3 Nisan 2017 Pazartesi

Gözlərin qurluşu


İnsan ətraf aləmdən informasiya almaq üçün göz duyğu üzvündən (90%)istifadə edir.
İnsanda göz kəllənin göz yuvasında yerləşir. Gözün qurluşu kürə formasında olduğunadan onu göz alması adlandırıdrlar.
Göz -(muhit hisssəsi)göz almasından və köməkçi aparatdan təşkil olunub.
Köməkçi aparat
1.Əzələlər-bunlar gözü hərəkət etdirir.Sayı-6ədəddir.Əzlələrin bir ucu göz almasının xarici səthinə,bir ucu isə göz çuxurunu divarına birləşir.Bu əzələlərin fəaliyyətinin pozulması çəpgözlüyə səbəb olur.
2.Qaşlar- Gozləri qaşlar qoruyur, onlar alından axan təri yanlara axıdır.
3.Göz qapaqları -gözləri tozdan qoruyur.Göz qapaqları tez-tez açılıb yumularaq göz qapaqlarının müntəzəm olaraq göz yaşı vəzisi ilə nəmləndirir.
4.Kirpiklər- gözləri tozdan qoruyur.
5.Göz yaşı vəzisi-bu vəzin ifraz etdiyi maye gözü isladır,qurumasının qarşısını alır,gözü qızdıdır,gözə düşmüş yad hissəcikləri yuyub aparır,sonra isə göz yaşı kanalı ilə burun boşluğuna axır.Bu vəzin sekreti dezinfeksiyaedici xüsusiyyətə malikdir.

Göz almasının qurluşu
Göz almasının divarı 3 qatdan təşkil olunub

1.Ağılı qişa(xarici qat)- birləşdirici toxumadan təşkil olunub,göz almasının xaricdən örtür,onu mexaniki və kimyəvi təsirlərdən qoruyur.
Buynuz qişa-ağılı qışanın ön hissəsidir,şəffadır.3 funksiyası var.
1.Qoruyucu
2.Sınma
3.İşığı keçirmə
Sınma funksiyasının pozulması və ya buynuz qişanın əyilməsi-astiqmatizm adlanır.
2.Damarlı qışa (orta qat)-gözün toxumalarını qan damarları ilə qidalandırır.Bu qişanın daxili səthində işıq şüalarını udan nazik boyayıcı maddə-qara piqment var.Bu qişa 3 hissədən ibarətdir.
1.Xüsusi damarlı
2.Kİrpikli cisim-in əzələləri büllürun qabarıqlığını dəyişir.
3.Qüzehli qişa-Gözün damarlı qişasının ön hissəsinə qüzehli qişa deyilir. Gözün rəngi (açıq mavidən tutmuş tund qara rəngə qədər)  bu qişada olan piqmentin miqdarından və paylanmasından asılıdır. 
Piqqment çox olanda - göz qara,normal olan da-mavi,sarı,qonur,az olanda -qırmızı olur.

Bəbək – qüzeyli qişanın mərkəzindəki dəlikdir. Bəbək gözün içərisinə işıq şüalarının düşməsini tənzim edir. Bəbəyin işini radial və dairəvi əzələlər təmin edir.
Parlaq işıqda-dairəvi əzələlər yığılır, bəbək reflektor olaraq daralır. 
İşıq zəif olduqda -radial əzələlər yığılır,bəbək genəlir. 
Büllur-Bəbəyin arxasında iki tərəfi qabarıq şəffaf büllur yerləşir. Büllur kirpikli cismin əzələlərilə əhatə olunur. Bu əzələlərin yığılması onun səthinin qabarma dərəcəsini dəyişdirə bilir,onu qabarıq və ya yastı edir.Bu zaman torlu qişada uza və yaxında yerləşən cisimlərin xəyalının fokusslaşdırılması -akkomodasiya hadisəsi baş verir.Bu büllurunun öz formasının dəyişməsi nəticəsində baş verir.2 formada baş verir.
1.Yaxından görmə-yaxını görür, uzağı yaxşı görə bilmir. Yaxındakı əşyaların xəyalı torlu qişada, uzaqdakıların xəyalı isə torlu qişadan öndə alınır. Anadangəlmə göz alamsı uzunsov olarsa və ya gözlə pis rəftar etdikdə müşahidə olunur. Çökük ( səpələyici ) linzalı eynəkdən istifadə etdikdə hər şey qaydasına düşür.
2.Uzaqgörmə - uzağı görür, yaxını yaxşı görə bilmir. Uzaqdakı əşyaların xəyalı torlu qişada, yaxındakıların xəyalı isə torlu qişadan arxada alınır. Anadangəlmə göz alması yastı olduqda və ya qocalıqla əlaqədar müşahidə olunur. Qabarıq ( toplayıcı ) linzalı eynəkdən istifadə etdikdə hər şey qaydasına düşür.

Büllurun bulanması -katarakta adlanır.
Buynuz qişa ilə qüzehli qişa arasında içərisi maye ilə dolu ön kamera,qüzehli qişa ilə büllur arasında arxa kamera yerləşir.Ön kameradakı mayenin təzyiqinin artması-qlaukoma  xəstəliyini törədir.
                      Buynuz qişa→ön kamera→Qüzehli qişa→arxa kamera→Büllur
Şüşəyəbənzər cisim-büllurdan arxada yerləşərək bütün göz almasını daxili boşluğu tutan həlməşik kütlədir. Şüallar büllurdan sonra bura keçir.buradan isə torlu qişaya keçiir.
3.Torlu qişa(daxili qat)-Torlu qişa çox mürəkkəb quruluşa malikdir. O damarlı qişaya yapışır,daxildən gözün dibini örtür İşıq şüaları ilə qıcıqlandırıldıqda onlarda oyanmalar baş verir ki, bunlar da görmə sinirləri ilə baş beyinin görmə mərkəzinə otürülür..Burada işığa həssas hüceyrələr-görmə reseptorları- çöpcüklər(130mln) və kolbacıqlardan(7mln) yerləşir
1.Çöpcüklər zəif işıqlarla qıcıqlanır, lakin əşyaların rəngini qəbul etmir.çöpcüklər görülən obyektin ağ-qara görüntüsünü müəyyən edir. Çöpcüklərin digər funksiyası baxılan cismin formasını, cizgilərini təfərrüatı ilə qəbul etməkdir.
2. Kolbacıqlar ancaq parlaq işıqdan qıcıqlanır və rəngləri seçmək qabiliyyətinə malikdir.
Kolbacıq hüceyrələri isə cismin formasını deyil, rənglərini müəyyənləşdirirlər. Nəticədə hər iki hüceyrədən alınan siqnalların dəyərləndirilməsi ilə xarici aləmin görüntüsü formalaşır və rənglər halında beyində əmələ gəlir.
1.Çöpcük 2 Kolbacıq.
 Rəngli görmə
Rəngli görmə 3 növ kolbacıq sayəsində olur.
1.Qırmızı işığa oyanırlar(kolbacıqlar)
2.Yaşıl işığa 
3.Göy işığa
Digərlərin qavranması bu kolbacıqların müxtəlif nisbətdə oyanmasından yaranır.Göz, görüntünün eyni anda həm ağ-qara, həm də rəngli fotoşəklini çəkir. Daha sonra bu fotoşəkillər beyində sintez olunaraq normal görüntüyə çevrilirlə
Gözün arxa divarının ortasında torlu qişada ancaq kolbacıqlar yerləşərək sarı ləkəni əmələ gətirir. Bunlar da işıq qıcıqlarına həssasdır.Xəyalı sarı ləkənin üzərinə düşən əşya aydın görünür.Görmə sinirinin torlu qişadan çıxan hissəsində görmə reseptorları olmur bu sahə kor ləkə adlanır.

Göz xəstəlikləri
  • Çəpgözlülük - gözün hərəki funksiyasını yerinə yetirən əzələlərdə uyğunsuzluq nəticəsində yaranır.
  • Konyunktivit - gözdə infeksiya xəstəliyidir.
  • Toyuq korluğu - A vitamininin çatışmaması nəticəsində çöpcüklərin(toran işıq reseptoru ) zəifləməsidir.
  • Katarakta ( Mirvari Suyu ) - metabolizmin pozulması nəticəsində göz büllurunun bulanıqlaşmasıdır.
  • Qlaukoma-ön kamera mayesində təzyiqin artması nəticəsində
  • Astiqmatizm-buynuz qişanın əyilməsi
  • Uzaqgörmə - uzağı görür, yaxını yaxşı görə bilmir. Uzaqdakı əşyaların xəyalı torlu qişada, yaxındakıların xəyalı isə torlu qişadan arxada alınır. Anadangəlmə göz alması yastı olduqda və ya qocalıqla əlaqədar müşahidə olunur. Qabarıq ( toplayıcı ) linzalı eynəkdən istifadə etdikdə hər şey qaydasına düşür.
  • Yaxıngörmə - yaxını görür, uzağı yaxşı görə bilmir. Yaxındakı əşyaların xəyalı torlu qişada, uzaqdakıların xəyalı isə torlu qişadan öndə alınır. Anadangəlmə göz alamsı uzunsov olarsa və ya gözlə pis rəftar etdikdə müşahidə olunur. Çökük ( səpələyici ) linzalı eynəkdən istifadə etdikdə hər şey qaydasına düşür.

Gözlə bağlı izahlı bir viedonu da izləməyiniz məsləhət görürəm.

Hiç yorum yok:

Yorum Gönder