2 Mayıs 2017 Salı

Lentşəkilli qurdlar-exinakokk

 Exinakok qurdları bir çox ət yeyən heyvanların bağırsağında yaşayırlar
(it, pişik, donuz, canavar, tülkü və s.).                               
                                                                                                 

 İnsanları xəstələndirən qurd yox, onun sürfələridir.     
Ölçüsü 0,03 mm olan qurd yumurtaları heyvanların nəcisi ilə torpağa, dərilərinə düşür.
Yoluxma yumurtaları udanda olur: çirkli əllərdən, yaxşı yuyulmamış meyvə-tərəvəzdən, tozdan və s. Udulmuş yumurtalardan bağırsaqda sürfələr çıxır. Onlar bağırsağın divarını və oradakı venoz  qan damarlarını dəlib, qanla əvvəlcə qara ciyərə gəlirlər. Onların təxminən 70% qara ciyərdə qalır. Qalanı qanla ürəyə, sonra ağ ciyərlərə çatırlar və 20% burada qalır. Qalan  10% arterial qanla ürəyin sol mədəciyinə və oradan bütün orqanlara yayılırlar.
Elə orqan yoxdur ki, orada exinokok inkişaf edə bilməsin.

Qanda sürfələr 2 formada inkişaf edirlər:
1. Bir kameralı kist.
Təxminən yoluxmadan 5 ay sonra orqanlarda diametri 5-20mm olan, içi mayeli bir kameralı kist əmələ gəlir. O illərlə böyüyür, ətrafdakı orqanları əzir. Belə kistlərin  diametrləri 20sm dən artıq ola bilər, içində 10 litrə qədər zəhərli maye yuğıla bilər.  Qara ciyərdə olan kistlərin təxminən 50%-nin xarici qatı get-gedə sərtləşir. Belə kistləri rentgenlə dəqiq diaqnoz etmək olur.
 Kistin iç qatında  yeni sürfələr yaranırlar. Onlar yetişdikcə, iç qatdan qopurlar, mayedə üzürlər.
      2.Çoxkameralı,  alveokok adlanan kistlər.
Alveokok şiş formasında olur. Moruq meyvəsi kimi cəmləşmiş, diametrləri 0,2-0,5 mm olan xırda kistlərdən ibarətdir. Kistlərin dahilində jele olur. Alveokokun xarıcindəki kistlərdən yeni kistlər əmələ gəlirlər. Beləliklə alveokok böyüyür.
Bir kameralı kistdən fərqli olaraq, alveokok böyüdükcə, məskunlaşdığı və ətrafındakı orqanları nəyinki əzir, hətda onların daxilinə keçir. Alveokokun hissələri qopub, qanla yayılıb, uzaq orqanlarda  inkişaf edə bilirlər. Ona görə, alveokok yayılmış xərçəncə çox oxşayır.



Exinikokkoz xəstəliyinin inkişafı, şərti olaraq 4 mərhələyə ayrılır.
  1. Birinci mərhələdə xəstələri heçnə nərahat etmir.
  2. İkincidə - ümumi zəyiflik, öyümə, allergiya ola bilər.
  3.  Üçüncü mərhələdə  kistlər zədələyən orqanların əlamətləri olur. Əksər hallarda xəstəliyin bu mərhələsi xərçəng xəstəliyinə oxşayır.
  4. Dördüncü mərhələdə exinokokkoz müalicəsi mümkün olmayan xərçəncdən  fərqlənmir

Mərhələlərin davamı kistlərin hansı orqanlarda inkişaf etməsindən asılıdır. Beyində, xüsusi ilə bel iliyində inkişaf edən kistlər, artıq xırda olanda bu orqanları əzirlər, parez, iflic və başqa ağır xəstəliklər törədirlər.
Qara ciyərdə birinci mərhələ davamlı olur. Xəstəlik illərlə adamı nərahat etməyədə bilər. Amma zədə nəticəsində, gözlənilmədən kist cırıla bilər. Yırtıqdan axan zəhərli mayedəki sürfələr başqa orqanlara yayılırlar. Nəticədə ağır xəstəliklər yaranır - anafilaktik şok, peritonit, abses, hidropnevmotoraks, hidroperikardit.
 Ehinokokozu diaqnoz etmək asan deyil.

Hiç yorum yok:

Yorum Gönder