2 Mayıs 2017 Salı

Kirpikli qurdlar sinfi

Kirpikli qurdlar və ya turbelyarilər sinfi.-Hazırda 3000 növü var ki, onlardan da Xəzərdə 29 növ qeyd edilmişdi.Bədənləri yarpaq şəkilli olub, üzəri kirpikİərlə örtülüdür. Ağız bədənin qarın tərəfində yerləşir. Udlaqdan kor qurtaran müxtəlif şaxəli bağırsaq başlayır. Əksəriyyəti hermafroditdir, dənizlərdə və şirin sularda geniş yayılmışdır. Sərbəst yaşayır.Bu tip qurdlar dəniz suyunda, şirin sularda, nadir hallarda quruda yaşayırlar. 
Ağ planari
Planarinin bədəni yastı və uzusov olub, kirpikİərlə örtülüdür. Onun uzunluğu 1, 5-3 sm-dir. Bədənin ön ucunda iki çıxıntı və onun da yanında bir cüt qara rəngli göz yerləşir. Planari şirin su hövzələrində yaşayır. Ona su altında olan cisimlərin üzərində, sualtı ağacların yarpaqları altında və ya gövdələrində rast gəlmək olar.
Planari epiteli qatının üzərindəki kirpikİərin hərəkəti, əzələlərin yığılıb-açılması vasitəsilə müxtəlif cür hərəkət edir. İkitərəfli simmetriya.Planarinin bədəni xaricdən kirpikİərlə örtülmüşdür. Dəri birqatlı epitelidən ibarətdir. Epitelinin altında halqavarı və uzununa əzələlər yerləşmişdir. Əzələlər dəri örtüyünə sıx bitişmiş və dəriəzələ kisəsi əmələ gətirmişdir. Bundan əlavə heyvanın bel tərəfindən qarın tərəfinə doğru uzanan topa halında əzələlər də vardır. Əzələ sistemi heyvanın müxtəlif istiqamətli hərəkətlər etməsini təmin edir.

Planaridə də regenerasiya qabiliyyəti vardır, başqa sözlə, bədənin itirilmiş hissəsini bərpa etməyə malikdir.

Həzm sistemi
Planari yırtıcı heyvandır. O,kiçik su hey-vanları ilə qidalanır. Ağız bədənin orta hissəsində yerləşir. Ağız udlağa, o isə bağırsağa keçir.Udlaq 3 şaxədən ibarətdir:1 i önə 2 şaxə isə yanları boyunca arxaya doğru gedir. Bağırsaq kor qurtarır. Ağız həm qidanın udulmasına, həm də həzm olunmamış bərk qida qalıqlarının xaric olunmasına xidmət edir.Ağ rəngli bədənin içərisində qırmızımtıl qida ilə dolu bağırsaq görünür.


Tənəffüs sistemi
Planarinin xüsusi tənəffüs orqanı yoxdur. O, suda həll olmuş oksigeni bütün bədən səthi ilə qəbul edir. 
İfrazat sistemi
Planarinin ifrazat sistemi bədənin yanlarında yerləşən iki ədəd ifrazat borusundan və bunlardan çıxan kapillyarlardan ibarətdir. Kapillyarların sərbəst ucu ulduzvari hüceyrə ilə qurtarır. Bu hüceyrələr bədəndə əmələ gələn lazımsız maddələri toplayıb borucuqlara axıdır, oradan isə onlar xaric edilir. Bu cür ifrazat sistemi protonefridi adlanır. 


Sinir sistemi
Nərdivan tiplidir.Bir cüt sinir düyünü və onlardan çıxan iki sinir sütunundan ibarətdir. Sinir sütunları arasında köndələn sinir atmaları vardır.Lamisə çıxıntılarına çoxlu sinirlər və onların yanında yerləşən gözlərə də 1cüt sinir gəlir.

Çoxalması
Planari hermafroditdir. Bədənin ön hissəsində oval şəkİiııdə 2 yumurtalıqda -yumurta hüceyrələr, qovuqcuq şəkilli çoxlu saylı toxumluqda isə spermatozoidlər yetişir. Mayalanma baş verir. Yumurtalar xaricə tək-tək deyil, ümumi qabıqla əhatə olunmuş topa halında çıxarılır. Sərt qabıqla əhatə olunmuş yumurtadan kişik planari inkişaf erdikdən sonra çıxır və suya  düşürlər

Hiç yorum yok:

Yorum Gönder