6 Nisan 2017 Perşembe

Analizatorlar və qarşılıqlı əlaqəsi

Müvazinət analizatoru-Müvazinət orqanı qulaqda yerləşən vestibulyar aparatdır.O 2 oval və dairəvi kisəcikdən,üç yarımdairəvi kanaldan  ibarətdir.Kisəciklərin dibində tükcüklü reseptorlar,içərisindəki mayedə isə əhəng kristalları(otolitlər) yeləşir.Bədənin vəziyyətini dəyişməsi -mayenin hərəkəti və oradakı reseptorların oyanması nəticəsində baş verir.Çəkisizlik şəraitində müvazinət orqanı funksiyasını itirir, belə vəziyyətdə insan fəzada səmti gözü ilə təyin edir.

Qoxu analizatoru-qoxu reseptorları burun boşluğunu yuxarı hissəsində və arakəsməsində yerləşir.Selikli qişada 1 dayaq hüceyrəsi ətrafında 9-10 qoxu hüceyrəsi olur.Qoxu siniri(1ci cüt kəllə beyin sinir)oyanmanı,beyin qabığının qoxu nahiyyəsinə ötürür.
Dad analizatoru-dad reseptoru dad məməciklərində olan dad tumurcuqlarında yerləşir.dad məməciklərinin müxtəlif qurluşda olması 4 cür dad duyğusun əmələ gəlməsinə səbəb olur.
acı,şirin ,turş və duzlu
Hərəkət analizatoru-Bura əzələ oynaq hissiyyatı aiddir.İnsan gözləri yumulu halda belə bədənin vəziyyətini əzələ hisssiyyatı ilə təyin edə bilir.Dəriyə düşən təzyiq zamanı.əzələ yiğılan da.vətərlərdə və oynaqlarda olan reseptorlar qıcıqlanaraq siniri impuluslarınını→hissi sinir vasitəsilə orta və ara beyinə →yarımkürələrdəki dəri əzələ hissiyyatı nahiyyəsinə ötürür
Əzələ -oynaq hissiyatı pozulmuş insanlar (bəzi xəstəliklər zamanı) və çəkisizlik şəraitində fəzada səmti gözləri ilə təyin edir.Çünki bu zaman vestibulyar aparatdan gələn oyanmalar beynin müvafiq şöbələrinə ötürülmür.
Dəri hissiyatı-dəri reseptorları selikli qişada,dəridə yerləşir. Dəri hissiyyatı 3yerə ayrılır: toxunma,  temperatur, ağrı duyğuları.
Toxunma (lamisə) duyğusu -toxunma və təzyiq şəkilli qıcıqları qəbul edir.Buvasitə ilə biz predmetlərin dərinliyini, bərkliyini, yumşaqlığını, kələkötürlülüyünü, yaxud səthinin hamar olmasını və sair kimi xüsusiyyətlərini əks etdiririk. Toxunma duyğusunun reseptorları bir milyona qədər olmaqla dəri üzərində müxtəlif sıxlıqda səpələnmişdir. Bu nöqtələr dilin ucunda, barmaqların ucunda, bədənin digər hissələrinə nisbətən daha sıx yerləşmişdir. Dəri duyğuları hərəkət duyğusu ilə sıx surətdə əlaqədardır. Korlar hərfləri toxunma və hərəkət duyğusunun vasitəsi ilə oxuyurlar.
Temperatur duyğusu. İstilik və soyuqluq duyğusu olmaqla iki növ duyğu kimi mövcuddur.
  1. İstilik duyğusu, bədənin temperaturundan artıq hərarətə malik olan cisim dəriyə toxunduqda əmələ gəlir.
  2. Soyuqluq duyğusu isə bədən temperaturundan aşağı olan cisim bilavasitə dəriyə təsir etdikdə yaranır. 
Ağrı duyğuları. Ağrı duyğuları müxtəlif xarakterdə olur. Biz küt və bərk ağrıları, sanki kəsən, doğrayan, deşən ağrıları, davamlı və ani ağrıları duyuruq.Ağrı reseptorları-hissi sinirlərin sərbəst uclarından ibarətdir.Mexaniki,kimyəvi,istilik və s qıcıqların təsinindən oyanan reseptorlar impulusları→ali mərkəzə ara beynin görmə qabarına verir və ağrı hissi yaranır.
Dəri duyğularının hər birinin özünə məxsus reseptorları vardır.  Dəridə olan bir çox nöqtələr toxunma, digər nöqtələr soyuqluq, üçüncülər istilik, nəhayət başqa nöqtələr ağrı duyğularını yaradır

Analizatorların qarşılıqlı əlaqəsi beyin qabığının mərkəzləri arasındakı əlaqə ilə əlaqədardır. Bir analizator zəifləyərsə digər analizator müəyyən dərəcəd onu əvəz edəcəkdir.

Hiç yorum yok:

Yorum Gönder