Buna görə də təbil pərədsinə hər iki tərəfdən düşən təzyiq eyni olur. Xarici havanın təzyiqinin dəyişməsi(məsələn təyyarədə) "qulağın batmasına"səbəb olur.Bu isə təbil pərdəsinin əyilməsi nəticəsində baş verir.
Orta qulaqda bir-biri ilə ardıcıl birləşən uç kiçik sümük yerləşir. 
1.Çəkic -Çəkicin dəstəsi təbil pərdəsinə, başı isə zindanın cisminə birləşir.
2.Zindan Zindanın uzun ayaqcığı isə üzənginin başı ilə birləşir. 
3.Üzəngi- Üzənginin əsası oval pəncərədə yerləşərək onun kənarına bağlanır.
 Oval pəncərədən sonra daxili qulaq başlayır. Səs dalğalarından təbil pərdəsində əmələ gəlmiş rəqsi hərəkərlər çəkic, zindan və üzəngidən keçərək oval pəncərdən daxili qulağa ötürülür. Eşitmə sümükləri sistemi səs dalğalarını təbil pərdəsindən oval pəncərəyə ötürdükdə bu dalğaların təzyiqini təxminən 60-70 dəfə artırır.
3.Daxili qulaq. Oval pəncərənin pərdəsi daxili qulağı orta qulaqdan ayırır.Kəllənin daxili əsasında gicgah sümüyünün daxilində yerləşir.O orta qulaqla oval və dairəvi pəncərələr vasitəsilə əlaqəlidir.Daxili qulaq boşluqlardan  və labirintdən ibarətdir.
 Labirint iki növdür.
1) Sümük labirint.- içərisində pərdəli labrint yerləşirSümük labirint dəhlizdən, ilbizdən,3 yarımdairəvi kanaldan və 2-girdə və oval torbacıqlardan ibarətdir. İlbizdə eşitmə reseptorları yerləşir  ki bunlar vasitəsi ilə o eşitmə funksiyası yerinə yetirir.İlbizdə əsas membran  və örtük membrandan təşkil olunmuş,membran boyusəs dalğalarını qəbul edən Korti orqanı yerləşir.Labrintin  digər hissələri isə bədənimizin müvazinətini saxlanılmasında böyük rol oynayır.
      Sümük labrinti→perilimfa mayesi→Pərdəli labrint→endolimfa mayesi yerləşir.

2) Zarlı labirint(pərdəli)-içərisində endolimfa adlanan maye var
Səs dalğaları sayəsində əmələ gələn üzgəcinin rəqsi hərəkətləri oval pəncərədən daxili qulağın içərisindəki mayeyə ötürülür.Bu maye öz növbəsində eyni tezlikdə rəqsi hərəkət etməyə başlayır. Maye dalğalanaraq ilbizdəki liflərin üstündə yerləşən kirpikli hüceyrələrin reseptorlarını qıcıqlandırır. Səs pərdəsində 23500-ə qədər sinir ucları yerləşir. Eşitmə siniri ilbiz və vestibulyar sinirlərdən ibarət olub, təxminən 30000 sinir lifindən təşkil olunmuşdur. Hər bir sinir lifi müəyyən tezlikdə olan səsə cavab verir.
Səs dalğalarının təsirindən reseptorlarda əmələ gələn oyanmalar eşitmə sinirini əmələ gətirən müəyyən neyron çıxıntıları ilə baş beyin eşitmə nahiyyəsinə aparılır və burada səsin xarakteri, gücü və ucalığı qəti olaraq analiz edir.
Qulaqların eşitmə gücü 16MHZ-dən çoxdur

Səsinəmələ gəlməsinin keçdiyi yolun qısa təsviri
Qulaq seyvanı→xarici qulaq keçəcəyi→ təbil pərdəsi→çəkic,zindan ,üzəngi→ oval               pəncərə→dəhliz→ilbiz→eşitmə siniri(8ci cüt vestibulyar sinir)→eşitmə mərkəzi

2 yorum: