Yastı qurdlar tipi 25 000-dən artıq növü əhatə edir
Xüsusiyyətləri
- Bəbəni ikitərəfli simmetriyaya malik heyvanlardır.
- Bədən örtükləri həlqəvi və uzununa yerləşmiş əzələlərlə birlikdə dəri-əzələ kisəsini əmələ gətirir.
- Bədən 3 qatdan entoderma,ektoderma,mezoderma adlanan hüceyrə qatlarından ibarətdir
- Bədən bel-qarın istiqamətində yastilaşıb.
- Qan dövranı və tənəffüs sistemi yoxdur.
- Bu heyvanlarda ilk dəfə olaraq sadə quruluşlu ifrazat sistemi əmələ gəlmişdir.
- Sinir sistemi bir cüt sinir düyünü və onlardan bədən boyu uzanan sinir sütunlarından ibarətdir
- Hermafrodit heyvanlardır. Əksəriyyəti heyvanlarda və insanda parazitlik edir, lakin sərbəst yaşayan növləri də çoxdur.
- Daxili orqanları arasındakı boşluq birləşdirici toxumadan ibarət parenxima ilə doludur.
- Bağırsaqboşluqlardan fərqli olaraq, yastı qurdlarla yaxşı inkişaf etmiş orqanlar və orqanlar sistemi yaranmışdır.
İlk dəfə yastrı qurdlarda yaranmışdır.
1.Mezoderma qatı
2.Düyünlü sinir sistemi
Təkamülü
Yastı qurdların təkamül prosesində nəsli kəsilmiş ,yaxşı inkişaf etmiş əzələyə malik hərəkətli bağırsaqboşluqlardan əmələ gəldiyi güman edilir.
Təsnifatı
Tipin sinifləri haqqında aşağıdakı linklərdən məlumat ala bilərsiniz!
Hiç yorum yok:
Yorum Gönder